Qarabağ” xalçalarını itirə bilərik”

 

Qarabağ Azərbaycanın xalçaçılıq məktəbi kimi də tanınıb. Çünki, Qarabağ xalçalarının 33 kompozisiyası mövcuddur. Yerli qoyun növlərinin yununun xüsusiyyətlərinə görə, Qarabağ xalçaları sıx hündüryumşaq xova malikdir. Qarabağ xalçaları həyat eşqiparlaq koloriti ilə seçilirlər. Onlar dörd qrupa bölünür: medalyonsuz; medalyonlu; namazlıqlar və süjetli.

 

Bu xalçalar Qarabağın dağlıq hissəsində –Malıbəyli, Muradxanlı, Daşbulaq, Cəbrayıl, Horadizbir çox başqa qəsəbələrdə istehsal olunurdu. Azərbaycanın cənub-qərbində yerləşən Qarabağ xalça məktəbi iki regionda – dağlıq və aran zonalarında inkişaf etmişdir. Dağlıq zonaya nisbətən xammalla, şübhəsiz, daha yaxşı təmin olunmuş aran rayonlarında – Cəbrayıl, Ağdam, Bərdə və Füzuli xalça istehsalında əsas yer tutur. Bu mərkəzin hər birində əhalisi satış üçün intensiv şəkildə xalça toxuyan bir çox kənd mövcud olub. Öz bədii quruluşu, texnoloji xüsusiyyətləri, rəng həlli baxımından Zəngəzur və Naxçıvan xalça istehsalı mərkəzləri də Qarabağ xalça məktəbinə daxildir.

"Aran xalçası", "Bağçadagüllər xalçası", "Balıq xalçası", "Buynuz xalçası", "Bərdə xalçası", "Bəhmənli xalçası", "Qarabağ xalçası", "Qoca xalçası", "Qasımuşağı xalçası", "Ləmbəran xalçası", "Muğan xalçası", "Talış xalçası", "Lampa xalçası", "Malıbəyli xalçası", "Xanqərvənd xalçası", "Xanlıq xalçası", "Xantirmə xalçası", "Çələbi xalçası", "Şabalıdbuta xalçası", və s. çeşnili xalça kompozisiyaları Qarabağ xalçaçılıq məktəbinin klassik nümunələrindəndir. Qarabağda evlərin interyerlərinə uyğunlaşdırılmış 5 xalçadan ibarət dəst xalı – gəbələr geniş yayılıb.

Qarabağ xalçalarının rəng-boyaq palitrası olduqca zəngindir. Bu palitra Qarabağ təbiətinin bütün rənglərinin ən zərif çalarlarını özündə əks etdirir. Qədim dövrlərdən Azərbaycan xalçalarının ara sahə yerliyi ənənəvi olaraq qırmızı rəngdə işlənmişdir. Müxtəlif bitkilərlə yanaşı, orta əsrlərdən burada rənglər müxtəlif növ həşəratlardan da alınmışdı. Onların içərisində qırmızı rəng almaq üçün ən geniş yayılmışı koşenildir. Xalq arasında ona "qırmızı böcəyi", "qurdqırmız", "palıd cücüsü" deyilirdi.

Bəs bu gün Qarabağ xalçaları istehsal olunurmu? Qarabağda xalçaçılıq sənətinin inkişafı, görəsən, nə yerdədir? Xatırladaq ki, Ağdam rayon 2 saylı peşə məktəbində xalçaçılıq qrupu fəaliyyət göstərir. Qırx nəfər şagird bu qrupda peşəyönümlü təhsil alaraq xalçaçılıq sənətini öyrənir.

Adıçəkilən təhsil müəssisəsinin direktoru Aybəniz Cəfərova “Həftə içi”nə bildirdi ki, peşə məktəbinin nəzdində fəaliyyət göstərən xalçaçılıq qrupunda təhsil alan şagirdlər Qarabağın tanınmış xalçaçılıq ustaları olan Ceyran Əliyeva, Sərvərli NübarArzu Allahverdiyevadan xalçaçılıq sənətinin sirlərini öyrənirlər: «34 il Ağdamda fəaliyyət göstərmiş Qarabağ Xalçaçılıq İstehsalat Birliyinin direktoru olmuşam. Qarabağın bütün bölgələrində, rayon və kəndlərində birliyin sexləri fəaliyyət göstərərdi, qədim Qarabağ xalçalarını istehsal edərdik. Bərdədə bizim xalça seximiz vardı. İşğaldan sonra bir müddət Bərdə rayonunda xalça sexində fəaliyyətimizi davam etdirdik”.

Aybəniz Cəfərova Qarabağ Xalçaçılıq İstehsalat Birliyinin fəaliyyətini dayandırdığını söylədi. Onun sözlərinə görə, bu, maliyyə çətinliyi ilə bağlıdır: “Hazırda “Azərxalça” İstehsalat Birliyi maliyyə çətinliyi ilə üzləşib. Bu da rayon xalçaçılığının inkişafına mənfi təsir göstərib. Artıq elə bir şərait yaranıb ki, Qarabağ xalçasını istehsal edə bilmirik. Axı, xalçaçılıq el sənətimizdir. Bu günədək onu qoruyub-saxlamışıq. Qarabağ xalçaları Qarabağın rəmzi, onun tarixi deməkdir. Həqiqətən də Qarabağ xalçaları üzərindəki o qədim ilmələr, naxışlar isbat edir ki, bu sənətkarlıq qarabağlılara, Azərbaycan xalqına məxsusdur. Onu nənələrimiz toxuyublar, biz isə qoruyub-saxlamalı və daha da inkişaf etdirməliyik. Qızlarımız böyük həvəslə xalçaçılıq sənətini öyrənirlər, amma yoxdur. Bu sənəti davam etdirməyə və onu istehsal etdirməyə yer və şərait belə yoxdur. Əgər belə getsə, biz Qarabağ xalçalarını itirə bilərik”.

Aybəniz Cəfərova onu da qeyd etdi ki, bu gün Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov Qarabağ xalçalarının istehsalı üçün rayon ərazisində xalçaçılıq sexinin açılması ilə bağlı çox məşğul olur. Onun sözlərinə görə, başçı, hətta bu barədə İqtisadi İnkişaf Nazirliyi qarşısında məsələ qaldırıb: “Bizə elə gəlir ki, rayon rəhbərinin bu çağırışından sonra, Ağdamda xalçaçılıq sexi tikiləcək və Qarabağ xalçaçılığı bərpa olunacaq. Əgər xalçaçılıq sexi açılarsa, orada ən azı 100-150 nəfərə kimi qadın işləyə bilər. Bu həm də Qarabağ xalçaçılığının inkişafı deməkdir. Qarabağ xalçaları həm də ona görə dəyərlidir ki, bu, sırf əl işləri olmaqla yanaşı, xalis yundan hazırlanır. Qarabağ xalçalarının üstünlüyü ondadır ki, təbii rənglə boyanmış iplərdən toxunuluryuyulduqca daha da gözəlləşir, daha da rəngi açılır. Heydər Əliyev Fondunun prezidenti, UNESKO və ISESKO-nun xoşməramlı səfiri, millət vəkili, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva muğamlarımızı inkişaf etdirib dünyaya tanıtdırdığı kimi, inanırıq ki, Qarabağın simvolu olan qədim “Qarabağ” xalçasının da sıradan çıxmasına imkan verməyəcək və bu sahədə əlindən gələn köməkliyi əsirgəməyəcək”.

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2015.- 1 dekabr.- S.7.