“Ömür deyir yaşa hələ”

 

Səlim Əzimov: “Nurlu işıq heç zaman sönmür”

 

Tanınmış pedaqoq Səlim Əzimovu təqdim etməyə ehtiyac yoxdur. Onu tək  ağdamlılar, qarabağlılar deyil, respublikamızda əksər insanlar tanıyır. Ağdamın, Qarabağın sayılıb-seçilən ağsaqqallarından biri olan Səlim müəllim ilk əmək fəaliyyətinə mətbuatda başlasà äà, ömrünün böyük hissəsini Azərbaycan təhsilinin inkişafına həsr edib. Înun bu əməyi Azərbaycan Prezidenti tərəfindən  yüksək qiymətləndirilib və xüsusi sərəncamla “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Ömrünün 88-ci baharını yaşayan el ağsaqqalı  ahıl yaşlarında yorulmaq bilmir, yaradıcılıqla məşğul olur. Yazdığı hər kitab, qələmindən yaranan hər söz cəmiyyətimiz üçün dəyərlidir. Səlim müəllim sadə fikirləri ilə həqiqəti söyləyir, kənd müəllimi kimi gəncləri saf mənəvi dəyərlərlə sağlam mühitdə yaşamàğa çağırır. Müəllifi olduğu kitablar doğulduğu Novruzlu kəndinin keçmişindən, Ağdam kimi böyük bir rayonun dəyərli insanlarından, görkəmli şəxsiyyətlərindən  bəhs edir. Eləcə də Qarabağ və Ağdam ağrılarını, bədii və zəngin təfəkkürü ilə oxucularımıza çatdıra bilir.

Səlim müəllimin bu yaxınlarda işıq üzü görən “Ömür deyir yaşa hələ” kitabı da məhz bu qəbildəndir. “Nurlu işıq heç zaman sönmür” giriş sözü ilə başlayan bu kitab ədibin 5-ci kitabıdır. Kitab 60 il müəllimlik etmiş və bunun 54 ilini məktəb rəhbəri işləmiş, respublikanın Əməkdar müəllimi Səlim Əzimovun keçdiyi fədakar əmək yolundan bəhs edir. Kitabda, həmçinin doğma kəndinin tarixi, mədəniyyəti, habelə dəyərli insanlar haqqında müəllifi olduğu məqalələr, həmçinin Səlim müəllimin özü barədə tanınmış şəxslərin xatirələri öz əksini tapıb.

Kitabda insan tərbiyəsi əsas yer alıb. Îðàäà müəllifin pedaqoji təcrübəsinin zənginliyindən, gənclərimizií təlim-tərbiyəsindəki böyük rolundan danışılır. Səlim müəllim maraqlı həyat yolu keçib, onun pedaqoji təcrübəsindən indi də  orta məktəblərdə istifadə olunur. Êollektivdə aparılan təlim-tərbiyənin düzgün planlaşdırılmasının nəticəsidir ki, hər il orta məktəbi bitirən məzunların 60 faizi tələbə adını qazanır. Tarixboyu bir çox dahilər, o cümlədən, dünyaşöhrətli şair Nizami Gəncəvi yaradıcılığında insan tərbiyəsinəçox böyük yer verilir.

“Ömür deyir yaşa hələ” adlı ön sözdə Səlim müəllim deyir: “Bu gün özümü 50 yaşındakı adamlar kimi hiss edirəm. Bir dostum var, deyir ki, Səlim müəllim qocalmayıb, yaşa dolub. Yəni həyat hadisələri ilə maraqlanıram və onlardan zövq alıram. Bu ahıl çağımda da televiziya verilişlərini, ìətbuatı daim izləyirəm, yazı-pozu ilə məşğul oluram. Hərdən dəniz kənarına gəzintiyə dəçıxıram».

Novruzlu kəndinin təhsilindən söz açan müəllif deyir: “Mən fəxr edirəm ki, dünyaşöhrətli alim Xudu Məmmədov, akademik Rafiq Əliyev, Bakı Dövlət Universitetinin professorları Cahangir Məmmədli, Misir Rəhimov, filosof Şahnəzər Hüseynov və başqaları vaxtilə direktor işlədiyim Novruzlu məktəbində təhsil alıblar.  Eyni zamanda, vaxtilə məktəbimizin məzunu olmuş digər ziyalılar, elm adamları, həkimlər, müəllimlər, iqtisadçılar barədə “Həyat hekayələri” kitabımda bəhs etmişəm”.

Kitabda  bir sıra rəvayətlər, eləcə də “Adəmdən-xatəmə–Tanrının möcüzələri” adlı məqalə oxucuları daha çox özünə cəlb edir. Həmin məqalədə müəllif mələklərin səcdə etdiyi Adəm, İdris, Nuh, Hud, Saleh peyğəmbərlər (Allahın salamı olsun onlara), eləcə də Nəmrudun yandırdığı alovu Allah-Təalanın gülüstana çevirib, xilas etdiyi İbrahim (ə), ondan sonra gələn Peyğənbərimizin möcüzələrindən vəəhvalatlarından söz açır.

Kitabda yaddan çıxmış qədim toy-düyün ənənələri, nişan mərasimləri, eləcə də unudulmuş bir sıra milli adətimiz oxucu diqqətinə çatdırılır.

Adıçəkilən  kitabda  məlum Qarabağ hadisələrinə, xalqımızın başına açılan haqsızlıqlara, erməni vəhşiliklərinə geniş yer verilib. Eyni zamanda, kitabda Ağdamın düşmən əlinə  keçməsinin xəyanətkar rəhbərlərin əməlləri ilə bağlı olmasına dair  maraqlı faktlar da geniş yer alıb.  Səlim müəllim deyir: “Hər vaxt demişəm və indi də deyirəm: ermənilər ağdamlılardan qorxurdular. Ağdam uzun illər ermənilərə gözdağı olub. Ermənilər bilməlidirlər ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Yəqin ki, əvvəlkindən də gözəl, yaraşıqlı Ağdam yenə yaranacaq. Biz ayrılığı gördük,  sinəmiz dağlandı, zirvələrə gedən yollarımız üzümüzə bağlandı, lakin  kiminsə yanında kövrəlmədik”.

Səlim müəllim kitabdakı xatirələrində sovet dönəmində uzun müddət Ağdam Rayon PK-nin birinci katibi işləmiş Sadıq Murtuzayevin apardığı quruculuq işlərindən, onun insani keyfiyyətlərindən də söhbət açır. Eləcə də bu kitabda böyük alim Xudu Məmmədovun maraqlı lətifələrinə, dünyaşöhrətli alim Rafiq Əliyev haqqında bəzi deyimlərə rast gəlirik.

Kitabda Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovun qısa bir müddət ərzində rayonun Quzanlı qəsəbəsində, eləcə də işğal altında olmayan kəndlərində aparığı abadlıq, tikinti və quruculuq işlərinə  xüsusi yer ayrılıb.

Kitabın son səhifəsini müəllif mehriban və istəkli balalara həsr edərək deyir: “İnsanları tanımaq çətindir. Heç kəsə sirr verməyin, özünüzə rəva bilmədiyinizi başqalarına da rəva bilməyin, qorxaq olmayın; qorxan gözəçöp düşər.  Tədbirli, uzaqgörən olun, əkinçi olun, biçinçi olmayın. Bu müqəddəs deyimlər atalara məxsusdur. Hər bir işdə sabahı fikirləşin. Tamahkar olmayın, əməyi, zəhməti sevin, halallıqla pul qazanmağa çalışın. Məbadə qonşunun paxıllığınıçəkəsiniz. Üçmüqəddəs amilə ehtiram etmək hamımızın borcudur: dinimizə, qanuna və bir də Allah rizasına. Həyatımda bütün müsbət cəhətlərimə görəəvvəlcə valideynlərimə, sonra isəömür-gün yoldaşım Zabilə xanıma minnətdaram.  Allahın qisməti ilə Fikrəti, Mehmanı, Cəmiləni, Vidadini, Hafizi o böyütmüş, tərbiyə etmişdir.

Əziz balalarım! Sizdə olan dost sevgisi Uca Rəbbimizdən və biz valideynlərdən qaynaqlanır”.

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2015.- 12 noyabr.- S.7.