Bəxti sanki 70 yaşında gülən

xanəndə - İRADƏ İSAQ YAZIR

Ömründə bir dəfə də olsun, xaricə qastrola göndərilməyən məşhur muğam ustası Hacıbaba Hüseynov bu tilsimi necə qırdı?

Əvəzolunmaz muğamları, xüsusən təsnifləri ilə yadda qalıb. Yalnız ifaçı deyil, həm də muğamlarımızın, qəzəllərimizin gözəl bilicisi idi. 1919-cu ildə Bakının mərkəzində, Çəmbərə kəndində dənizçi Hüseynəlinin dindar ailəsində doğulmuşdu, Bakının məşhur mərsiyəxanlarını dinləmişdi.

Gəncliyində adicə tokar işləyib. Bir müddət isə nağaraçalan kimi toylara gedib. Amma xalqın böyük məhəbbətlə sevdiyi ustad xanəndə kimi məşhurlaşa bildi. Baxmayaraq ki, Xalq artisti adını yalnız 72 yaşında aldı...

Bu dəfə Hacıbaba Hüseynovdan danışacağıq. Övladlığa götürdüyüöz soyadını verdiyi baldızı qızı Sədaqət Hüseynova deyir ki, onu Voroşilovun əmri ilə əsgərliyə də aparmayıblar. Çünki o elə tokar idi ki, müharibə üçün lazım olan partlayıcılar düzəldirdionlar arxa cəbhədə daha çox lazım idilər.

Qardaşı oğlu müğənni Hüseyn Bakılı isə deyir ki, yalnız əmisi yox, Əlibaba Məmmədov, Tələt Qasımov da toylara nağaraçalan kimi gedib, ona görə onlar dəfi yaxşı çalır. Həm də əmisi nağaraya üz çəkməyi bacarırmış.

Qızı Sədaqət Hüseynova: - Toylara onu nağaraçalan kimi qohumumuz, məşhur qarmon ustası Teymur Dəmirov aparıb. Arada bir-iki ağız oxutdurub, görüblər səsi də var. Xalam Sara Qədimova da onun baldızı idio vaxt artıq məşhur idi. Anam deyəndə xalam Sara xahiş etdi ki, bir oxu görüm səsin necədir? Üzünə kitab tutub oxuyub, bir də baxıblar ki, xalam ağlayır, bəyənir, onu gətirir Əhməd Bakıxanovun ansamblına. Atamın üstündə haqqı-sayı çox olub Əhməd müəllimin. Atamın görünüşü o qədər də gözəl olmayıb deyə əvvəl efirlərə çəkmirdilər. Onun şəkillərini Əhməd Bakıxanov televiziyaya aparıb, zorla çəkdirib. Bəstəkar Cahangir Cahangirov atamın kartatekasına özü qol çəkib, televiziyanın fonduna getməsinə icazə verib.

Hüseyn Bakılı: – Əmim çox zəhmli adam idi, biz uşaq vaxtı onu görəndə gizlənirdik, həm də çox kövrək adam idi. Pəhləvanlığı vardı, 32 kiloluq daşı fırladıb sinəsi ilə vurardı. Pomidor yeşiklərinə uşaqları yığardı, çıxıb damdan dişi ilə qaldırardı, qışda qarla bədənini sürtürdü. Özüsovet illərindən namazqılan olub. Allahla həmişə danışıb ağlayardı.

Tarzən Vamiq Məmmədəliyev: – O mərsiyələri çox dinləyib, onlara özü söz qoşub oxuyardı. Seyid Əzimi çox sevərdi. Onun qəbrini ziyarət edib, efirə də çəkdirib. Hər adamla oturub söhbət eləməzdi. Mən Asəf Zeynallı adına Musiqi Texnikumunda tələbə olarkən 4 il onun dərslərində pulsuz konsertmeyster işləmişəm, orada bişmişəm. Burada bir rəngi çal, burada gözlə, xanəndə müşayiət etməyin də öz qanunları var. Hacıbaba özü 4 sinif qurtarıb, savadı olmayıb, amma toylarda yetişib. Əkrəm Cəfər, Əli Fəhmi, Həkim Qəni, Hacı Mayılla söhbətlərdə bişib. Zülfüdən çox şey götürüb. O vaxt xanəndələr bir-birinə qəzəl verməzdilər, paxıllıq olub. Zülfü səsini yazdırmazdı məsələn. Onun səsini xəlvət yazırdılar ki, özü bilməsin. Elə öyrənirdi Hacıbaba.

Kamança ifaçısı Mirnazim Əsədullayev: – İndi də fəxr edirəm ki, onu ən çox müşayiət edən, yanında olan adam mən olmuşam. Onun sənət aləmində məndən yaxın adamı olmayıb. Yol yoldaşı olmuşuq, ata-oğul olmuşuq.

Hüseyn Bakılı: – Əmimi orijinal təsniflər camaata sevdirib. Özü çox təsnif yazıb. Amma “Bərəyə bax, bərəyə”, “Qarpız kəsdim yeyən yoxkimi təsniflər türk mahnılarıdır. Mənim atam radiodan yaxşı türk mahnıları yazıb ona verərdi. Bu mahnıları Nəzahət Bayram oxuyurdu, ritmi fərqli idi. Mən ona Ağaəmi deyirdim, böyük əmim idi. Əmim o ritmi, sözlərini dəyişirdi, Nəzahət Bayramdan sonra kişi xoru oxuyurdu o sözləri, əmim sözləri, motivi elə peşəkarlıqla dəyişdi ki, çox uğurlu alındı.

Vamiq Məmmədəliyev: – Təsnifi Hacıbaba dəb saldı, ondan sonra toylarda təsnif oxumağa başladılar. Həmişə deyirdi, “mən bu təsnifləri dəbdə qalmaq üçün oxuyuram”. Özü də gözəl qəzəllər yazıb oxuyurdu, nəbzi tutan adam idi, elə nöqtələrə toxunurdu ki, toylarda hamı onu tələb edirdi.

Vamiq Məmmədəliyev: – O azsaylı xanəndələrdəndir ki, böyük pərəstişkarlar ordusu vardı, məclisə dəf əlində girəndə hamı ayağa dururdu. Bəzi xanəndələr dəfi özü götürməzdi, ar bilərdi, kimsə onun dəfini daşıyırdı, amma Hacıbaba deyirdi ki, “yox, özüm aparacam dəfimi, bu mənim sənətimdir”.

Qızı Sədaqət xanım: – Mənim atam zilxan müğənni deyildi. Amma səsindən artıq istedadı vardı. Xalamoğlu Akif İslamzadə də “zilxan deyildi” deyə ona kimsə irad tutanda acıqlanır. O, zilxanlarla bərabər səhnədə, onlardan da yaxşı oxuyurdu.

Mirnazim Əsədullayev: – Çox qəzəl kitabı oxuyurdu. Soruşanda deyirdi: “Sizin səsiniz məndən güclüdür, bəs mən sizin qabağınızda qəzəlgahı gözəl bilməyimlə at oynadıram da, hətta sizdən də yaxşı oynadıram”.

Vamiq Məmmədəliyev: – Bir var səsi zilə kökləyirsən, təmiz “sikökü, bir varsi bemol”, Hacıbaba bunulyaedirdi öz səsinə uyğun, hər adam öz səsinin kökünü bilmir. Və bu kökdə tamam dəstgah Mahur Hindi oxuyurdu, sonra Rast, gəlib Pəncgah da oxuyurdu, Zabul Segahda qüvvəsi çatan qədər Manənd-müxalif, Manənd-Hisar oxuyurdu. Səsində bir qətrə də xariclik yox idi. Səsinə baxan idi, məclisdə yemək yeməzdi, ancaq çay-meyvə. Deyərdi xanəndə gərək səsi olmayanda da oxuya bilsin, səs olanda oxumağavar ki!

Hüseyn Bakılı: – Vaqif Mustafazadə də onunlaTikdim ki, izim qala” adlı caz kompozisiyası yazdırdı. Vaqif deyib “nə istəyirsiz oxuyun biz uyğunlaşdırıb çalarıq”. Deyibyox, siz nauşniklə dəmi qulağıma verin, mən özüm oxuyacam”. Bu mahnı belə yazılıb.

Hacıbaba Hüseynovun ailəsinə gəlincə, mərhum muğam ustası sağlığında bu barədə danışmağı sevməzmiş. Qızı Sədaqət Hüseynova deyir ki, anasıgil qarabağlıdır: “Babam 16 yaşında Bakıya gəlib. Anamın anası İçərişəhərlidir, qonşu olublar, evləniblər. Hacıbaba müəllim 18 yaşında 1943-cü ildə anamla evlənib. Zarafatla deyirdi ki, “camaat aclıqda arvadını boşayırdı, mən isə evləndim”. Aralarında 5 yaş fərq olub. 51 il bir yerdə yaşayıblar. Atam qısqanc idi, məni də öz xalamoğlugillə də danışmağa qoymurdu, anama qarşı da çox qısqanc olub. Ailəyə çox yaxşı baxıb, bazarda qiymət soruşmazdı. Deməzdi azdır-çoxdur. Deyirdi o göyərtisatan 5 qəpiklə yığdığı pulu sabah toyda gətirib qabağıma 50 manat şəklində qoyacaq. Bəs onun canı yoxdur? Bizim kimi sənət adamlarına qiymət soruşub danışmaq ayıbdır. Amma dost-aşnaya pul xərcləməzdi, içkiyə meyilli deyildi, restorana getməzdi, hamını evə gətirərdi, buradan kimsə ac getməzdi, hamını bağa yığardı, elə bilirdilər bura lagerdir. Xalam Sara Qədimovanı çox istəyirdi, amma aralarında hörmət olsa da, inciklik vardı”.

Hacıbaba Hüseynov xalq arasında olduqca populyar idi. Amma o, nədənsə rəsmi qurumların yadına olduqca gec düşmüşdü. Üstəlik, o, bu yaşına qədər bir dəfə də olsun xarici ölkəyə qastrol səfərinə göndərilməmişdi.

Mirnazim Əsədullayev: – O nəinki xaricə, heç rayonlara çox getməyib, əsasən Bakı toylarında oxuyurdu. 35 il Nardaran kəndində toy oxuyub. Getdiyi ən yaxın rayon Salyan, Neftçala, bir dəfə də Lənkəran olub. 1989-cu ildə bizi nazirliyə çağırdılar. O, özü getməyib, məni göndərdi. O vaxt nazir müavini vardı Zülfüqar Fərzəliyev. Atası ona vəsiyyət edibmiş ki, vəzifədə olsa Hacıbaba Hüseynova əlindən gələn köməkliyi etsin, onun heç kimi yoxdur. O kişi vəzifəyə gələndən Hacıbaba müəllimin vəziyyəti lap yaxşılaşdı, nazir müavini bizi qastrola göndərdi.

Hacıbaba Hüseynovun bəxti sanki 70 yaşından sonra üzünə gülməyə başlamışdı. Hər şey onun 70 illik yaradıcılıq gecəsini keçirməklə başladı. Ona qədər isə, 70 yaşlı tanınmış xanəndənin heç bir fəxri adı yox idi.

Mirnazim Əsədullayev:Onun yaradıcılıq gecəsinin afişasına Sara xanımın adını yazmışdım, demişdi gələcəm. Amma onlar danışmırdılar. Sonra bir də zəng vurdu ki, gəlməyəcəm, yubilyar gərək məni özü çağıraydı. Dedim Sara xanım, bu gecəyə yubilyar heç kimi çağırmayıb, təşkilatçı mənəm, sizi mən çağırıram. Afişaya adınızı da vurmuşam. İstəyirsiz mən deyim özü sizi çağırsın. Bunu Hacı dayıya söyləyəndə “Baş üstə, Saraya zəng eləyərəm” dedi. Sonra mənə zəng edib Saranın gələcəyini, Şövkət xanımın da gətirəcəyini söylədi. Şövkət xanım da onda xəstəxanadan təzə çıxmışdı. Dostum rəhmətlik Ədalət Vəzirovla birgə Polad Bülbüloğlundan tədbiri Filarmoniyada keçirmək icazəsini də aldıq.

Vamiq Məmmədəliyev: - İnanmırdı ki, Filarmoniyada ona yubiley keçirsinlər. Deyirdi kim qoyar məni o səhnəyə? Başım keçəl, burnum böyük, qarnım yekə. Özümqara divə oxşayıram.

Qızı Sədaqət xanım: – Atam uzun illər heç bir ad almayıb. Amma heç gözləməyib də. Özünü böyük xanəndə saymırdı. 70 illiyindən sonra Əməkdar, 1 ay sonra Xalq artisti oldu. Elə də çox sevinmədi. Gözütox adam idi...

Ömrünün son illərində olsa da, Hacıbaba Bağırov arzularına çatmışdı. Əvvəllər arada bir ziyarət etdiyi Bibiheybət qəbiristanlığını daha tez-tez ziyarət etməyə başlamışdı. Daha özünü əvvəlki kimi gümrah hiss etmirdi. Son vaxtlar toylara da getmədi.

Qızı Sədaqət xanım:Ömrüböyu xəstələnməyən adam idi, birdən-birə halı xarab oldu. Apardıq həkimə, dedilər işemiyadır, yüngül xəstəlikdir. Ona görə də 10 gündən sonra çıxarıb gətirdik. Yavaş-yavaş arıqlayırdı, sonra gördük təngənəfəslik başlayır. Ağciyərində uşaq vaxtından ləkə vardı, pnevmaniya keçirmişdi. Bu təngnəfəslik ağciyər xərçənginə döndü. Amma özü xəstəliyini bilmirdi. Ölən gündən əvvəl bir qonaqlıqda çox danışmışdı, bir az da oxumuşdu, ağır xəstə idi, ona bu qədər danışmaq olmazdı. 10 gün idi xəstəxanadan çıxmışdı, gec qayıtdı o qonaqlıqdan. Lifti güdürdüm, liftin düyməsini də özün basıb qalxıblar, bir oğlan onun qolundan birtəhər gətirdi, ağzından qan gəldi, əli ilə su istədi, verdim getdim həkim çağırmağa, zəng vuranda artıq keçinmişdi. Özü Bibiheybətdə dəfn olunmaq istəyirdi, “ora pak yerdirdeyirdi, amma qismət olmadı. Rafael Hüseynov çox çalışdı və onun Fəxri Xiyabanda dəfn olunması üçün icazə aldı. Atamı Fəxri Xiyabanda dəfn etdik.

Həftə içi.- 2015.- 3 mart.- S.6.