Suraxanıda gənclərlə
görüş
Rayonun ictimai həyatında fəal iştirak etmiş gənclər fəxri fərmanla təltif ediliblər
2 fevral - Gənclər Günü ilə əlaqədar dünən Suraxanı rayonundakı Qurban Abbasov adına mədəniyyət sarayında gənclərlə görüş keçirilib. Görüş iştirakçıları əvvəlcə Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Daha sonra 300-dən çox gənc iştirak etdiyi görüş Qurban Abbasov adına mədəniyyət sarayında davam etdirilib.
“Həftə
içi”nin məlumatına
görə, görüşdə rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov, Bakı
Şəhər Gənclər və İdman
İdarəsinin rəisi Raqif Abbasov, YAP Suraxanı rayon
təşkilatının sədri Vüqar
Seyidov iştirak ediblər. Suraxanı Rayon Gənclər
və İdman İdarəsinin rəisi Amil Bağırov tədbirdə təqdimatla
çıxış edərək rayon gənclərinin
ötən il əldə etdikləri uğurlardan danışıb. Məruzə
dinlənildikdən sonra canlı diskussiya formasında davam
edən görüşdə rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov da çıxış edib.
O, tədbir iştirakçılarını 2 fevral
- Gənclər Günü münasibətilə
təbrik edərək deyib ki, hazırda düşünülmüş
və məqsədyönlü gənclər siyasəti uğurla aparılır. Onun sözlərinə görə, 1993-cü ildən başlayaraq bütün sahələrdə olduğu kimi, gənclər siyasəti istiqamətində də çox vacib addımlar atılıb: “Məhz görülən işlərin nəticəsidir ki, bu
gün Azəðbaycan gəncləri çox böyük işlərə imza atırlar, cəmiyyətdə çox
mühüm rol oynayırlar. Gənclərin fəallığı, onların bilikləri bu gün
müstəqil Azərbaycanı
gücləndirir. Gənclərimizin sorağı beynəlxalq konfranslardan, dövlət və hökumət qurumlarından, ölkələrarası debatlardan, intellektual bilik yarışlarından gəlir”.
İcra hakimiyyətinin başçısı onu da deyib
ki, Suraxanıda da gənclərlə bağlı müxtəlif layihələr, proqramlar icra edilir. Onun sözlərinə görə, “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” çərçivəsində gənclərin sosial problemlərinin həlli, onların ictimai həyatda
fəallığının artırılması
istiqamətində müvafiq tədbirlər görülür:
“Ölkə ðəhbərliyi gənclərin təklifini nəzərə alaraq Azərbaycan Gənclər Fondunun yaradılması
istiqamətində çox mühüm addımlar atıb. Artıq prezident İlham Əliyev də
bununla bağlı sərəncam verib və bu, ölkə
rəhbərliyinin gənclərə göstərdiyi diqqət və qayğının təzahürüdür. Fondun əsas vəsaiti Prezidentin Ehtiyat Fondundan təmin
edilir. Bu da prezidentimizin gənclər siyasətinə olan münasibətdir”.
Azərbaycan gənclərini cəmiyyətin
ən fəal üzvləri kimi xaðakterizə edən İlqar Abbasov bunun Azərbaycan dövlətinin inkişafında, cəmiyyətdə müasir dünyagörüşün formalaşmasında çox mühüm əhəmiyyət daşıdığını söyləyib: “Mən əminəm ki, Azəðbaycan gəncliyi sabaha – yeni uğurlara nail olmağa hazırdır”.
Bakı
Şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov isə tədbirdəki çıxışında gənclərlə iş
sahəsində görülən tədbirlərdən danışıb. O qeyd edib ki, məhz bu tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayıb.
Tədbirdə xüsusi vurğulanıb ki, bu yüksək
münasibətə cavab olaraq Azəðbaycan gəncləri bütöv və
müstəqil Azəðbaycan naminə bütün
güclərini toplamalı, vətənin
inkişafı üçün səylə
çalışmalıdırlar. Görüşdə rayonun ictimai həyatında
fəal iştirak etmiş gənclərə rayon icra hakimiyyəti
başçısının, YAP Suraxanı rayon təşkilatının fəxði fəðmanı və hədiyyəsi təqdim
olunub. Həmçinin YAP sıralarına yeni daxil olmuş bir qrup gəncə partiyanın vəsiqələri verilib.
Qələndəð
Xaçınçaylı
Həftə
içi.- 2014.- 31 yanvar.- S.7.