"Məhz bu sevgidir ki..."
Əməkdar artist Naibə Allahverdiyevanın
Milli.Az-a müsahibəsi.
- Sənətə
gəlməyiniz təsadüfi
oldu, yoxsa?
- Təsadüfi olmayıb. Aktirsa olmaq çoxdankı arzum olub. Atam istəmirdi ki, mən aktirsa olum. Bütün maneələri aşıb
bu sənətə gəlməyi bacardım.
Artıq
illərdir ki, səhnələrdəyəm.
- Sənətinizə
laiyiqincə qiymət
verilibmi?
- Mənim üçün ən önəmli olan tamaşaçı sevgisidir. Sənət, bacarıq, istedad
pulla ölçülməməlidir.
İnanın mənə, elə
bir məclis olub ki, yüksək
vəzifəli bir adamın xanımı ayağa qalxıb məni öpüb-qucaqlayıb.
Tamaşaçı sevgisindən
artıq nə ola bilər
ki? Məhz bu sevgidir ki, tamaşaçı ilə mənim aramda sınmaz bir körpü yaradır. Onları mənə, məni
da onlara bağlayır.
- Amma sizi istəməyənlər
də var, təbii ki...
- Bəli, sözsüz, elədir. Hamı hər kəs
tərəfindən eyni
cür qəbul oluna bilməz. Amma məni istəməyənlər,
haqqımda şayiə
yayanlara görə tamaşaçının mənə
olan sevgisi heç vaxt azalmayıb, azala da bilməz.
- Haqqınızda
deyilən hansı şayiə sizi dəhşətə gətirib?
- Bu yaxınlarda demişdilər
ki, guya mənim gənc bir sevgilim var. Amma tam səmimi deyirəm ki, hal-hazırda həyatımda
heç kim
yoxdur. Həyatımı yalnız qızıma
həsr etmişəm.
- Həyat yoldaşınızdan
niyə ayrılmısınız?
- O, məni başa düşmədi və mənə yetərincə
deyər vermədi. Hətta biz ayrılandan sonra ona ikinci dəfə
şans verdim, lakin yenə də onu dəyərləndirə
bilmədi.
- Yenidən gəlsə, onu bağışlayarsınız?
- Xeyr, artıq gecdir...
- Bir zamanlar "Yarımştat"
teletamaşasında oynadığınız
rol sizi çox məşhurlaşdırmışdı.
Ondan yaxşı mənada istifadə edə bildinizmi?
- Bəli, həmin rol mənim şöhrətimi birə
beş artırdı.
Lakin mən deməzdim ki, həmin rolum oynadığım digər rollarımı kölgədə qoydu.
Oynadığım digər gözəl
rollarımla da tamaşaçıların yaddaşında
silinməz izlər qoymağı bacarmışam.
- Sizi son zamanlar çəkilən
yerli seriallarda görmürük. Bunun səbəbi
nədir?
- Seriallardan təkliflər gəlməyinə gəlir,
lakin yaradıcılıq
və maddi baxımdan məni qane etmədiyinə görə razılaşmıram.
- Simanızda ən çox xoşunuza gələn nədir?
- Gözlərim. Deyilənə görə, gözlərim
çox gözəl və mənalıdır.
- Plastik əməliyyatdan
istifadə etmisiniz?
- Yalnız arıqlamaq üçün əməliyyat
olunmamışam. Onu da heç kimə məsləhət görmürəm.
Çünki çıxarılan piy müəyyən müddətdən sonra yenidən yerinə gəlir.
- Açıq-saçıq
səhnələrin çəkilməsinə
sizin münasibətiniz
necədir?
- Düşünürəm ki,
bu normal haldır. Aktirsa ona verilən rolu oynamalıdır.
Buna görə cəmiyyətdə qınaq
obyektinə çevrilməməlidir.
Əgər bir aktirsa açıq-saçıq səhnəni
oynayırsa, o demək
deyil ki, onun özü də o əxlaqın sahibidir. Sadəcə olaraq, o, kiminsə
həyatını oynayır.
- Ümumiyyətlə, təbiətcə
necə birisiniz?
- Təbiətcə mülayim,
sadə və mehribanam. Hamı ilə dil tapmağı bacarıram.
- Axır vaxtlar səsiniz el şənliklərindən gəlir.
Oxumaq həvəsinə nə zaman düşdünüz?
- Gözəl səsə malik olduğumu çoxdan hiss eləmişdim.
Əslində müğənnilik eləmək kimi bir iddiam yoxdur.
Sadəcə olaraq, el şənliklərində
mahnı oxuyub qazanc əldə edirəm. Yəni sırf maddi
ehtiyacımı ödəmək
üçün bu işlə də məşğul oluram.
- Tamaşaçılar
sizdən yaxınlarda
hansı yenilikləri
görə biləcəklər?
- İndi teatrda yeni tamaşalar üzərində
işlər gedir. İnşallah, yaxın zamanlarda yeni və maraqlı
rollarımla tamaşaçıların
qarşısına çıxacam.
Həftə içi.- 2014.- 31 yanvar.-
S.8.