Dünya Azərbaycanlılarının IV Qurultayı
başladı
Qurultayda Azərbaycan
prezidenti İlham Əliyev iştirak edir.
İki gün davam edəcək qurultaya 49 ölkədən
500-dən çox diaspor
nümayəndəsi və
qonaq qatılıb. Qonaqların
içərisində xarici
ölkələrin Azərbaycana
dost münasibəti ilə
tanınan nüfuzlu siyasətçiləri, ictimai
xadimləri, elm adamları
və bir neçə ölkənin
yüksək vəzifəli
şəxsləri, parlament
üzvləri də
var. Xaricdən dəvət
edilən qonaqlarla yanaşı, qurultayın
işində Azərbaycanın
müxtəlif dövlət
və hakimiyyət strukturları, qeyri-hökumət
təşkilatları, elm, təhsil,
mədəniyyət və
digər yaradıcı
qurumların, siyasi partiyaların təmsilçilərindən
ibarət 360 nəfərlik
nümayəndə heyəti
də iştirak edir.
Rəsmi açılışdan sonra
Qurultay işini panel iclaslarla davam etdirəcək. İclaslarda diaspor rəhbərləri
müasir dövrdə
informasiya müharibəsi,
bu sahədə yeni fəaliyyət mexanizmlərinin tətbiqi,
Azərbaycan diaspor hərəkatında gənclərlə bağlı
yeni strategiyanın hazırlanması, yeni qlobal iqtisadi tendensiyalar fonunda lobbi quruculuğu, cəmiyyətə inteqrasiya,
siyasi həyatda iştirak və digər bu kimi
əhəmiyyətli mövzularda
fikir mübadiləsi aparacaq, rəy və təkliflərini səsləndirəcəklər. Dünya Azərbaycanlılarının
IV Qurultayında prioritet
məsələlər Azərbaycan
həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılması
sahəsində qarşıda
duran vəzifələr,
təbliğat işində
müasir metodların
və informasiya texnologiyalarının tətbiqi,
soydaşlarımızın hüquq və azadlıqlarının qorunması
istiqamətində mövcud
olan problemlər və onların həlli yolları, eləcə də digər məsələlər
olacaq.
Tədbirin yekununda bir neçə
sənədin qəbulu
gözlənilir. Qurultay iyunun 4-də yekunlaşacaq.
Xatırladaq ki, dünya azərbaycanlılarının I qurultayı Heydər Əliyevin təşəbbüsü
ilə 2001-ci ilin noyabrın 9-10-da Bakı şəhərində keçirilib. II Qurultay
5 il sonra Azərbaycan prezidenti İlham
Əliyevin 8 fevral 2006-cı il tarixli, 1291 nömrəli
Sərəncamına əsasən 2006-cı il
mart ayının 16-da baş
tutub. Dünya Azərbaycanlılarının
III Qurultayı isə 2011-ci ilin iyul ayının 5-6-da Bakı şəhərində
keçirilib.
Həftə
ici.- 2016.- 2 iyun.- S.1