Ağdam Mədəniyyət və

Turizm Şöbəsinin uğurları

 

Ağdam Rayon Mədəniyyət və Turizm Şöbəsi öz işlərini günün tələbləri səviyyəsində qurur. Bəribaşdan qeyd edək ki, bu ilin yanvar ayının əvvəlində şöbənin şura iclasında adıçəkilən mədəniyyət və turizm şöbəsinin planı və tədbirlər planı geniş müzakirə edilərək təsdiqlənib. Tədbirlər planına əsasən, 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı bu il yanvarın 15-də mədəniyyət evi, klubkitabxanalarda fotostendlər təşkil olunub, bir sözlə, faciə hamılıqla anılıb. Mərasimdə 5000 nəfərdən artıq insan iştirak edib.

 

Ağdam Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şahin Qasımov “Həftə içi”nə cari ilin 9 ayı ərzində görülən işlərdən söz açaraq bildirdi ki, 2 Fevral – Gənclər Günü münasibətilə Quzanlı Mədəniyyət Evində gənclərlə rayon ziyalılarının görüşü təşkil edilib. Onun sözlərinə görə, tədbirdə bədii özfəaliyyət kollektivləri maraqlı konsert proqramı ilə çıxış edib: “Fevralın 4-də isə “Ordu xalqın qürurudur” hərbi-vətənpərvərlik mövzusunda Quzanlı Mədəniyyət Evində tədbir keçirilib. Eləcə də “Xocalı” soyqırımının 23-cü ildönümünün qeyd edilməsi ilə bağlı hazırlıq işləri aparılıb, soyqırımı əks etdirən sərgilər təşkil edilib, eyni zamanda, qətliamla bağlı Quzanlı Mədəniyyət Evində “Qisas qiyamətə qalmaz” adlı kompozisiya təşkil olunub. Həmçinin, Xocalı soyqırımı ilə bağlı kənd müəssisələrində də bir sıra ədəbi-bədii kompozisiya təşkil edilib. Mart ayının 5-də Bədən tərbiyəsi və idman günü münasibətilə Olimpiya İdman Kompleksində təşkil edilmiş tədbir Qiyaslı Uşaq Musiqi Məktəbi ansamblının göstəriləri ilə başa çatıb. 8 Mart – Beynəlxalq Qadınlar GünüAraz” şadlıq sarayında təntənəli şəkildə qeyd edilib və şənlikdə “Şur” ansamblı maraqlı konsert proqramı ilə çıxış edib. Eləcə də rayonda Novruz Bayramı el şənliyi yüksək səviyyədə təşkil edilib. Mart ayının 18-də “N” saylı hərbi hissədə, 19 martda isə Quzanlı qəsəbəsi Olimpiya Kompleksində çox geniş şəkildə şənlik təşkil olunub. Eləcə də xalqımızın milli adət və ənənələrini əks etdirən müxtəlif oyunlar, dirədöymə, yumurtadöyüşdürmələr, yun darayan, cəhrə əyirən, yuxa bişirən, qovurğa qovuran, kətə bişirən qız-gəlinlər tədbirdə daha çox maraq doğurub”.

Şahin Məmmədov RMTŞ-nin bu cür tədbirlərinin çox olduğunu vurğuladı. Onun sözlərinə görə, aprelin 24-də Quzanlı qəsəbə Mədəniyyət evində görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilib: “Azərbaycan Nasirlər və Poliqrafçılar İctimai BirliyiAğdam Rayon İcra Hakimiyyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar olaraq mayın 5-də Quzanlı qəsəbə Mədəniyyət evinin qarşısında kitab bayramı düzənlənib. Bayramda MKS-nin 2000-dən çox kitabının sərgisi təşkil olunub. Xatırladaq ki, 9 May – Qələbə Gününün 70 illiyi ilə əlaqədar Böyük Vətən müharibəsində həlak olanların şərəfinə mayın 9-da Əfətli kəndində ucaldılmış abidənin açılışı olub. Açılışda Ağdam Dövlət Dram Teatrının kollektivi hazırladıqları kompozisiya ilə çıxış edib. Eləcə də həmin gün Quzanlı qəsəbəsində inşa edilmiş Ağdamın gözü sayılan Çay evinin açılışında xalq artistləri Mənsum İbrahimov, Nəzakət Teymurova, Aygün Bayramova, Fatma Mahmudova, Əməkdar artist Təyyar BayramovAğdam rayonŞur” ansamblı konsert proqramı ilə çıxış etmişlər. Yeri gəlmişkən, onu da qeyd edim ki, “Bakı-2015” ilk Avropa Oyunlarının məşəli mayın 10-da Ağdamın Quzanlı qəsəbəsinə gətirilmişdir. Bu münasibətlə Soltanbud təpəsində geniş konsert proqramı təşkil edilmişdir. Eləcə də xalq şairi Bəxtiyar Vahabzadənin 90 illiyi ilə əlaqədar may ayının 22-də Ağdam Rayon Musiqi Kollecində tədbir keçirilib”.

Mədəniyyət şöbəsinin müdiri Respublika Günü ilə əlaqədar Quzanlı Mədəniyyət Evində tədbir keçirildiyini və həmin tədbirdə Ağdam RİH başçısı Raqub Məmmədovun çıxış etdiyini söylədi: “Həmin tədbirdə “Şur” ansamblı öz çıxışı ilə yadda qalıb. Onu da qeyd edək ki, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiə Günü bağça uşaqlarının iştirakı ilə Əlağalı kənd Mədəniyyət Evində qeyd edilib. Eləcə də Quzanlı Mədənyiyət Evində 15 İyunQurtuluş Günü ilə bağlı keçirilən tədbirdə “Şur” ansamblı öz maraqlı repertuarı ilə çıxış edib. Xatırladaq ki, 26 İyunMilli Silahlı Qüvvələri Günü münasibətilə Xındırıstan Uşaq Musiqi Məktəbinin kollektivi həmin ərazidə yerləşən “N” saylı hərbi hissənin əsgərləri qarşısında geniş konsert proqramı ilə çıxış ediblər, həmçinin, iyul ayının 18-də müqəddəs Ramazan Bayramı günündə mədəni-kütləvi tədbirin keçirilməsinə nail olmuşuq. Ürəkağrısı ilə deyim ki, 23 iyul Ağdamın işğalının 23-cü ildönümü ilə əlaqədar Soltanbud təpəsində, Şəhidlər Xiyabanında anım mərasimi, eləcə də, 30 iyulda SSRİ Xalq Artisti Rəşid Behbudovun 100 illiyi münasibəti ilə rayon mədəniyyət və turizm şöbəsi ilə mərkəzi kitabxana sisteminin işçilərinin Çay evində birgə keçirdikləri tədbirdə RİH-nin başçısı Raqub Məmmədov R.Behbudovun həyat və yaradıcılığı barəsində geniş məlumat verib. Avqust ayında əhalinin asudə vaxtlarının səmərəli keçməsi üçün Heydər Əliyev və Yeni Quzanlı parklarında “Şur”ansamblı mütəmadi olaraq maraqlı konsert proqramları ilə çıxışlar edib. Sentyabr ayının 15-də Bilik Günü ilə əlaqədar məktəblərdə konsert proqramları təşkil olunub”.

Şahin Məmmədov sentyabrın 18-də “Şur” ansamblının Ağcabədidə Üzeyir Hacıbəyovun anadan olmasının 130 illiyi ilə bağlı keçirilən tədbirdə iştirak etdiyini də dilə gətirdi. Onun sözlərinə görə, sentyabr ayının 24-də Qurban Bayramı ilə əlaqədar tədbirlər keçirilib, imkansız ailələrə qurban əti paylanılıb: “Onu da diqqətinizə çatdırım ki, sentyabrın 26-da “Azərbaycan Kənd İnvestisiya Layihəsi-2” çərçivəsində VII qarşılıqlı görüşlər sessiyası proqramı Ağdam, Ağcabədi, Tovuz, Gədəbəy, Göyçay rayonlarında seminar keçirilib. Seminarın ilk günü İsmayıllı rayonunun Aşıq Bayramlı kəndində, ikinci günü Tovuz rayonunun Hunamlar kəndində görüş keçirilib və asudə vaxtın təşkilində Qarabağın mədəniyyəti və incəsənəti haqqında məlumatlar verilib, eləcə də sərgilər təşkil edilib. Keçirilən sərgilərdə Ağdamın Dyarşünaslıq Muzeyinin eksponatları, Ağdam rayon MKS-nin 38 saylı Zəngişalı kənd kitabxanasının Qarabağı, Ağdamı təmsil edən kitab və jurnallarından istifadə olunub. Sərgiyə qoşulan Hüseyn Hüseynovun rəhbərlik etdiyiŞur” ansamblı milli geyimdəki çıxışı ilə – “Qarabağ şikəstəsi”, “Şahnaz muğamı” – konfrans iştrakçılarını heyran edib”.

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2015.- 3 dekabr.- S.7.