Misir səfiri Milli Kitabxanada  

 

Misirin ölkəmizdə yeni təyin olunmuş səfiri Suzan Cəmil Milli Kitabxanaya baş çəkib. Misir Mədəniyyət MərkəzindənHəftə içi”nə verilən məlumata görə, Milli Kitabxananın direktoru professor Kərim Tahirovla da görüşən səfiri Mədəniyyət Mərkəzinin müdiri Dr. Əhməd Sami Elaydy müşayiət edib.

K.Tahirov səfirə məlumat verərək Milli Kitabxananın respublikanın ən iri kitab evi olduğunu, dünyanın 70-dən artıq kitabxanası ayrl-ayrı təşkilatları ilə beynəlxalq kitab mübadiləsi apardığını, 30-dan artıq ölkənin kitabxanaları ilə ikitərəfli qarşılıqlı əməkdaşlıq barədə Memorandumun imzalandığını bildirib. K.Tahirov səfirə bir neçə dəfə Misirdə olduğunu bildirib, xoş duyğularını bölüşüb. O, həmçinin İskəndəriyyə kitabxanası ilə əlaqələrdən, qarşılıqlı münasibətlərdən söz açıb. Mədəniyyət Mərkəzi ilə əlaqələrindən danışan direktor mərkəzin müdiri Əhməd Sami Elaydinin ərəb dilində 5 min ədəbiyyatın elektron variantının Azərbaycan Milli Kitabxanasına hədiyyə edildiyini söyləyib. Eyni zamanda, mərkəzdə fəaliyyət göstərən kitabxananı çox bəyəndiyini onun zənginləşməsinə kömək etməyə hazır olduğunu bildirib.

Səfir  Suzan Cəmil Azərbaycanda işləməkdən məmnunluq duyduğunu, özünü çox xoşbəxt hesab etdiyini deyib. Bakıda Misir Mədəniyyət Mərkəzinin fəaliyyət göstərməsinin sevindirici hal olduğunu bildirən səfir, əlavə edib ki, dünyanın çox ölkəsində səfirlikləri olmasına baxmayaraq mədəniyyət mərkəzlərinin sayı azdır. Burada bu mərkəzin açılmasının Misirin Azərbaycana daha çox əhəmiyyət verməsindən irəli gəldiyini bildirib.

K.Tahirov isə iki dövlət arasında xoş münasibətlərin milli kitabxanalar arasında da olmasını arzulayıb, qarşı tərəfə təqdim olunmuş əməkdaşlıq barədə Memorandumun tezliklə imzalanıb, qüvvəyə minəcəyinə əmin olduğunu bildirib. O, milli kitabxanaları hər iki ölkədə keçirilən beynəlxalq kitab sərgilərində iştirak etməyə dəvət edib.

Səfir S.Cəmil kitabxana ilə yaxından tanış olub, xatirə şəkli çəkdirib. Sonda qonağa Azərbaycan Milli KitabxanasıFotoalbom” (Azərbaycan, ingilis rus dillərində), Azərbaycanın  xəritəsi, Azərbaycan kinoları (DVD Azərbaycan ingilis dillərində), Azərbaycan xalçaları kitabları təqdim olunub.

Səfir öz növbəsində Misirdə yeni çapdan çıxan kitabları Milli Kitabxanaya hədiyyə edib.

 

Vüsal

 

Həftə içi.- 2015.- 28-30 noyabr.- S.8.