Bəşər mədəniyyətinin doğulduğu Hindistan 

 

Tarixin canlı muzeylərindən və bəşəriyyətin ən zəngin mədəniyyət ocaqlarından biri olan dost Hindistan dövləti milli bayramını - Respublika Gününü qeyd edir. Hətta bu məqsədlə Hindistanın dünyanın hər yerindəki səfirlikləri tərəfindən bayram tədbirləri təşkil olunmaqdadır. O cümlədən, dost dövlətin Azərbaycandakı diplomatik korpusu da Bakıda çoxsaylı qonaqların və ictimaiyyət nümayəndələrinin də qatılacağı rəsmi bayram qəbulu keçirməkdədir.

 

Gəlin Hindistana qısa ekskursiya edək. Asiyanın cənubunda yerləşən Hindistan qurudan Pakistan, Cin, Nepal, Butan, Banqladeş, Myanma, sudan isə Maldiv adalarg, Sri-Lanka Gndoneziya ilə həmsərhəddir. Ərazinin böyüklüyünə görə dünyada 7-ci (təxminən 3,3 milyon kvadratkilometr), əhalisinin sayına görə isə ikinci dövlətdir (1,1 milyard nəfər). İnzibati cəhətdən Hindistan 22 ştat 7 ittifaq bölgəsindən ibarətdir.

Bəşər tarixinin ən qədim zəngin mədəniyyətə malik ölkəsi sayılan Hindistan uzun dövr ərzində - 2-ci Dünya müharibəsinin sonlarınadək İngiltərənin müstəmləkəsi olub. Yalnız bu illərdə güclənən azadlıq mübarizəsi nəticəsində Böyük Britaniya Hindistana dominion hüququ verib. Həmin ilin avqustunda Cəvahirləl Nehru başda olmaqla, müvəqqəti hökumət təşkil olunub. Lakin bu tam azadlıq deyildi. Bu mübarizə nəticəsində 1947-ci ildə Hindistanda ingilis ağalığına son qoyulub. Həmin il avqustun 15-də Hindistan ərazisində dini əlamətlər əsas götürülməklə iki müstəqil dövlət, hindusların çoxluq təşkil etdiyi Hindistan əhalisi əsasən müsəlmanlardan ibarət olan Pakistan dövlətləri qurulub. Amma ingilislər Hindistanın timsalında yağlı tikənin əllərindən çıxması ilə barışmırdı ərazini tərk edəndən sonra müsəlman Pakistanla hindlilərin yaşadığı Hindistan arasında ərazi iddiaları ilə bağlı problemlər yaratdı. SSRİ Hindistanı, Qərb dünyası isə Pakistanı müdafiə etməyə başladı nəticədə Kəşmirə sahiblik uğrunda 1948-ci ildə Birinci Hindistan-Pakistan müharibəsi baş verdi.

Amma BMT Təhlukəsizlik Şurasının vasitəçiliyi sayəsində barışıq əldə olundu. Şimali-qərbi Kəşmir ya Kəşmirin üçdə bir hissəsi (Azad Kəşmir) Pakistanın, qalan ərazisi isə Hindistanın nəzarəti altına düşdü. 1965-ci ildə Kəşmir Müəssisələr Məclisinin bölgəni Hindistan ittifaqının tərkib hissəsi elan etməsi İkinci Hindistan-Pakistan muharibəsinə səbəb oldu. Amma bu dəfə Çinin mübarizəyə qarışacağından ehtiyatlanan SSRİ-nin fəal vasitəçiliyi ilə müharibə 1966-cı ildə dayandırıldı Daskənd bəyannaməsi imzalandı. Kəşmir məsələsi 1987, 1988, 1997-ci illərdə iki dövlət arasında qanlı hərbi toqquşmalara səbəb olub.

1950-ci ildə Hindistan respublika elan olunub. Həmin il qəbul olunmuş konstitusiya Hindistanı parlament respublikası kimi təsbit edib. Hindistan 70-ci illərdə nuvə enerjisi əldə edib, 80-ci ildə öz raketdaşıyıcısı vasitəsilə kosmosa rabitə peyki buraxıb, 90-cı illərdən etibarən ölkədə taktik ballistik raketlər hazırlanır. Lakin fəal demoqrafik siyasətin aparılmasına baxmayaraq, əhali artımının sürətli olması, buna qarşı islahatların təsirini azaldır. Əhalinin əksəriyyəti yoxsulluq həddindən aşağı səviyyədə yaşayır.

Hindistanda ÜDM-in orta illik artım sürəti 2000-ci ildə 6,2 faiz, 2003-2005-ci illərdə 8,4 faiz hazırda daha yüksəkdir. Ümumi daxili məhsulun 25 faizi kənd təsərrüfatının, 27 faizi sənayenin, 47 faizi xidmət sahələrinin payına düşür. Cəmi işçilərin isə 67 faizi kənd təsərrüfatında çalışır. Hindistan aqrar-sənaye ölkəsi hesab edilir.

Ölkədə becərilən torpaq sahəsi 141 milyon hektardır ki, bunun da 15 milyon hektarı ildə 2 dəfə əkilir. Hindistan çay, yerfındığı, şəkər qamışı istehsalına görə dünyada birinci, düyü pambıq istehsalına görə ikinci, tütün istehsalına görə isə üçüncü yeri tutur. Ölkədə ildə 78 milyon ton buğda, 135 milyon ton düyü, çay 770 milyon ton, 200 min ton qəhvə, 2,2 milyon ton pambıq, 272 milyon ton şəkər qamışı, 660 min ton tütün, 21 milyon ton kartof yığılır. İribuynuzlu mal-qaranın sayına görə Hindistan dünyada birinci yeri tutur. Dünya üzrə cəmi camışların 57, inəklərin 16 faizi Hindistanın payına düşür. 75 milyon ton süd istehsal edilir, ölkədə 13 milyon donuz saxlanılır.

Hindistan həmçinin dənizdə ovlanan balığa görə dünyada 6-cı, çay göllərdən tutulan balığa görə 2-ci yeri tutur. Cəmi tututlan balığın həcmi 5,4 milyon tondur.

Hindistanda hər il 33 milyon ton neft, 450 milyard kilovattsaat elektrik enerjisi, 7,3 milyon ton dəmir filizi, 6,8 milyon ton boksidlər, 3,1 milyon ton mis, 1,7 milyon ton marqans, 2,4 min ton qızıl, 53 min ton gümüş, 40,6 min karat almaz, 63 min ton qurğuşun istehsal edilir.

Ölkədə 90 milyon nəfər parça sənayesində çalışır. İstehsalın 19 faizi xırda əl işlərinə əsaslanır.

İxracdan gələn gəlirin 30-33 faizi toxuculuq sənayesi məhsullarındandır. Hind kəndiri istehsalına görə dünyada birinci, bu sahədən olan hazır məmulatlar ixracına görə ikinci yeri tutur. Ölkədə 144 milyon ton gübrə istehsal olunur. Əczaçılıq sənayesi çox yüksək səviyyədə inkişaf edib. Bu sahədə 250 min böyük müəssisə işləyir. Hazırda cəmi sənayenin 17,3 faizi parça, 16,5 faizi neft kömür, 14 faizi yeyinti, 7 faizi sellüoz-kağız, 5 faizi elektrotexnika sənayesinin payına düşür.

Hindistanda avtomobil sənayesi ildə 650 min müxtəlif növdə avtomobil buraxır. İldə 10,2 milyon ton polad istehsal edilir. Hindistanda nəqliyyat sistemi genişlənməkdədir. Belə ki, dəmiryolunun ümumi uzunluğu 108 min kilometrdir. Bunun da 30 faizi elektrikləşdirilib. Hindistan böyük ticarət donanmasına malikdir. Donanmada 500-dən artıq dəniz gəmisi var. Ölkədə 11 böyük 139 kiçik liman fəaliyyət göstərir.

Hindistan dünyanın ən çoxmillətli dövlətidir. Dövlət dili ölkədə ən çoxsaylı hindlilərin dilidir. İkinci dövlət dili kimi ingilis dilindən istifadə olunur. Bununla yanaş hər bir ştatda yerli xalqların dilində yerli hökumətlərin qərarları, qəzetlər, jurnallar dərc edilir. Ümumilikdə Hindistanda əhali 21 rəsmi dil 1652 dialektdə danışır.

Əhalinin 83 faizi induistlər, 14 faizi müsəlmanlar, 3 faizi xristianlardır, az sayda bəhailər var.

1991-ci il dekabrın 26-da Hindistan Azərbaycanın dövlət müstəqilliyini tanıyıb. Azərbaycanla Hindistan arasında diplomatik əlaqələr 1992-ci il fevralın 28-də qurulsa da, ötən bu illər ərzində ölkələrimiz arasında əlaqələrin inkişafı yalnız beynəlxalq təşkilatlar səviyyəsində əməkdaşlıqla kifayətlənib. Qeyd edək ki, BMT- Dağlıq Qarabağla bağlı keçirilən səsvermələrdə Hindistan 1996 1999-cu illərdə Azərbaycanın lehinə səs versə , 2000 2004-cü illərdə bitərəf qalıb. 2004-cü ilin sonunda Azərbaycan Hindistanda səfirliyini açıb. Hindistandan Azərbaycana nazir nazir müavinləri səviyyəsində bir sıra səfərlər olub. Eyni zamanda, Xarici İşlər nazirlikləri arasında qarşılıqlı olaraq bir neçə səfər həyata keçirilib.

 

Vüsal Tağıbəyli

 

P.S. Biz «Həftə içi» qəzetinin əməkdaşları olaraq Hindistanın Azərbaycandakı səfirliyinin başda səfir cənab Vinod Kumar olmaqla, bütün əməkdaşlarını bayram münasibətilə təbrik edirik.

  

Həftə içi.- 2014.- 28 yanvar.- S.4.