İKT sektorunda
gəlirləri artırmağın yolu
Ekspertlər bu sahəyə uzunmüddətli kreditlərin ayrılmasını təklif edirlər
Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sektorunun gəlirləri 2013-cü il üzrə 10,7 faiz artıb. Ötən il müəssisələrə və əhaliyə ümumilikdə 1528,1 milyon manatlıq rabitə xidmətləri göstərilib. Bunlardan 72,4 faizi əhaliyə göstərilən xidmətlərin payına düşüb. Əldə edilmiş gəlirlərin 59,1 faizi isə mobil rabitə xidmətlərinə aiddir.
Qeyd edək ki, İKT sektorunun artım tempi ənənəvi
olaraq ümumdünya orta göstəricisini təxminən iki dəfə üstələyərək 14 faiz təşkil edib və
sahə üzrə ümumi gəlirlər
2 milyon dolları ötüb.
Təqribi proqnozlara görə isə Azərbaycanın
informasiya-kommunikasiya texnologiyaları
(İKT) sektorunun illik
gəlirləri 2020-ci ildə 9 milyard
ABŞ dollarına çatacaq. Hətta
rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov dəfələrlə
çıxışı zamanı gələcəkdə
ölkəmizin İKT sektronda əldə
etdiyi gəlirlərin qeyri-neft
sahəsində əsas paya malik olmasının hədəf kimi götürüldüyünü
bildirib. Onun sözlərinə görə, 2020-ci ildən başlayaraq, Azərbaycanda ÜDM-in
əsas hissəsi qeyri-neft sektorunun
hesabına formalaşacaq. 2020-ci ildə
ölkədə İKT-nin orta illik artım tempinin 20 faiz civarında
olacağı gözlənilir ki, bu da ümumdünya
orta göstəricisindən 2-2,5 dəfə
çoxdur: «Ümumilikdə İKT gəlirləri
2020-ci ildə 8-9 milyard dollar
olacağı proqnozlaşdırılır ki,
bu da ÜDM-in
8-9 faizini təşkil edəcək.
İKT sektorunun orta illik artım sürətini 2020-ci ildə 20 faiz təşkil etməsi bu
sahənin ixrac potensialını da artıracaq. Məsələn, hazırda Azərbaycanda
ixracın 85 faizi neft sektorunun payına düşür.
Biz ildən-ilə bunu
aradan qaldırıb, qeyri-neft
məhsulları və xidmətlərin ixracını
artırmaq niyyətindəyik. Bunun üçün ölkədə qeyri-neft sektorunda yeni layihələr və xidmətlər
üzərində iş aparılır. Hətta
beynəlxalq təşkilatlar ölkəmizdə İKT sahəsinin
inkişaf perspektivlərinə çox nikbin
yanaşırlar. Onların proqnozlarına əsasən, sahə
islahatlarının davam etdirilməsi və
xüsusilə potensial investorlar
üçün imtiyazlı şəraitin
yaradılması 2025-ci ilə İKT sahəsinin gəlirlər
səviyyəsini ölkə ÜDM-nin 10
faizinədək çatdırmağa imkan
verəcək. Bu isə dünyanın inkişaf etmiş ölkələrində
sahə üzrə nəzərdə tutulan
gəlir səviyyəsi ilə uyğun gəlir».
Bəs, Azərbaycanda
İKT sektorunda gəlirlərin
artırılması üçün konkret hansı addımlar
atılmalıdır? Ümumiyyətlə, Azərbaycanın
rəqabətə davamlı İKT məhsulları ixrac etmək imkanları varmı?
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Həftə içi”nə bildirib ki, ölkədə
İKT sahəsində bir sıra tədbirlər
görülsə də, bəzi göstəricilər bu tədbirlərin nəticəsini əngəlləyir.
Onun sözlərinə görə, aidiyyəti
qurumlar konkret hədəflərə
çatmaq üçün
ilk növbədə həmin mövcud maneələri aradan
qaldırmalıdırlar: "Birmənalı olaraq
ümumdaxili məhsulda İKT gəlirlərinin
sürətlə artacağı barədə proqnozları dəyərləndirmək
çətindir. Ona görə ki, bunu zaman
göstərər. Amma son
dövrlərdə bu sahədə müəyyən
pozitiv düşünməklə
bağlı, optimist yanaşmaqla
bağlı müəyyən əsaslar var.
Məsələn, son
dövrlərdə dövlət büdcəsindən İKT-yə
ayrılan vəsaitlər, ötən ilin
İKT ili elan
olunması, telekommunikasiya peykinin
orbitə buraxılması, eyni zamanda İKT sahəsində bir
neçə dövlət proqramları qəbul olunub, İT üzrə kadrların
hazırlanması üçün universitetin yaradılması və sair. Yəni, bu
istiqamətdə ali hakimiyyət tərəfindən
müəyyən ciddi addımlar
atılıb. Amma bir
tərəfdən də bizdə hələlik bu sahədə ciddi
problemlər var. Birinci
məsələ budur ki,
hələ də bu sahədə sərbəst
rəqabət yoxdur”.
Ekspet deyib ki,
bu sahədə o zaman uğur əldə
etmək olar ki, bazarda sərbəst, azad rəqabət
olsun. Amma Osman Gündüzün
fikrrincə, hələ ki, Azərbaycanda bu cür sərbəst bazar imkanları yoxdur:
“Rabitə və İnformasiya
Texnologiyaları buna aydınlıq gətirilməlidir.
Yəni nazirlik kommersiya,
dövlət idarəetməsi və tənzimləmə ilə
məşğuldur. Hər 3 funksiyanın üçü
də nazirlikdə var. Biz
indi müşahidə edirik
ki, bir sıra kommersiya yönümlü
layihələri nazirliyin qurumları həyata
keçirir. Məsələn, nazirliyin nəzdindəki nəhəng qurum olan Məlumat Hesablama Mərkəzi. Biz son dovrlərdə müşahidə edirik ki, bu
nəhəng dövlət qurumu kommersiya qurumuna çevrilir. Bu bazarda rəqabətin qarşısını alan amillərdən biridir».
İnvestisiya qoyuluşları artmalıdır
Osman Gündüz onu da deyib
ki, bu sahəni inkişaf etdirməyin bir yolu da investisiya
qoyuluşlarının artırılmasından keçir. Onun sğzlərinə
görə, bazarda indiyədək əsas
investisiyaları mobil operatorlar
qoyub, bu göstərici
70-80 faizdək onların payına düşür.
Amma özəl sektorda
internet sahəsində ciddi
yatırımları müşahidə edilmir:
“Bizdə investorlar tikintiyə,
şadlıq evlərinə investisiya qoyur, amma İKT layihələrinə
investisiyaları müşahidə etmirik.
Həm dövlət tərəfindən, həm də digər
şəxslər tərəfindən bu
müşahidə olunmur. Bu
da olmayanda bazarın
inkişafı haqqında ciddi fikir söyləmək olmur.
Üçüncü amil
infrastrukturla bağlıdır. Düzdür, bu sahədə
bizdə son dövrlər müəyyən
addımlar atılır, amma mən hesab edirəm ki, həm internet infrastrukturunda, həm
də özəlləşdirmə ilə bağlı ciddi problemlər qalmaqdadır. Məsələn,
telekommunikasiya məkanında dövlət
sektorunun xüsusi
çəkisi çox yüksəkdir. Aztelekom, Baktelekom və digərləri
dövlətə məxsusdur. Yəni infrastrukturda
müəyyən liberallaşdırma aparılmalıdır.
Həmçinin, ciddi kadrların
hazırlanmasına diqqət yetirilməlidir".
Osman Gündüz əlavə
edib ki,
texnoparkların, azad iqtisadi
zonaların genişləndirilməsi çox
vacibdir. Onun sözlərinə
görə, hazırda Azərbaycan yeni texnoparklar, azad iqtisadi zonalar
yaradılır: “Bu sahəyə diqqət
daha da
artırılmalıdır. Digər tərəfdən İKT
sektoru üçün
hökumət tərəfindən konkret
güzəştlər müəyyənləşdirilməlidir.
Məsələn, bu gün
bizdə onlayn ticarət o
qədər də inkişaf etməyib. Bunun əsas
səbəblərindən biri bu istiqamətdə vergi
güzəştlərinin olmamasıdır, onlayn
ticarətlə məşğul olanlara dəstək
verilməməsidir. Əgər bu sahəyə
hökumət tərəfindən güzəştli kreditlər
ayrılarsa, o zaman gəlirlərdə
də ciddi artım müşahidə
edilər. Yəqin ki, gələcəkdə
bu məsələlərə mütləq
baxılacaq. İndi Azərbaycanda İKT Fondu yaradılıb və mən də həmin
Fondun Müşahidə Şurasının
üzvüyəm. Fondun üzvləri tərəfindən
bu sahədə fəaliyyət göstərən
insanlar üçün
qrantların verilməsi gözlənilir. Artıq bununla bağlı hüquqi
baza da
yaradılıb. Güman edirəm ki, bu yöndə müəyyən
irəliləyişlər əldə edə biləcəyik».
Əsas hədəf İKT sektorunu inkişaf etdirməkdir
İqtisadçı-ekspert
Oqtay Haqverdiyev isə hesab edirik ki,
yaxın gələcəkdə İKT sektorundan
əldə edilən gəlirlərin artırılması üçün Azərbayanda münbit
şərait var. Dövlət
tərəfindən bu sahə ilə
bağlı bir neçə uzunmüddətli
proqramların qəbul olunduğunu
xatırladan ekspertin fikrincə, ölkədə
İKT-nin inkişafı istiqamətində
konkret tədbirlər planı həyata
keçirilməlidir: “İndinin
özündə bu tədbirlər görülür. Ola
bilsin ki, görülən
tədbirlərin sürəti aşağıdır. Amma hər halda bu istiqamətdə işlər gedir. Bunun nəticəsidir
ki, son illər neft-sektoru ilə müqayisədə qeyri-neft sektorunun
artımı daha çoxdur.
Təbii ki, qeyri-neft sektorunda , o cümlədən
İKT sahəsində ciddi artım əldə
etmək 1-2 ilin işi
deyil. Bunun üçün 15-20 il
lazımdır ki, neftə alternativ
olan yeni sahələr
yaransın. Özü də bu sahələr elə olmalıdır ki, həm elmtutumlu, həm
də rəqabətqabiliyyətli olsun. Yəni,
onun məhsullarını dünya
bazarına çıxarmaq mümkün olsun. İndi bu yöndə müəyyən işlər
aparılır. Məsələn, İKT sahəsini
götürsək, bu sahə daha müasir sahədir və
gələcəkdə ciddi inkişaf gözlənilir”.
Oqtay Haqverdiyev hesab edir ki,
bu istiqamətdə işlər daha sürətlə aparılmalıdır. Çünki 1-2 ildir ki, neft hasilatı sürətlə
aşağı düşür. Onun fikrincə, əgər bir
sahədən uzunmüddətli asılı olarıqsa, bu həm siyasi, həm də
iqtisadi nöqteyi-nəzərdən milli təhlükəsizliyə zərbə ola bilər: “Azərbaycan artıq kosmosa peyk göndərib.
Məncə 2015-ci ildə daha bir peyk kosmosa
buraxılacaq. Yəni, bu addımı İKT-nin inkişafı istiqamətində
görülən tədbirlərin tərkib hissəsi saymaq olar. Əlbəttə
ki, informasiya
texnologiyaları sahəsində elə istiqamətlər var ki, biz
həmin istiqamətlərdə işləyə bilməyəcəyik.
Amma bizim məhsullar öz regionumuzda, o cümlədən Orta Asiya, Afrika
respublikalarında istifadə oluna bilər.
Yəni, bizim öz
bazarımızın olması mümkün
məsələdir.
Sevinc
Bu yazı Azərbaycan
Respublikası Prezidenti yanında Kütləvi
İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.
Həftə
içi.- 2014.- 25-27 yanvar.- S.6.