Azərbaycançılıq və vətənpərvərlik

məfkurəsindən yoğurulmuş kitab

 

“Zərdabi LTD” MMC nəşriyyat poliqrafiya müəssisəsində nəfis tərtibatla çap olunun yeni kitab - “Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi" adlanır. Kitabın müəllifi, imzası Azərbaycan ictimaiyyətinə yaxşı tanış olan publisist-politoloq Reyhan Mirzəzadədir.

 

AZƏRTAC xəbər verir ki, qələmini müxtəlif mövzularda sınayan müəllifin hazırladığı yazılar hər zaman oxucu marağına, diqqətinə səbəb olub. O iyirmi ildən artıqdır ki, müxtəlif mövzularda hazırladığı yazılarla mətbuatda çıxış edir. Reyhan Mirzəzadə ötən bu müddətdə dövlətçilik, ölkəşünaslıq, İslam dini, uşaqların tərbiyəsi, respublikamızın dünyanın müxtəlif millətləri, ölkələri ilə tariximüasir mədəni əlaqələri, dostluğu, xalqların tanınmış simaları, eləcə də Azərbaycanın görkəmli dövlət, elm, mədəniyyət xadimlərinin həyatı və xidmətləri haqqında çoxsaylı sanballı yazılara imza atıb.

Redaktoru Musa Ələkbərli olan 664 səhifəlik “Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi" kitabı müəllifin oxucularla ikinci görüşüdür. Nəşrə daxil edilən materiallar Reyhan Mirzəzadə yaradıcılığının bir qismini təşkil edir.

Kitabın ilk səhifəsi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin azərbaycançılıq ideyasından qaynaqlanan dəyərli fikirləri ilə açılır.

Kitabda yer alan yazıların hər birində müəllifin Vətən, torpaq, yurd sevgisi, vətəndaşlıq mövqeyi üzə çıxır, xalqımızın başına gətirilən müsibətlərə münasibəti əks olunur. Dağlıq Qarabağla bağlı bütün siyasi proseslərin içində olan Reyhan Mirzəzadə erməni separatizmionun havadarlarını ifşa edən irili-xırdalı yazıları onun ictimai-siyasi həyatımızdakı fəallığının göstəricilərindəndir. Müəllif əməli fəaliyyətdə milli-demokratik mətbuatın mütərəqqi ənənələrinə söykənərək hər zaman cəmiyyəti düşündürən məsələlərə toxunur. Ən maraqlı cəhətlərdən biri isə onun yazılarının, toxunduğu məsələlərin bir-birindən fərqliliyindədir. Bir tərəfdən mənsub olduğu millətin haqqı işini dəstəkləməyi, onu təbliğ etməyi özünün ən ümdə vəzifəsi hesab edən müəllif, digər tərəfdən qadınların dövlət quruculuğundakı rolunu qeyd edir, digər bir məqamda isə uşaqlardan, onların qarşılaşdığı problemlərdən və bu problemlərin həlli yollarından söz açır. Reyhan Mirzəzadə, həmçinin ədəbi, bədii düşüncələrini də qələmə almaqdan yorulmurMir Cəlal və Lev Tolstoy”, “Mir Cəlal və rus ədəbiyyatı” yazıları buna əyani sübutdur.

Kitabda Türkiyə, ABŞ, Yunanistan, Polşa, Rusiya, Səudiyyə Ərəbistanı, İndoneziya, Mərakeş, Hindistan, Çin, Yaponiyas. ölkələr, onların tanınmış simaları, həmçinin Azərbaycanla əlaqələrinə dair maraqlı faktlarla zəngin yazılar, torpağımızın və qardaş xalqların vətənpərvər, qəhrəman övladlarının qələbə naminə apardıqları mübarizə, əcnəbi yazıçı və şairlərin, xalqımıza, yurdumuzun müxtəlif guşələrinə, dilimizə, milli məfkurəmizə həsr etdikləri nadir sənət incilərindən xeyli sayda nümunələr əksini tapıb. Kitabda maraqlı və mühüm hadisələrin təsviri peşəkar qələmin dili ilə canlandırılıb.

Reyhan Mirzəzadənin “Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi” kitabı Prezident İlham Əliyevin bu fikirləri ilə bitir: “Bir daha demək istəyirəm ki, mənim dünyagörüşüm belədir, mənim fəlsəfəm belədir: Mən Azərbaycanı müasir dövlət kimi görmək istəyirəm. Zəngin, iqtisadi cəhətdən möhkəm, siyasi cəhətdən azad, müasir, dünyaya açıq, əməkdaşlığa hazır, öz mövqeyini müdafiə edən, qüdrətli ordu potensialına malik olan, öz ərazi bütövlüyünü bərpa edən ölkə kimi görmək istəyirəm və bu yolda əlimdən gələni edəcəyəm. Məni bu yoldan heç kimheç nə döndərə bilməz!”.

 

Həftə içi.- 2016.- 30 aprel-2 may.- S.4.