Tələbə qəbulunda elektron sənədləşmə 

 

Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının (İKT) dinamik inkişafı təhsil sisteminin informasiyalaşdırılması məsələsini daha da aktuallaşdırıb. Artıq bu sahədə bəzi istiqamətlər demək olar ki, tamamilə elektronlaşıb. Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) da əhaliyə elektron xidmətlərin göstərilməsi və dövlət orqanları ilə məlumat mübadiləsi proseslərini təkmilləşdirilmək və beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədilə bir sıra addımlar atıb.

Belə ki, sözügedən qurum "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)”, ”Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun, Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli fərmanının tələblərinə uyğun olaraq elektron imzadan geniş istifadə etmək məqsədilə müvafiq texnoloji tədbirlər həyata keçirib.

Bəs görəsən, tələbə qəbulu üzrə konkret hansı xidmətlər elektronlaşdırılıb?

Qeyd edək ki, TQDK-da elektron xidmətin tətbiqinə 2006-ci ildən başlanıb. Statistik məlumatlara əsasən, 2006-cı ildə elektron xidmətdən cəmi 2 min nəfər istifadə edibsə, son illər ərzində bu rəqəm bütün ölkə təhsil müəssisələrini əhatə edib. Hazırda komissiya 10 növdən çox elektron xidmət həyata keçirir.

 

Məlumatlar mesaj şəklində ötürülür

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təqdim etdiyi ilk elektron xidmətlərdən biri ərizələrin internet vasitəsilə qəbuludur. Belə ki, əgər 2007-ci ildək abituriyentlər müvafiq sənədləri toplayıb hansısa rayonun sənəd qəbulu komissiyalarına yollanmaq məcburiyyətində idilərsə, 2008-ci ildən sənədlərini elektron qaydada təsdiqləyir. Artıq bu xidmət daha da təkmilləşdirilərək ixtisas seçimi, imtahana buraxılış vərəqəsinin əldə olunması elektron qaydada həyata keçirilir.

TQDK-nın «Elektron hökumət» portalı vasitəsilə təqdim etdiyi xidmətlərdən digəri “Namizədlərə, sınaq imtahanı iştirakçılarına imtahan nəticələri haqqında məlumatların internetya qısa mesaj (SMS) vasitəsilə verilməsi” adlanır. Qeyd edək ki, bu xidmət vasitəsilə abituriyentlər sınaq imtahanlarının nəticələri haqqında ətraflı məlumat əldə edə bilərlər. Bu məlumatlar içərisində imtahan verən abituriyentin nömrəsi, test imtahanının dili, tarixi, ixtisas qrupu, seçdiyi xarici dil, variant, imtahanın keçirildiyi yer, həmçinin ayrı-ayrı fənlər üzrə düzgün və səhv cavabların sayı, toplanılan nisbi balümumi bal haqqında məlumatlar mövcuddur. Abituriyentlərin həmin nəticələri PDF faylında çap etmək imkanları da vardır. Bundan əlavə “Azercell”, “Bakcell” və Nar Mobile abunəçiləri sınaq imtahanının nəticələrini SMS vəsitəsilə də öyrənə bilərlər. Bunun üçün nömrəsini SMS-lə 7727-yə göndərmək kifayətdir.

TQDK-nın başqa bir elektron xidməti itirilmiş məlumatların bərpası ilə bağlıdır. Belə ki, mobil operatorlar vasitəsilə virtual ödəmə kartları əldə edən abituriyentlər nömrəsi və kodu (seriya nömrəsi və PİN-kod) unutduqları təqdirdə itirilmiş məlumatı bərpa edə bilərlər.

Sınaq imtahanlarında iştirak etmək üçün elektron ərizələrini təsdiq etdirmək üçün ödəmə kartları əldə edən abituriyentlərin “2” və “3” yazıb 7745 nömrəsinə göndərməsi mümkündür. Bundan sonra onlar son üç virtual ödəmə kartı haqqında cavab SMS-i alırlar.

Komissiya həm elektron xidmətlərin siyahısını genişləndirmək məqsədilə Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin Milli Sertifikasiya Xidmətləri Mərkəzindən elektron sənədi təsdiq edən elektron imza da alıb. Nəticədə TQDK dövlət orqanlarına əhaliyə internet üzərindən təqdim olunmaq üçün onlayn rejimdə hazırladığı elektron materialları (siyahı, informasiya sistemlərindən çıxarış s.) insan müdaxiləsi olmadan elektron imza ilə təsdiqləmək imkanı əldə edib.

Qeyd edək ki, artıq ümumi təhsili həyata keçirən təhsil müəssisələri ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin nəticələrini TQDK-ya gəlmədən internet üzərindən elektron imza ilə imzalanmış şəkildə əldə edirlər. Yeni texnologiyanın komissiya tərəfindən göstərilən digər xidmətlərdə istifadə edilməsi nəzərdə tutulur.

 

«Tələbə-məzun dövlət elektron

məlumat sistemi» nəyə xidmət edir?

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təhsil sisteminin informasiyalaşdırılması istiqamətində atdığı ən yaddaqalan addımlardan biri 2012-ci ildə itifadəyə verilənTələbə-məzun dövlət elektron məlumat sistemi”dir. Sistem tələbə-məzun məlumat bazasından bu bazaya məlumatların daxil edilməsi, dəyişdirilməsi, mühafizə edilməsi, axtarışların aparılması digər əməliyyatların həyata keçirilməsini təmin edən texniki-proqram kompleksindən ibarətdir. Sistemə giriş TQDK-da yerləşən mərkəzi serverdən idarə olunan korporativ şəbəkə vasitəsilə mümkündür. Məlumat bazaları da TQDK-nın serverində yerləşdirilib. Sözügedən şəbəkəyə isə internet üzərindən qoşulmaq mümkündürr. Sistemə ali orta ixtisas təhsili müəssisələri Tələbə-məzun dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”nin 6-cı bəndində nəzərdə tutulan dövlət orqanları qoşula bilirlər. Sistem administratoru kimi TQDK təyin olunub. Sistemin informasiya təminatı həm TQDK, həm ali orta ixtisas təhsili müəssisələri tərəfindən həyata keçirilir. Sistemin istifadəçiləri müxtəlif səviyyəli məlumata çıxış statusuna malikdirlər. Mərkəzi icra hakimiyyəti orqanlarının isə daha geniş miqyaslı məlumat almaq imkanı var.

 

«Elektronlaşma günün tələbidir»

 

Qeyd edək ki, ötən ildən etibarən prezident İlham Əliyevin fərmanına əsasən, ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs digər tədris vasitələrinin elmi-metodiki monitorinqinin həyata keçirilməsi TQDK-ya həvalə olunub. Fərmanın icrası olaraq, ötən tədris ili ərzində TQDK tərəfindən yeni təhsil proqramları üzrə (kurrikulum) fənn standartları əsasında hazırlanmış I-V sinif, həmçinin hələlik qüvvədə olan tədris proqramları əsasında hazırlanıb istifadədə olan VII-X sinif dərsliklərinin elmi-metodiki monitorinqi aparılıb. Dərslik dərs vəsaitlərinin elmi-metodiki monitorinqinin ilkin nəticələrinə əsasən I-IV siniflər üzrə (Azərbaycan rus bölmələri birlikdə) 77 dərslik, müəllim üçün 91 metodik vəsait, 58 dəftəri müzakirə edilib, bunlardan 12 dərslik komplektinin respublikanın ümumtəhsil məktəblərində istifadəsi məqsədəuyğun hesab edilməyib. Beləliklə, görülmüş işlərin nəticəsində hazırlanmış yekun rəylər (I-V siniflər üzrə) müəlliflərə Təhsil Nazirliyinə göndərilməklə bərabər, www.tqdk.gov.az saytında da yerləşdirilib.

Milli Məclisin Elm təhsil komitəsinin sabiq sədri, professor Şahlar Əsgərov mövzu ilə bağlı fikirləriniHəftə içi”nə bölüşərkən deyib ki, təhsil sisteminin informasiyalaşdırılması müasir dünyada vacib məsələlərdən sayılır. Onun sözlərinə görə, artıq bütün sahələrinin elektronlaşması bir növ günün tələbinə çevrilib: «Hazırda İKT sahəsi dünyada ən çevik inkişaf edən sahələrdən sayılır. Bu baxımdan təhsil sisteminin idarə edilməsi, təhsil siyasətinin müəyyən edilməsi, təhsildə baş verən problemlərin vaxtında aşkar edilməsi onların həlli ilə bağlı müvafiq qərarların qəbul edilməsi istiqamətində İKT yeniliklərindən istifadə zəruridir. Çünki dövlət orqanlarının təhsil sistemi ilə informasiya mübadiləsi daha çevik addımların atılmasına imkan verir».

 

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

 

 Həftə içi.- 2014.- 31 yanvar.- S.6.