Marqarita Moralesin əsərləri Gəncədə
sərgiləndi
Meksikanın Azərbaycandakı səfirliyin təşkilatçılığı ilə Gəncədə meksikalı rəssam Marqarita Moralesin əsərlərindən ibarət sərgi açılıb. Səfirlikdən “Həftə içi”nə verilən məlumata görə, Meksika səfirliyinin həyata keçirdiyi mədəni tədbirlər çərçivəsində, sözügedən sərgi, ölkənin bir sıra bölgələrində – Mingəçevir, Qəbələ və Şamaxıda nümayiş olunacaq.
Yeri gəlmişkən, Gəncədəki Məhsəti Gəncəvi Mərkəzində keçirilən bu sərgi, səfirlik tərəfindən paytaxtın hüdüdlarından kənarda qeyd olunan ilk tədbirdir.
Meksikanın Tamaulipas ştatında doğulan və ali təhsilini Mexiko şəhərində başa vuran Marqarita Morales tələbəlik həyatından sonra bir neçə il Londonda yaşayıb. Hazırda Berlin və Mexiko şəhərlərində yaşayır. O, öz əsərlərini bir çox beynəlxalq təşkilat və muzeylərdə nümayiş etdirib. Bakılılar və paytaxtın qonaqları isə artıq ötən ilin iyun ayında Milli İncəsənət Muzeyində baş tutan sərgi zamanı rəssamın sənəti ilə tanış olub.
Meksika və Azərbaycanın
mədəniyyəti minilliklərə söykəndiyindən,
hər iki ölkənin sözügedən
sahə üzrə əməkdaşlıq etməsi üçün geniş potensial var. Mədəniyyət
xalqlar arasında tanıtım və
yaxınlaşma üçün ən
möhkəm təməldir.
Həftə
ici.- 2016.- 3iyun.- S.4