Şəfiqə
Axundovanın 90 illiyi qeyd
edildi
Azərbaycanın tanınmış ifaçısı Ramil Qasımov Xalq artisti, mərhum bəstəkar Şəfiqə Axundovanın əsərlərindən ibarət konsert proqramı ilə Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyində konsertdə proqramı ilə çıxış edib. Hafta.az-ın məlumatına görə, gecəni açan musiqişünas Səadət Təhmirazqızı bəstəkarın həyat və yaradıcılığından danışıb. Musiqişünas, professor Zemfira Qafarova həmçinin Şəfiqə Axundovanın adının və sənətinin musiqi ictimaiyyətində mühümlüyünü qeyd edib.
Gecədə
həmçinin Əhsən Dadaşov
adına “Xatirə” xalq çalğı
alətləri ansamblı, qədim musiqi
alətləri ansamblı, əməkdar artist
Nuriyyə Hüseynova və “AzTV”nin yeni
solistlərdən Ayşən Mehdiyeva, Ramiq Bayramov, Sərxan
Bünyadzadə və Gülnar Qüdrətli
bəstəkarın mahnı və romanslarını ifa ediblər.
Xalq artisti, professor tarzən Ramiz Quliyev Şəfiqə Axundova
ilə bağlı xatirələrindən söz
açaraq, bəstəkarın onun üçün
yazdığı əsərlərdən danışıb.
Vurğulanıb ki, bu
gün AzTv-nin musiqi kollektivləri belə tədbirləri
mütəmadi olaraq keçirməklə
biz musiqiçiləri sevindirir.
Tədbirdə çıxış edən “AzTV”nin musiqi
kollektivlərinin bədii rəhbəri, Dövlət Səsyazma
Evinin direktoru Ramil Qasımov bəstəkarın “Bu torpağa borcluyam”, “Vətənim”, “Ev
bizim, sirr bizim” operettasından İdrakın ariyası,
“Gəl ey
səhər”, “Öndər yolu”
aratoriyasını ifa edib.
Ramil Qasımov bəstəkarın xatirəsinin
onun üçün çox əziz olduğunu
qeyd edib: “İlk dəfə Üzeyir
bəyin ev muzeyində onunla
tanış oldum. 13 yaşım var idi, müəllimimlə
Üzeyir bəyin ev
muzeyində dahi bəstəkarın doğum günü
münasibəti ilə təşkil olunmuş
gecədə müəllimim məni Şəfiqə
xanımla tanış etdi. İllər ötdü, bəstəkarla mütəmadi olaraq əməkdaşlıq edərdim. Vaxtı ilə ustadım Mobil
Əhmədovun ifasında eşidib vurulduğum haqqında
danışdığım operettadan
İdrakın ariyası, məndə bu bəstəkara
böyük sevgi
yaratdı. Şəfiqə xanımın bizim
Azərbaycan Televiziyasının Səsyazma Evi
musiqi kollektivləri ilə, mütəmadi
olaraq, əməkdaşlığı
olub.Belə ki, bəstəkarın
əsərlərinin əksəriyyəti məhz Səid
Rüstəmov adına Əməkdar Xalq
çalğı alətləri orkestrinin
müşayiəti ilə lentə alınıb.
İnanıram ki, nə qədər Azərbaycan
mədəniyyəti, incəsənəti var
Şəfiqə xanımın həyat yolu,
gələcək nəsillərə bir
örnək olacaq”.
Banıçiçək Məmmədli
Həftə
içi.- 2014.- 30 yanvar.- S.8.