Vasif Adıgözəlovun

80 illik yubileyi keçirilib

 

M.Maqomayev adına Azərbaycn Dövlət Filarmoniyasında xalq artisti, görkəmli bəstəkar Vasif Adıgözəlovun 80 illik yubileyi münasibətilə tədbir keçirilib.

 Axşam.az "Report"a istinadən xəbər verir ki, yubiley gecəsində mədəniyyət turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun, Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev, dövlət hökumət rəsmiləri, həmçinin tanınmış elm mədəniyyət xadimləri iştirak ediblər. Tədbirdə türkiyəli solistlərin ifasında "Çanaqqala-1915" oratoriyası səsləndirilib.

Oratoriyanı Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ifa edib, dirijor - bəstəkarın oğlu, xalq artisti Yalçın Adıgözəlovdur. Xatırladaq ki, Vasif Zülfüqar oğlu Adıgözəlov1935-ci ildə Bakıda məşhur muğam ustası Zülfü Adıgözəlovun ailəsində anadan olub. İlk musiqi təhsilini konservatoriyanın nəzdindəki 10 illik Musiqi məktəbində pianoçu kimi alıb.1953-cü ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub.

Bəstəkarlıq üzrəQara Qarayevin, fortepiano üzrə Simuzər Quliyanın sinfində təhsilini davam etdirib.1959-cu ildə həmin təhsil ocağını iki ixtisas üzrə bitirib. Əmək fəaliyyətinə1958-ci ildən Radio Televiziya Komitəsində musiqi redaktoru kimi başlayıb.

Sonralar Azərbaycan Bəstəkarlar İttifaqının mə’sul katibi, M. Maqomayev adına Dövlət Filarmoniyasının baş musiqi redaktoru, A. Zeynallı adına Bakı Musiqi məktəbinin direktoru s. vəzifələrdə çalışıb.1990-cı ildəAzərbaycan Bəstəkarlar İttifaqının I-ci katibi seçilib.

Vasif Adıgözəlov 2 opera: "Ölülər" , "Natəvan" 5 musiqili komediya: "Hacı Qara" (operetta) (həmmüəllifi R. Mustafayev), "Nənəmin şahlıq quşu", "Boşanaq-evlənərik", "Lənət şeytana", 4 oratoriya: "Odlar yurdu", "Qarabağ şikəstəsi", "Çanaqqala-1915", "Qəm karvanı", 3 kantata: "Novruzum", "Təntənəli", 4 simfoniya, 6 instrumental konsert, kamera-instrumental musiqinin, kino-teatr musiqisinin, romans mahnıların müəllifidir.

 

Həftə içi.- 2015.- 31 oktyabr-2 noyabr.- S.8.