Zəngin eksponatlara malik

Dövlət Bayrağı Muzeyi

 

9 Noyabrmüstəqil Azərbaycanın qeyd etdiyi əlamətdar günlər sırasında xüsusi önəm daşıyır. Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur. 2010-cu il sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı MeydanınınBakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olub.

Meydanda inşa olunmuş bayraq dayağının hündürlüyü 162 m, bünövrəsinin diametri 3,2 m, bünövrənin üst hissəsinin diametri 1,09 m.-dir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən, 350 kiloqramdır. Meydanda qurulmuş Azərbaycan Respublikasının Herbi, Dövlət Himninin mətni ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Bu gün Bakının bir çox yerindən Azərbaycanımızın qürur mənbəyi olan üçrəngli, ay-ulduzlu bayrağımızımüstəqilliyimizin səsini sanki dünyaya çatdırırmış kimi, dalğalanmasını seyr edə bilirik.

Dövlət Bayrağı Meydanında ziyarətçilərin daha çox üz tutduğu bir ünvan da var: Dövlət Bayrağı Muzeyi (DBM).

Biz bu muzeydə nələrin nümayiş olunduğunu əyani şəkildə görmək gördüklərimizi oxucularımızla paylaşmaq üçün üz tutduq həmin ünvana.

DBM ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə inşa olunmuş 2010-cu ilin sentyabrın 1-də təntənəli açılış mərasimi keçirilmiş Dövlət Bayrağı Meydanında yaradılıb. Ölkə prezidentinin təşəbbüsü ilə səkkizguşəli ulduz formasında yaradılmış muzey Dövlət Bayrağı Meydanında bayraq dirəyinin kürsüsünün altında yerləşir.

Muzeyin giriş hissəsində xeyli sayda Azərbaycanın üçrəngli bayrağı qoyulub. Divarlara isə Ümummilli Lider Heydər Əliyevin, ölkə Prezidenti İlham Əliyevin bayraqla bağlı müdrik kəlamları, Dövlət Bayrağı Meydanı DBM haqqında prezidentin sərəncamları, həmçinin Azərbaycanın Dövlət Himninin sözləri həkk olunub.

Bayraqların yanında isə DBM-nin xatirə kitabının qoyulduğu stendə rast gəldik. Həmin kitabın ilk səhifəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2010-cu ilin noyabrın 9-da yazdığı ürək sözləri xairələri əksini tapıb.

Muzeydəki fotoşəkillərdə Ümummilli Lider Heydər Əliyev prezident İlham Əliyevin andiçmə mərasimlərində Azərbaycan bayrağını öpdükləri kadrlar da böyük maraq doğurur. Zaldakı multimedia qurğusu vasitəsilə idarə olunan televizor-monitorlarda Azərbaycanın bayraqları, gerbləri, hərbi geyimlər sair nümayiş etdirilir. Azərbaycanlı memar dizaynerlərin layihələri əsasında qurulan tərtibatında müasir dizayn texnologiyalarından istifadə edilən muzeydə diqqətimizi cəlb edən ən maraqlı məqamlardan biri həm müasir, həm qədim Azərbaycanın bayraqlarının onların fotolarının dəhliz boyunca yerləşdirilməsi oldu. Müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların bərpa olunmuş bayraqları, həmçinin XVII-XVIII əsrlərə aid bayraqların uc elementləri ziyarətçilərdə qədim dövlətçilik tariximiz ənənələrimizlə bağlı dərin təəssürat oyadır.

Muzeydə Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı, Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqları da nümayiş etdirilir. Hətta ayrı-ayrı zirvələrin fəth edilməsi zamanı həmin yüksəkliklərə sancılmış Azərbaycan bayraqlarının fotoları da diqqəti çox çəkirdi.

Dəhlizdə Silahlı Qüvvələrin qoşun növlərinin mərasim geyimləri muzeyə gələnlərdə böyük maraq oyadır. Stendlərdə Azərbaycanın qədim müasir gerbləri yerləşdirilib. Nümayiş olunan eksponatlar arasında Azərbaycan Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları xüsusi qeyd edilməlidir. Hətta onlardan birinin əski əlifba ilə yazılması marağımıza səbəb oldu. Muzeydə Azərbaycanın dövlət rəmzlərindən, dövlətçilik siyasətindən, Dövlət Bayrağı Meydanından digər məsələlərdən bəhs edilən kitablar da gördük.

Dünyada nadir muzeylərdən biri olan Dövlət Bayrağı Muzeyində, həmçinin Ginnes Dünya Rekordları Təşkilatının Azərbaycanın Dövlət Bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edən şəhadətnaməsi var. Həmin sənəddə yazılıb: «162 metr, 531 fut 5 dyüm ölçüsündə ən böyük bayraq dirəyi Azərbaycanda inşa edilmişdir. Hündürlük Azərbaycanın Bakı şəhərində, 29 may 2010-cu il tarixində ölçülmüşdür». Dəhliz boyunca Azərbaycan Respublikasının müxtəlif illərdə dərc edilmiş poçt markaları, pul nişanlarının nümunələri, orden medallar, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin yaranması, formalaşması inkişafını, Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi ilə bağlı fəaliyyətini əks etdirən çoxsaylı fotolar sənədlər insanlarda dərin təəssürat oyadır.

Marağımıza səbəb olan eksponatlar sırasında ulu öndər Heydər Əliyevin Prezident İlham Əliyevin andiçmə mərasimlərində öpdükləri dövlət bayraqlarının, müxtəlif kitabların, fotoşəkillərin, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı İmperiyasındakı diplomatik nümayəndəliyinin binası üzərində dalğalanmış bayrağın da adlarını xüsusi qeyd etmək istərdik.

Buradakı eksponatların çoxu ilk dəfə nümayiş etdirilir. Muzeydə Ağqoyunlu dövlətinin XV əsrə, Səlcuqlar dövlətinin XI-XII əsrlərə, Qaraqoyunlu dövlətinin XV əsrə, Səfəvilər dövlətinin XVI əsrə, Bakı, Gəncə, İrəvan və Şəki xanlıqlarının XVIII əsrə aid bayraqları da var. Qədim dövlətlərimizdən bir neçəsinin bayrağının ucluq nümunələri də ziyarətçilərin marağına səbəb olur.

Muzeydəki maraqlı eksponantlar arasında XV əsrə aid Azərbaycan döyüşçülərinin dəmir zirehi və dəbilqəsi, XVIII əsrə aid orta əsr silahları olan təbərzin, qalxan və qılınc, XVIII əsrə aid Qarabağ xanı İbrahimxəlil xanın şeşpəri və s. var.

Divarlardakı Bakının, Naxçıvanın, Şuşanın, Gəncənin, Şamaxının, Lənkəranın, Qubanın, Nuxanın və Zaqatalanın XIX əsrə aid herbləri onları görənləri valeh edir.

DBM-də Azərbaycanın qədim dövrlərində mövcud olmuş möhürlər və sikkələr də nümayiş olunur. Bəzi stendlərdə isə Azərbaycanın, həmçinin Sliahlı Qüvvələrin qoşun növlərinin xidməti medal və ordenləri də qoyulub. Onların arasında Azərbaycan Respublikasının ən yüksək dövlət mükafatları sayılan «Heydər Əliyev» ordeni, «Azərbaycan Bayrağı», «Şöhrət», «Vətənə xidmətə görə», «Şərəf», «Dostluq», «İstiqlal», Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanı, «Qızıl Ulduz» medalı, Azərbaycan Respublikasının ali hərbi ordeni olan «Şah İsmayıl» və digərləri də var.

Bir sözlə, dünyanın nadir muzeylərindən olan DBM-dəki eksponatlar, sənədlər, fotoşəkillər və sair bu muzeyə gələn yerli və əcnəbi vətəndaşlarda xoş əhvali-ruhiyyə və unudulmaz xatirə yaradır. Onlarda Azərbaycanın qədim dövlətçilik ənənələri, bayraqlarımız, Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin müstəqil Azərbaycanın inkişafı üçün atdıqları addımlar barədə zəngin bilik formalaşdırır.

Bir daha şanlı üçrəngli və ay-ulduzlu bayrağımızın Dağlıq Qarabağda, Şuşada, Laçında və bütün işğal edilmiş ərazilərdə dalğalandırılması arzusu ilə Dövlət Bayrağı Bayramınız mübarək!

 

Təbriz Vəfalı

 

Həftə içi.- 2015.- 7-10 noyabr.- S.3.