Leyla Bədirbəylini intihar həddinə
gətirən səbəb
– İradə İsaq yazır
Bu gün Azərbaycan teatrının görkəmli nümayəndələrindən, milli kino sənətinin incilərindən birinin Leyla Bədirbəylinin doğum günüdür. 8 yanvar 1920-ci ildə dünyaya göz açan Leyla xanım yaşadığı 80 ilin 40 ilini “Azərbaycan gözəli” adını saxladı, bu illər ərzində o, nə gözəlliyindən, nə şəxsiyyətindən, nə xanım-xatınlığından heç nə itirmədi, xatirələrdə beləcə qənirsiz gözəl kimi qaldı. Halbuki, ömrünün sonuncu ilində tanınmayacaq qədər dəyişmişdi, insanlardan qaçırdı, özünə qapanmışdı.
Atası Ağalar bəy Bədirbəyovlar nəslindən idi. Hələ ötən əsrin əvvəllərində Şəmkirdən Bakıya köçmüşdülər. Anası Bikəxanım isə Bakılı idi, Leyla xanım özü Bakıda doğulmuşdu. İxtisasca həkim olan Bikəxanım ana incəsənətə həvəsliydi, buna görə də hələ uşaqlıqdan qızını rəqsə qoymuşdu. Leylanın gözəlliyi erkən yaşından ailə qurmasına səbəb oldu. Filarmoniyanın tərkibindəki rəqs ansamblında onunla birlikdə işləyən Fərəc adlı oğlana vurulur, onlar ailə qurur. Hələ 17 yaşında ikən, 1937-ci ildə oğlu Elxan dünyaya gəlir. Bu illərdə o, nə filmə çəkilmişdi, nə də məşhur deyildi, adi rəqqasə idi. 1938-ci ildə Moskvada Azərbaycan mədəniyyət dekadası keçirilərkən Azərbaycanın şanlı oğulları, mədəniyyət daşıyıcıları məhv edilmişdi. Amma Azərbaycan bu dekada da öz qələbəsini sübut etdi. Stalinin rəqslərini bəyənərək onu “Azərbaycan gözəli” adlandırması Leyla xanımın yoluna həm işıq saçır, həm də kölgə salır. Deyilənə görə, Leyla xanımla Stalin şaiyəsini xalq artsiti Hökümə Qurbanova yaymışdı. Hökümə xanım nə qədər istedadlı olsa da, ürəyində Leyla xanımın gözəlliyinə laqeyd qala bilmirdi. Hətta teatra jurnalistlər gələndə müsahibə verməzdi. “Gedin gözəlinizi çəkin, o da gözəl-gözəl danışsın” deyərdi. Amma Leyla xanım əsla bu aktrisanın böyüklüyünü yerə vurub onun haqqında bir kəlmə belə, deməzdi.
Anlaşıqlı
boşanma
1941-ci ildə çəkilən “Arşın mal alan filmi” sevəilə-sevilə izlənsə də, ilk illər o qədər də bəyənilmirdi. Eyzenşteyn kimi tənqidçilərin kəskin iradlarına görə film ikinci dəfə çəkilir. Bu dəfə Leyla xanım və Rəşid Behbudovun filmi qəbul olunur, qalır və sevilir. Filmin çəkilməsi isə xüsusi zərurətdən yaranmışdı. Rejissor, xalq artisti Ağakişi Kazımov bu əhvalatı belə nəql edir ki, İrana rus qoşunları keçəndə Mir Cəfər Bağırov Mirzə İbrahimovu qoşunların içərisinə siyasi rəhbər kimi göndərir. Onlar İranda afişa görürlər. “Arşın mal alan” filmini erməni rejissoru və ssenaristli Amerikada çəkib İranda nümayiş etdirirlər. Amma musiqi Üzeyir bəyin idi, sözlər ingilis və ermənicə oxunurdu. Mirzə İbrahimov yuxarılara şikayət edir, əhvalatı Mir Cəfər Bağırova çatdırır. O isə deyir ki, artıq gecdir, səsimizi eşidən olmayacaq. Operettanı özümüz film kimi çəkməliyik. Və beləcə, film çəkilir. Leyla xanımı Gülçöhrə roluna Üzeyir bəy seçib götürür.
Leyla xanım əvvəlcə olanları anasına danışır. Anası isə “yaxşı fürsətdir, get yoldaşınla danış, icazə versə çəkil” deyir. Leyla xanım özündən 4 yaş böyük olan həyat yoldaşı ilə də məsləhətləşir. O isə “belə çox çəkilmək isətyirsənsə çəkil, amma gəl onda davasız-şavasız ayrılaq” deyir. Oğlu Elxan valideynlərinin beləcə ayrıldıqlarını söyləyir: “Anam heç vaxt atamdan pis danışmayıb. Anam cavan idi, məndən 17 yaş böyük idi. Buna görə ona Leyla xanım, atama Fərəc Cavanşiroviç deyirdim. Ölən gününə qədər atama baş çəkmişəm. Siqaretini də alırdım. Atamı ilk dəfə əsgərliyə gedərkən görmüşəm. Mirzə Babayev görüşdürdü bizi, atam ona içi bazarlıqla dolu zənbil vermişdi ki, mənə çatdırsın. Mənə maşın da almaq istəyrdi o vaxt, qoymadım ki, lazım deyil, onsuz da bir neçə günə əsgər gedəcəyəm.”
Leyla xanım tezliklə ikinci dəfə ailə qurur. Onun sevib-seçdiyi Kamil Bakının ən tanınmış diş həkimi idi. Bu nikahdan onun 1947-ci ildə qızı Lalə və sonra anasının adını daşıyan Bikəxanım adlı qızları dünyaya gəlir. Oğlu Elxanı da o böyüdür. Kamil müəllim Leyla xanıma şahzadə kimi baxardı, onu dükan-bazara qoymazdı. Fəxr edərdi belə gözəl qadının həyat yoldaşıdır və bu gözəlliyi fəxrlə səhnədə və həyatda izləməkdən doymurdu.
Leyla xanım Azərbaycan Dövlət Dram Teatrına dəvət alsa da, buradakı intriqalara tab gətirmir və 70-ci illərin əvvəllərində kinostudiyaya gedir. Filmlərə baxdıqca anlaşılır ki, onun gedişi ilə kinomuz qazansa da, səhnəmiz çox şey itirib. Rejissor, xalq artisti Ağakişi Kazımov deyir ki, Leyla xanımı ömrünün son illərində sənət dostları haqqında verilişlərə xatirələr danışmağa dəvət edirdilər: “Onda anladım ki, bu qadın nə qədər ağıllıymış. O öz həmkarlarının obyektiv qiymətini necə verə bilirdi?!”
Leyla xanımın səhnədə
ciddi obrazlar
yaradıb, onun “Almaz” rolu uzun illər
danışılıb. Amma sonralar rejissorlar ona gözəlliyinə uyğun sadə rollar verirdilər, xarakterik rollar vermirdilər. Gözəlliyi ona çəpər
olmuşdu. Yaşlı vaxtlarında
isə “Dəli Kür” və “Dərviş Parisi partladır” filmlərindəki
obrazlar onun necə güclü aktrisa olduğunu sübut edir. Rejissor kimi Ağakişi Kazımov Leyla xanımın ən uğursuz rolunun “Görüş” filmindəki
obrazı hesab edir. “Bu rol onluq deyildi, heç vaxt roldan imtina etmək
xüsusiyyəti olmadığı
üçün Leyla
xanım “yox” deməmişdi, amma obrazı da yaxşı yarada bilməmişdi.”
İllər keçir, amansız zaman öz işini
görürdü. Leyla xanım
gözəlliyini itirməsə
də, artıq yaşı 70-i ötmüşdü.
Həsənağa Turabov onu yenidən teatra dəvət etmişdi.
Ölkədə Qarabağ savaşı
gedirdi, Vidadi Babanlının “Ana intiqamı”
tamaşasını gənc
rejissor Bəhram Osmanov səhnələşdirirdi.
Rejissor o illəri xatrılayaraq belə deyir: “Leyla xanımdan
incimişdim ki, bu qadın niyə
bu tamaşanı istəyir? İndi anlayıram ki,
o, nə uzaqgörən
insan imiş?!”
Gözlənilməz itki
...Vaxt sürətlə və insafsızcasına ötürdü. Leyla xanımı
qarşıda amansız
ölümlər karvanı
gözləyirdi. Qismətinə həmişə çiynində
bu dünyadan köçəcəyini arzulayan
həyat yoldaşı
Kamilin cənazəsini
qarşılamaq düşür.
Oğlu Elxan deyir ki, Kamil
həkim Almaniyaya özü üçün
avtomaşın gətiməyə
getmişdi: “Qayıdanda
avtomaşını dostu
sürürdü, sürət
yuxarı olub və yağış yağırmış, piyadanı
vurmamaq üçün
kəskin dönüşlə
yolun kənarına çəkildiyinə görə
maşın aşmışdı.
Meyit 7 gün Almaniyada qaldı. Heydər Əliyev hadisədən
xəbər tutan kimi cəsədi bir günə gətizdirdi. Onu güllü-çiçəkli
soyuducuda gətirdilər,
pulu-qızılı da
üstündə idi.
Leyla xanım camaat arasında xanımlığını
saxlayırdı, amma gizlicə dərman atmışdı ki, özünü öldürsün.
Bu faciədən özünə gəlməmiş
Leyla xanımın qızı Laləni Kukla Teatrının qarşısında maşın
vurdu. Bu hadisələrdən sonra
Leyla xanım özünə qapandı.
Zəng vuranlarla da könülsüz
danışardı”.
Ağakişi müəllim işdən
çıxmaq üçün
ərizə verməyə
gələn Leyla xanımın çox dəyişdiyini xatırlayır:
“Elə qocalmışdı,
elə arıqlamışdı
ki, onu görəndə
gec tanıdım. Gedib əlini öpdüm.
Həmin
görüşdən sonra
bir daha biz onu teatrda görmədik”.
Leyla Bədirbəyli
ömrünün son 2 ilini
kimsəyə, hətta
qohumlarına da görünmədən gizli
yaşadı. Qızı Bikəxanım nə
gətirdi onu yeyirdi, yemək bişirmirdi. Nə gəlinini,
nə bacısı Gülcamalı yaxına qoymadı. Məryəm
xanım adlı bir qadın ona qulluq edirdi...
Sonuncu telefon zəngini ad günü təbriki üçün
oğlu Elxana etmişdi. Elxan müəllim həmin günlər belə xatırlayır: “Zəngdən
sonra evinə getdim, saçı təmiz ağarmışdı,
özünə baxmırdı,
şkafları, soyuducusu
bomboş idi. Bir az bazarlıq etdim, dedi lazım deyil. Hədiyyə kimi zorla bir
az pul
da verdi ki, ad gününü dostlarınla qeyd elə”.
Bu hadisədən bir
ay sonra Leyla xanım xəstəxanaya düşdü. Kürəkənigil yanına kimsəni
qoymurdu. Onu ölkənin
o zaman ən kasıb xəstəxanalarından
olan 4 nömrəli xəstəxanaya aparırlar.
Hətta oğlu Elxanı da yanına buraxmırlar: “Anamın xəstəxanaya
aparıldığını mənə rəhmətlik
Sara Qədimova demişdi.
Bacım
Bikə onu gizlədirdi. Evə də
belə gətirdilər.
Harada olduğunu soruşanda yemək yeyib yatdğını deyirdi. Yataq otağının qapısını açıb
gördüm ki, Leyla xanım xırıldayır, ağladım.
Məni yaxına buraxmadılar deyə, getdim. Həmin gecə saat 1 radələrində kürəkən
zəng vurdu ki, anan öldü.
1999-cu il noyabrın 23-ü idi. Qonşular deyir, qışqırırmış ki, çağırın,
çağırın gəlin!
Kimi deyirdi? Hamısı ordaydı da,
getməyən bircə
mən idim. Anamın var-dövlətinə, qızıllarına
görə belə oldu, onda bir
üzüklər, qızıllar
vardı ki, İran şahının hədiyyələri idi.
Amma doğrusunu Allah bilir, oğlu kimi heç nəyində gözüm olmayıb, heç bir əşyasını götürməmişəm”.
Stalin Mükafatı Laureatı,
Azərbaycan SSRİ Dövlət
Mükafatı Laureatı,
39 yaşından xalq artisti Leyla Bədirbəyli
vəfat etdi. O, Leyla xanım vəsiyyətinin
əksinə olaraq anasının yanında yox, Fəxri Xiyabanda dəfn olundu. Onun mədəniyyətimizə
bəxş etdiyi uğurlar
arzularından güclü
çıxdı...
İradə İsaq
Həftə içi.- 2015.- 8
yanvar.- S.6.