Azərbaycanlı rəssamın
əsərləri İranda
sərgiləndi
Tanınmış
gənc rəssam Rəfiqə Ramiz
qızının çəkdiyi sənət əsərləri
nəinki respublikamızda, hətta xarici
ölkələrdə də böyük
məhəbbətlə qarşılanır. Ona
görə də istedadlı rəssam artıq xarici ölkələrə dəvət
alır və əsərləri sərgilərdə nümayiş etdirilir. İran İslam
Respublikasından qayıdan Rəfiqə Ramizqızı “Həftə
İçi”nə müsahibə verib.
O müsahibədə İran İslam Respublikasına getməsinin səbəbini açıqladı. Bildirdi ki, adı çəkilən ölkənin Mədəniyyət Nazirliyinin dəvəti ilə gedib: “İran İslam Respublikasına gedəndə sərhəddə həm bizim gömrük əməkdaşları, həm də qonşu ölkənin sərhəddində məni yüksək səviyyədə qarşıladılar. İranlılar, xüsusilə də orda yaşıyan həmvətənlilərimiz gəlişimə çox sevindilər. Hətta gələn jurnalistlər mənə maraqlı sualları ilə müraciət etdilər. Sərgim İran İslam Respublikasının Astara şəhərində keçirildi. Yeri gəlmişkən qeyd edim ki, bir həftə çəkən sərgidə 32 əsərim nümayiş etdirildi. Sərgiyə İranın bütün şəhərlərindən qonaqlar gəlmişdi. Qonaqların əksəriyyəti İranın tanınmış rəssamları idi. Əsərlərim qonaqlar tərəfindən yüksək səviyyədə dəyərləndirildi”.
Rəfiqə Ramizqızı sərgiyə əsasən seçilmiş əsərlərini apardığını dedi. Söylədi ki, o əsərlər beynəlxalq sərgilərdə, xüsusu ilə də ölkəmizdə keçirilən sərgilərdə yer tutub: “Bütün əsərlərim iştirakçıların xoşuna gəldi. Bunların içərisində Azərbaycanın qədim milli pullarından ibarət “Pul ağacı”, “İçərişəhər” və “Qız qalası” kimi sənət əsərlərim gələn qonaqların daha çox heyrətləndirdi. Ona görə ki, Azərbaycanla İran mədəniyyətləri bir-birinə daha çox yaxın və oxşardılar. Sərgim İran İslam Respublikasının televizya kanallarında və mətbuatında geniş yayımlandı”.
Müsahibim bildirdi ki, sərgi başa çatdıqdan sonra əsərləri mükafatlandirilıb. Ona fəxri diplom və qiymətli hədiyyələr təqdim edilib. Sonra qonaqlar xatirə dəftərinə öz ürək sözlərini yazdılar: “Orada İran İslam Respublikasının tanınmış rəssamları ilə görüşlərim keçirildi. Onlar mənimlə müştərək işləmək təklifini irəli sürdülər. Hətta məni Tehran və Şiraz şəhərlərinə dəvət etdilər ki, iranın böyük şəhərlərində də sərgilərim keçirilsin. Mən onların təkliflərini qəbul etdim. Eləcə də qardaş Türkiyədən dəvət almışam. İstanbul və Ankara şəhərlərində dövlət səviyyəsində sərgilərim keçiriləcək. Həmin sərgilərdə yeni, işıq üzü görməyən sənət əsərlərim nümayiş etdiriləcək”.
Qələndər
Xaçınçaylı
Həftə içi.- 2016.- 24-26
dekabr.- S.4.