“Bədbəxtlik budur ki...”
Raqif Nazimoğlu: “Ədəbi tənqidi ədəbi tərifə çevirmək ədəbiyyata xəyanətdir”
Azərbaycanın tanınmış publisist- şairlərindən olan Raqif Nazimoğlunun çağdaş ədəbiyyatımızda özünəməxsus yeri var. Qələmə, sözə həmişə hörmətlə yanaşan, sözün hikmətini müqəddəs bilən şairin yaradıcılığında beynəlmiləlçilik, haqq-ədalət, ziyalı sözünə, vətəndaş mövqeyinə hörmət daha qabarıq görünür. Bütün bunlar onun tutullarında da özünü göstərir. O, “Qızıl qələm”, “Azərbaycan Bayrağı”, ”Əsrin nüfuzlu ziyalısı”, “Araz Ali Ədəbi” mükafatlarının sahibidir. ”İtı qələm” Ədəbi Birliyinin sədri olan Raqif Nazimoğlu həm də Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Beləliklə, “Həftə
içi”nin budəfəki
qonağı bir çox
ədəbi mükafatların daşıyıcısı, publisist- şair Raqif Nazimoğludur. O,
söhbətə hələ uşaq
yaşlarından poeziya vurğunu
olduğundan başlayıb:
- Rəhmətlik Şahnabat nənəm mənə oxşamalar, bayatılar və laylalar
deyəndə poeziyanı dərk edərdim. Mənim o bayatılara, laylalara
qarşı uşaqlıqdan istəyim, məhəbbətim
artırdı. Çünki nənəmin
yanıqlı və həlim avazında ilahi
bir qüvvə var idi. O qüvvə məni həmişə
özünə çəkərək başqa
bir aləmə aparırdı.
Yaradıcılığımda dünya mövzusu daha çox üstünlük
təşkil edir. Çünki
dünyanı dərk edən hər bir
şəxs onu özünə ikinci ana sayır. Biz hamımız dünyanın
ağuşundayıqsa, deməli, dünya
bizim ikinci
anamızdır. Bu gördüyümüz
nə varsa, dünyanın içindədir.
Canlı-cansız, eləcə də biz özümüz və nə varsa,
dünyanın içindədir. Amma hər
bir kəsin də öz
dünyası var, sözü-söhbəti
və əməlləri ilə. Biz ona “gəlimli-gedimli”, “acılı-şirinli” dünya deyirik. Bəzən
də çarəsiz qalıb bu dünyadan asi düşürük. Bədbəxtlik
onda olur ki, insan öz
dünyasından asi düşür.
İnsan öz
dünyasını yaşayış tərzinə, ona olan münasibətlərə
görə, cəmiyyətdə özünə layiq olan yeri
tutmamasına görə dünyanı lənətləyir.
Əslində, dünyanın heç bir günahı yoxdur, dünya hər bir
şəxsin içindədir. Dünyanın sirri,
sehri də elə bundadır. Nə qədər
çalışsaq da, oxusaq
da, elmi
axtarışlar aparsaq da,
dünyanın sirlərini açmaq qeyri-mümkündür. Elə bu səbəbdən də dünya
mövzusu yaradıcılığımda
geniş yer alıb.
- Nədir o bağlı sirr?
- Dünyanın füsunkar gözəlliyi də var. İnsanı özünə çəkməsi,
cəlb eləməsi, elə dünyanın sirlərindən biridir. Dünyanın ən qəribə və
açılmayan sirlərindən biri odur ki, nədənsə,
hamı son anda yenə
bu dünyada qalmaq, yaşamaq istəyir.
Demək, dünya gözəldir.
- Poeziyanızdakı çılğınlıq xarakterinizlə çox oxşardır. Bunu necə xarakterizə etmək olar?
- Poeziyada olan hər hansı bir çılğınlıq insanın öz qəlbindən, içindən axıb-gəlir. Deməli, insan təbiətən çılğındır və onun poeziyası da çılğındır. Çılğın olmayan insanın heç vaxt poeziyası çılğın ola bilməz. Kənardan gələn heç vaxt poeziya ola bilməz. Çünki poeziya içdən gəlir.
- İndiki gənclərin də yaradıcılığı içəridən gəlirmi?
- Çağdaş Azərbaycan poeziyasında istedadlı gənclərimiz çoxdur. Təəssüf ki, onların arasında heç bir istedadı olmayan, poeziyanın nə olduğunu dərk etməyən gənclər də var. Elə gənclər də var ki, şeir yazmaq arzusuna düşür, hətta belələri efirlərə, mətbu orqanlara da yol tapır. Əslində, istedadlı gənclər, ədəbiyyatşünaslar istedadsızlara qarşı mübarizə aparmalıdırlar ki, müqəddəs saydığımız və Tanrıdan aşağı dayanan söz hörmətdən və qiymətdən düşməsin. Bu gün mən Hikmət Məlikzadə, Heydər Ələddinoğlu kimi gənc şairlərimizə böyük imid bəsləyir və onlara sabahın gözü ilə baxıram.
- Əbədi tənqidlə bağlı fikirləriniz maraqlı olardı. Ümumiyyətlə, bu gün ədəbi tənqid varmı?
- Ədəbi tənqid
poeziyanın nəinki güzgüsü, hətta
onun dəmirçisidir. Əgər ədəbi
tənqid yoxdursa, deməli, seçim də yoxdur.
Ədəbi tənqid poeziyanın qiymətləndiricisidir. Yəni
hər hansı ədəbi əsərə qiyməti ədəbi
tənqidçilər verir. Çox təəssüf ki,
bu gün tənqidçilərimiz
çox azdır. Eyni
zamanda, həqiqi tənqidçi poeziyada heç kəsə
güzəşt etməməlidir. Ədəbi tənqidi ədəbi
tərifə çevirmək ədəbiyyata xəyanətdir.
Elə bu xəyanətin nəticəsidir
ki, son 40 ildə ədəbi
mühit öz
formasını müəyyənləşdirə bilmir. Belinski deyirdi ki, tənqid ədəbiyyatın
düşmənidir. Lakin unutmayaq
ki, tənqidsiz ədəbiyyat ədəbiyyatın
özünə qarşı düşmənlər yetişdirir.
- Dünya ədəbiyyatında Azərbaycanın yeri görünürmü?
- Əslində, dünya ədəbiyyatı elə Azərbaycan
ədəbiyyatının özüdür.
Sovet ənənəsi Qərb ədəbiyyatına
hansısa səbəbdən üstünlük
verdiyi üçün,
ötən əsrin 60-cı ilərindən başlayaraq
dünya ədəbiyyatı məhz Qərb
ədəbi təfəkkürünün əhatəsinə keçdi. Ayrı-ayrılıqda
diqqət yetirsək, dünya
yazıçı və şairləri Azərbaycanın
yazıçı və şairlərindən heç
də üstün ədəbi keyfiyyətləri
ilə fərqlənmirlər.Təkcə Xaqani,
Nəsimi, Nizami və Füzuli
yaradıcılığı bütün
dünya ədəbiyyatının
aynasıdır. Təəssüf ki,
düz, 100 ildir ədəbi
təbliğat düzgün
aparılmır. Bu səbəbdən, Azərbaycan
ədəbiyyatını dünya ədəbiyyatının
bir zərrəsi kimi görürük. Müqayisə
baxımından Səməd Vurğun (“Muğam”), Mirzə İbrahimov
(“Böyük dayaq”), Bayram Bayramov(“Mən ki gözəl deyildim”), Bəxtiyar
Vahabzadə (“Gülüstan”), Anar (“Ağ qoç-qara qoç”) əsərləri,
Viktor Hüqonun (“Səfillər”),
Drayzerin (“Kerri
bacı”), Mayn Rid
(“Başsız atlı”) və digərlərinin dünyaşöhrətli
əsərləri ilə eyni ədəbi
tərəziyə çıxarsaq, üstünlük
Azərbaycan ədəbiyyatının tərəfində olacaq. Bunu əsaslandırmaq
üçün əlimizdə kifayət
qədər ədəbi tənqidi materiallar
var. Sadəcə, Azərbaycan
ədəbiyyatı uzun zaman
təbliğat maşınından kənarda qalıb, ictimai baxışları yalnız Qərb dünya yanaşmasına yönəldirlər.Təkcə
son 30 ildə Seyran Səxavət
və Elxan Elatlının müdhiş
ədəbi düşüncələri,
yaradıcılıq manevrləri dünya
ədəbiyyat sərkərdələrinə ədəbi
çıxış yolu ola
bilər.
- Son illərdə lirik şeirlərə də müraciət edirsiniz. Dünya mövzusundan lirikaya keçid hansı zərurətdən irəli gəlir?
- İçində lirik duyğular olmayan qələm adamı ağır mövzulardan hesab olunan dünya mövzusuna müraciət etsə belə, orada səmimiyyət özünü arxa planda göstərə bilər. Mənim dünya mövzusuna, sevgi hisslərinə keçid etməyim şair-vətəndaş duyğularımla bağlıdır. Diqqət yetirsəniz görərsiniz ki, hətta lirik duyğularımın özündə belə, bir dünya obrazı var. Həm də janr baxımından müxtəliflik çoxları kimi, mənim də ədəbi qayəmi özündə əks etdirir.
- “İti qələm” Ədəbi Birliyinin sədri kimi fəaliyyətiniz nədən ibarətdir?
- 400 nəfəri öz sıralarında birləşdirən
Ədəbi Birliyin əsas məqsədi
Azərbaycanın ədəbi inkişaf
meyillərini sürətləndirmək, poeziyamızın mərhələli
inkişaf səmərəliliyini müəyyən
etməkdir. Sevindirici haldır ki, bu istiqamətdə qismən
də olsa uğurlu
addımlar ata bilirik.
Qələndər
Xaçınçaylı
Həftə
içi.- 2014.- 30 yanvar.- S.7.