Dünyanın ən
varlı müsəlman
ölkələri
Bu günlərdə «Yahoo Finance» dünyanın ən zəngin müsəlman ölkələrinin siyahısını
hazırlayıb. Siyahıt hazırlanarkən həmin ölkələrdə
adambaşına düşən
ümumdaxili məhsulun
(ÜDM) həcmi nəzərə
alınıb. Həmin
ölkələri maraqlı
olar deyə oxucularımızın diqqətinə
çatdırırıq:
Qətər: Fars körfəzi
sahilində yerləşir,
1,7 milyon nəfər əhali ilə dünyanın ən zəngin ölkələri
reytinqinə başçılıq
edir. Qətərdə 2011-ci ildə adambaşına
düşən orta
ÜDM-in həcmi 88 min 919 dollar olub. Burada fəal inkişafın
əsas mənbəyi
təbii qaz, neft və neft
məhsulları istehsalı,
eləcə də ixracının durmadan artmasıdır. Bildirək
ki, futbol üzrə 2022-ci ilin dünya çempionatının
keçiriləcəyi Qətər,
həmçinin 2020-ci ilin
Olimpiya oyunlarının
ev sahibliyinə
namizədliyini irəli
sürüb.
Küveyt:
3,5 milyon əhalisi olan bu ölkə
siyahıda ikinci yeri tutur. 2011-ci il üçün
adambaşına düşən
ÜDM-in miqdarı 54 min 654 dollar olub. Küveyt dünyanın ən
iri neft ölkələrindədir. 2020-ci ilədək ölkədə neft hasilatının 4 milyon barelə çatacağı
gözlənilir. Digər mühüm
iqtisadi sahələr gəmiçilik, tikinti və maliyyə xidmətidir.
Bruney: Dünyada üçüncü
ən zəngin müsəlman ölkəsidir.
Burada 2011-ci ildə adambaşına düşən
ÜDM-in həcmi 50 min 506 dollar təşkil edib. Ölkənin zənginliyi nəhəng
təbii qaz və neft yataqları
sayəsindədir. Ölkə
iqtisadiyyatı son 80 il ərzində neft və qaz
sənayesi sayəsində
daha da inkişaf
edib.
Birləşmiş Ərəb Əmirlikləri
(BƏƏ): Siyahıda dördüncü olan BƏƏ-nin gəlir mənbəyi ölkənin təbii sərvəti olan neft və qazdandır.
Bu sahədən gələn gəlir
ÜDM-in 25 faizini təşkil
edir ki, bunun nəticəsində
2011-ci ildə adambaşına
düşən ÜDM-in miqdarı
48 min 222 min olub. Ölkənin, xüsusilə də paytaxt Əbu-Dabinin iqtisadiyyatında neft və təbii qaz ixracatı mühüm rol oynayır.
Oman: Dünyanın ən zəngin beşinci ölkəsi. Burada 2011-ci ildə adambaşına düşən
ÜDM-in miqdarı 28 min 880 dollar təşkil edib. Ölkənin neft ehtiyatlarının həcmi
isə 5,5 milyard bareldir.
Səudiyyə Ərəbistanı: Siyahının altıncısıdır.
2011-ci ildə adambaşna düşən
ÜDM miqdarı 24 min 434 dollar olub. Qeyd edək ki, Səudiyyə Ərəbistanı
dünyada neft ehtiyatlarına görə
ikinci yeri tutur. Belə ki, “qara qızıl” ölkə ixracatının 95 faizini,
dövlət gəlirinin
isə 70 faizini təşkil edir. Burada, həmçinin qaz ehtiyatları da var ki, bu
sərvətinə görə
Səudiyyə Ərəbistanı
dünyada altıncı
yerdədir.
Bəhreyn: Dünyanın ən zəngin yeddinci müsəlman ölkəsi.
2011-ci ildə adambaşına düşən
ÜDM-in həcmi 23 min 690 dollar olub. Neft bu ölkənin
ən çox ixrac etdiyi məhsuldur.
Türkiyə: Dünyanın ən zəngin müsəlman ölkələri siyahısında
Türkiyə səkkizincidir.
Burada 2011-ci ildə adambaşına düşən
ÜDM-in həcmi 16 min 885 dollar təşkil edib. Ölkədə iqtisadiyyatın ən
mühüm sahəsi
turizm hesab olunur. Türkiyə iqtisadiyyatının digər aparıcı sahələri tikinti, neft emalı, neft kimyası və maşınqayırmadır.
Türkiyə gəmiqayırma üzrə dünyanın
lider ölkələrindəndir
və sifariş verilən gəmilərin sayına görə Çin, Yaponiya və Cənubi Koreyadan sonra dördüncü yerdədir.
Liviya: Bu siyahının doqquzuncusudur. 2011-ci ildə adambaşına düşən ÜDM-in miqdarı
14 min 100 dollar olub. Dünya neft
ehtiyatının 10 faizinə
sahib olan ölkə dünyada neft istehsalı üzrə
17-ci yerdədir.
Malayziya:
“Dünyanın 10 ən zəngin müsəlman ölkəsi” reytinq siyahısını Malayziya
tamamlayır. Belə ki,
burada 2011-ci ildə adambaşına düşən
ÜDM miqdarı 15 min 589 dollar təşkil edib. Kənd təsərrüfatı
məhsulları və
neft üzrə əsas ixracatçı ölkə hesab olunan Malayziya, həmçinin ən böyük kauçuk və palma
yağı istehsalçısıdır.
Turizm ölkənin üçüncü
ən böyük gəlir sahəsidir.
Vüsal
Tağıbəyli
Həftə içi.- 2014.- 31 yanvar.- S.8.