Əbülfəs Qarayev
Dünya Turizm
Forumunda iştirak edib
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İstanbulda keçirilən Dünya Turizm Forumunda iştirak edib. Nazirliyin
informasiya və ictimaiyyətlə əlaqələr
şöbəsindən APA-ya verilən məlumata görə,
tədbirdə Dünya Turizm Forumunun prezidenti Bulut
Bağcı, TURSAB-ın prezidenti Başaran Tanzer, Türkiyənin
mədəniyyət və turizm naziri Mahir Ünal və turizm
sənayesinin tanınan nümayəndələri iştirak
edib.
Tədbirdə çıxış edən
Ə. Qarayev Azərbaycanda
turizmin qeyri-neft sektoru arasında artan payı və bu istiqamətdə
dövlət tərəfindən
həyata keçirilən
bir sıra layihələr haqqında
məlumat verib. Dövlətin turizmin inkişafı istiqamətində həyata
keçirdiyi islahatlardan
bəhs edən nazir, Azərbaycanda
2016-2025-ci illər üçün
turizmin inkişaf strategiyasının hazırlandığını
bildirib. O, turizmin
əsas amillərindən
olan elektron viza tətbiqindən, yeni otellərin açılmasından, bu
sahədə beynəlxalq
əməkdaşlıqdan, turizm təhsilindən, aparılan təbliğat işlərindən də
bəhs edib.
Qeyd edək ki, tədbir çərçivəsində
nazirlərin görüşü
keçirilib. Türkiyənin mədəniyyət və
turizm naziri Mahir Ünalla görüşən Ə. Qarayev
hər iki ölkə arasındakı
mövcud mədəniyyət
və turizm əlaqələrinin daha da inkişaf etdirilməsi və qarşılıqlı birgə
layihələrin həyata
keçirilməsi haqqında
fikir mübadiləsi aparıb.
Həftə içi.- 2016.- 6-8
fevral.- S.8.