Mərdəkanın sosial

problemləri həllini tapır

 

Paytaxtın qədim yaşayış məskənlərindən biri olan Mərdəkan şəhərtipli qəsəbə olmaqla yanaşı, müalicə-istirahət zonalarından biridir. Mərdəkanın adı "Mərdlər məkanı" kimi tərcümə olunur, bu da yaşayış məskəninin qədim mard tayfaları tərəfindən salınmasına işarədir. Mardların adına isə ilk dəfə Qafqaz Albaniyasında yaşayan tayfaların sırasında rast gəlinir. Adıçəkilən qəsəbənin yaxınlığında qayalarda Tunc dövrünə (e.ə. III-II minilliklər) aid keçi, kaman s. təsvirləri, habelə qədim yaşayış yerləri aşkar edilmişdir.

Hələ qədimdən xalq memarlığının mərkəzi sayılan Mərdəkan haqqında müxtəlif xarici səyyahların salnamələrində məlumatlar var. Bakı milyonçularından Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev başqalarının burada bağları, yaraşıqlı tikililəri olmuşdur. Məşhur rus şərqşünası İ.N.Berezin "Abşeron yarımadasına səyahət" adlı əsərində Mərdəkanda olmasından, bu kəndin tarixi-memarlıq abidələrinin qeyri-adiliyindən yazmışdır. O, 1720-1721-ci illərdə Bakı hakimi Mirzə Məhəmməd xan tərəfindən tikdirilmiş bir qalanı (hazırda dağılmışdır) təsvir etmişdir. Eləcə tədqiqatçılar bildirirlər ki, Herodot, Strabon kimi səyyahların da Mərdəkan haqqında yazıları olub. Mərdəkanın qədim tikililərinə dördkünc Mərdəkan Qalası-1 XIV əsr, dairəvi Mərdəkan qalası-2 (1232), Xanbaba hamamı XIX əsr, Şeyx Kazım hamamı, Pirhəsən məqbərəsi (1612), Tağıyevin imarəti – 1900-cü illər, Tuba Şahi məscidi (1482), türbələr XV XVII əsrlər sair daxildir. Burada 4 ümumtəhsil məktəbi, 5 uşaq bağçası, internat, Musiqi evi, Mədəniyyət sarayı, kitabxana, Dendroloji Park, xəstəxana, bir neçə sanatoriya pansionat, eləcə Avtomat Telefon Stansiyası yerləşir.

Həftə içi”nin əməkdaşı olaraq payız-qış mövsümünə hazırlıq işləri ilə bağlı elə yolumuzu həmin ünvandan saldıq. Həqiqətən qəsəbədə böyük abadlıq, tikinti quruculuq işləri aparılıb. Belə ki, qəsəbə qalasının dağılmış divarları milli üslubda bərpa olunub. Mərkəzi ətraf yollar tamamilə asfaltlanıb, küçə işıqları quraşdırılıb, müasirtipli dayanacaqlar qoyulub. Yolların hər iki tərəfinə möhkəm istinad divarları çəkilib, müxtəlif bəzəkli daşlarla üzlənilib; yolqırağı yaşıl ağaclar, kollar əkilib, piyada səkiləri müasir formada təmir edilib, səkilərə tamet döşənilib. Yolqırağı binaların fasadları rənglənib, üzlüklər çəkilib. Yolların kənarlarında lazım olan yerlərdə bulaq salınıb. Qəsəbədə yaşıllıqlara aqrotexniki qaydada quluq edilir. Belə ki, ağac kol bitkilərinin dibi şumlanır, quruyan budaqlar budanır vaxtlı-vaxtında suvarılır. İlk öncə, qəsəbədə təmizlik səliqə-sahman özünü göstərir. Başlıcası odur ki, məişət tullantıları vaxtlı-vaxtında atılır, ərazilər süpürülür, su ilə yuyularaq təmiz saxlanılır.

Mərdəkan həqiqətən paytaxtda ən abad ən təmiz, yaşıllıqlar zolağı ilə zəngin olan bir istirahət zonası, dilbər bir guşə, qəsəbədir. Bu gün orada abadlıq, tikinti quruculuq işləri, eləcə ağacəkmə kampaniyası davam edir. Belə ki, qəsəbənin girəcəyindəMakaron Fabrikinin qarşısından keçən asfalt yolun sol tərəfində mişar daşları ilə yolqırağı divar çəkilir ağlay daşlardan üzlüklər vurulurdu.

Yesenin küçəsi, 60-da salınmış park öz gözəlliyi, müasirliyi milliliyi ilə diqqətimizi cəlb etdi. Ərazicə kiçik olmasına baxmayaraq, parkın içərisi çox genişdir. İstirahət guşəsinin mərkəzində dahi Nizaminin heykəli qoyulub, park müasir tələblər səviyyəsində tikilərək, sakinlərin ixtiyarına verilib. Parkın girəcəyində milli üslubda tikilmiş bulaq diqqəti daha çox cəlb edirdi. Bulaq qədim günbəzi xatırladırdı. Nizaminin abidəsi ucaldılmış parkda sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb. Baxmayaraq, havalar soyuq keçir, indinin özündə park sakinlərlə ilə dolu idi.

İlqar Quluzadə adlı sakin bağban işlədiyini söylədi. Onun sözlərinə görə, əvvəllər bu park çox bərbad vəziyyətdə olub: “Sonradan adıçəkilən istirahət guşəsində təmir bərpa işləri aparılıb. Park olduqca gözəldir. Çünki burada həm müasirlik, həm millilik özünü göstərir. Ağacların dibi şumlanılıb, su xətti çəkilib, quru budaqlar budanılıb. Gördüyünüz kimi, parkın ərazisində bir kibrit çöpü, kağız parçası belə tapa bilməzsiniz. Hər gün parkın ərazisində təmizlik işləri aparılır. Yeganə parkdır ki, hər gün içi yuyulur. Nizaminin abidəsində təmir bərpa işləri aparılıb”.

1941-1945-ci illərdə həlak olanların adına salınmış parkda da abadlıq, təmir bərpa işləri aparılıb. Parkın mərkəzində Böyük Vətən müharibəsində həlak olanların adları əbədiləşdirilərək, qara mərmərdən abidə ucaldılıb. Park öz təmizliyi, səliqə-sahmanı ilə seçilirdi. Tamamilə yaşıllığa qərq olmuş istirahət guşəsində sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb. Küçə işıqları, oturacaqlar qoyulub, yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib. Eləcə Mərdəkan qəsəbəsinin ərazisində salınmış parklarda da vəziyyət eyni idi.

Baba Əliyev küçəsində məhəllədaxili yollar asfaltlanıb. Demək olar ki, Mərdəkan həm yaşıl örtüyünün çox olması ilə, həm ekoloji təmizliyi abadlığı ilə Bakının digər qəsəbələrindən seçilir. Abadlıq-tikinti bərpa işləri, əsasən, rayon icra hakimiyyətinin, eləcə yerli bələdiyyələrin, icra nümayəndəliklərinin daxili imkanları hesabına aparılır. Onu da vurğulayaq ki, “Dövlət Proqramı çərçivəsində adıçəkilən qəsəbənin illərlə yığılıb-qalmış sosial problemləri öz həllini tapıb. Belə ki, qəsəbə ərazisində fəaliyyət göstərən səhiyyə ocaqları, ümumtəhsil məktəb uşaq bağçalarının binaları Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilib. Eləcə Dövlət Proqramı çərçivəsində qəsəbəyə qaz xətti çəkilib, mənzillərəsmartkarttipli sayğaclar quraşdırılıb. İşıq dirəkləri yenisi ilə əvəz olunub, köhnə elektrik naqilləri kabel xətlərlə əvəzlənib. Sakinlər, əsasən, içməli su sarıdan əziyyət çəkirdi. Artıq bu problem öz həllini tapmağa başlayıb. Belə ki, qəsəbə ərazisinə Dövlət Proqramı çərçivəsindəAzərsu” ASC tərəfindən içməli su xətti çəkilib. Su xəttinin çəkilişi indinin özündə davam etdirilir.

Qəsəbə sakinləri burada aparılan abadlıq, tikinti quruculuq işlərinə onlara göstərilən qayğıya görə, ilk öncə, Prezident İlham Əliyevə, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamova eləcə yerli qurumların rəhbərliklərinə öz minnətdarlıqlarını bildirdilər: “Qəsəbəmiz öz gözəlliyi ilə seçilir. Ən başlıcası odur ki, sakinlər əsrlərboyu içməli su sarıdan əziyyət çəkirdi, qəsəbənin əksər küçələrinəmavi yanacaqverilmirdi, elektrik xətləri köhnə olduğundan, işıqlarımız tez-tez sönürdü, eləcə yollarımız bərbad vəziyyətdə idi. Artıq bu problemlər öz həllini tapıb. Qəsəbədə sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.

İcra başçısı qəsəbə sakinləri ilə vaxtaşırı səyyar görüşlər keçirir. Bizim problemlərimizlə maraqlanır və yerində həllinə çalışır”.

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2015.- 5 dekabr.- S.7.