Qohum nikahlar genofondumuzu məhv edir
Ekspertlərin fikrincə, genetik
xəstəliklər müalicə
olunmadığından, ailələrin
yaşamı işgəncəyə
çevrilir
“Heç kimə
sirr deyil ki, indi nikaha
daxil olan cütlüklərin heç
də hamısı yaxın vaxtlarda valideyn olmağı planlamır". "Report"un xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin tabeliyində xidmət göstərən Ailə
Planlanması Məsləhətxanasının
baş həkimi Sitarə Haqverdiyeva deyib.
Baş həkim vurğulayıb ki, kişilər çox vaxt infeksiyanın daşıyıcısı
olduqları üçün
onların da mütəxəssislə konsultasiyası
vacibdir: “Statistikaya əsasən, Azərbaycanda
indi də qohum nikahlar kifayət qədər çoxdur. Belə nikahlar anadangəlmə
fiziki anomaliyalı və talassemiya, hemofiliya, fenilketonuriya kimi genetik xəstəlikli
uşaqların doğulma
riskini artırır.
Elə uşaqların müalicəsi
çox mürəkkəb,
uzunmüddətli, bəzən
isə hətta nəticəsiz prosesdir.
Ümumiyyətlə, bu, bir faktdır ki, genetik xəstəliklər
müalicə olunmur, bu zaman uşağın
həyatı çətinləşir,
valideynlərin mənəvi
və sosial yaşamı işgəncəyə
çevrilir".
Yeri gəlmişkən,
qohum nikahlar genetik xəstəliklərə
təsir göstərən
önəmli amillərdən
biridir. Dünyaya gələn uşaqların
ən azı 8,4 faizi qohum
nikahdan doğulur. Hazırda bu amil xüsusilə
Qərbi Aralıq dənizi və Cənubi Hindistanda çox geniş yayılıb. Qohum evliliklərdə
problemli uşaqların
doğulma riski digərlərinə nisbətən,
ikiqat artaraq 8-9 faiz təşkil edir. Almaniya qohum evliliklərinə çox az
təsadüf edilən
ölkələrdəndir. Xalqın təhsil səviyyəsi və genetik xəstəliklər
mövzusundakı məlumatının
artması, bu cür evliliklərin 0,3 faizdən aşağı düşməsinə,
hətta böyük şəhərlərdə daha
da azalmasına səbəb olub. Yaponiyada isə qohum evlilikləri 6 faiz nisbətindədir, hətta
adalarda 29 faizə yüksəlməkdədir. Ərəb ölkələri, Cənubi
Hindistan, Misir və Türkiyə kimi ölkələrdə
isə bu nisbət daha da yüksəkdir. Avropa və Amerikada isə qohum evliliklərindən doğulacaq
uşaqların qüsurlu,
irsi xəstəliklər
və əqli qüsurlu olma vəziyyəti geniş yayılıb. Xatırladaq ki,
qohum evliliyində olan problem, sağlam olan şəxslərin genlərində daşıdıqları
xəstəliklərin uşaqlarına
keçməsidir. Birinci dərəcə
qohumlar arasında evliliklərdə genlərin
1/8-i paylaşıldıqda genetik olarak aşkarlanan xəstəlik
riski 3 faizdir. Aralarında qan bağı olmayan ata-analardan doğulan uşaqlarda isə 2 faizdir. Birinci dərəcədən qohumlar
arasındakı evliliklərdə
uşaqlarda düşmə,
ölü doğum, beyin iflici göstərilir.
Qohum nikahların
ən çox rast gəlindiyi ölkələrdən olan
Türkiyədə bu
səbəbdən uşaqlarda
bir sıra irsi xəstəliklərin
yüksək olduğu
müşahidə edilir. Belə ki,
Türkiyədə qurulan
evliliklərin 30-35 faizi
qohum nigahların payına düşür.
Bu evliliklər irsi xəstəlikləri özü ilə gətirir. Ən çox rast
gəlinən irsi xəstəliklərdən biri
də talassemiya olduğu vurgulanır.
Belə ki, Türkiyədə sümük iliyi nəql edilən 400 xəstənin 150-i talassemiyalı
xəstələrdir. Onu da qeyd edək
ki, dünyada qohum evliliyi nəticəsində doğulan
uşaqların bir qisminin 1 yaşına çatmadan ağır infeksiyalar səbəbilə
itirilməsi, xüsusilə
də ailələrin
oğlan uşaqlarının
yaşamadıqlarına rastlanır.
Mövzu
ilə bağlı fikirlərini bildirən psixoloq Esmira Teymurova da hesab
edir ki, insanlar qohum nikahların fəsadlarını
dərk etmədiklərindən
bu seçimi edirlər: «Adətən, bəzi ailələrdə
belə bir mental düşüncə var ki, ailədə oğul yalnız qan və ya
yaxın qohumla ailə həyatı qurub nəsili davam etdirməlidir. Ancaq qohum onlara gələcəkdə
sahib duracaq. Kənar ailənin
övladı onlara
sahib durmaz, qohumcanlı
olmaz, onların qoyduğu qaydalara, ailənin qanunlarına tabe olmaz, amma
qohum ailəsinin övladı bu qaydalara əməl edəcək. Eyni zamanda,
qan qohumları arasında bağlanmış
nigahların əsas səbəbləri həm
də var-dövləti
nəsildə saxlamaq,
ailə fərdləri
arasındakı sevgi və hörməti qorumaq, eləcə də ucqar kəndlərdə
seçimin olmamasıdır.
Təbii
ki, bu cür
addım atan ailələr qan qohumluğunun fəsadlarını
anlamaq istəmirlər.
Onlar anlamaq istəmirlər ki, yaxın qohumlar arasında bağlanan nigahdan əsasən genetik xəstə uşaqlar doğulur. Belə nigahdan dünyaya
gələn uşaqların
xəstəliklərinin profilaktikası
haqda demək olar ki, həmin
xəstəliklə doğulan
uşaqların müalicəsi
mümkün olsa da, fəsadsız keçmir».
Ekspert həmçinin vurğulayıb
ki, nigaha daxil olmamışdan əvvəl mütləq tibbi müayinədən keçmək lazımdır:
«Bəziləri düşünür
ki, tibbi müayinədən keçmək
ayıb və ya utancvericidir. Kənardakılar nə düşünər?
Qohumlar arasına soyuqluq girər və s. Əslində isə ailə məsuliyyətlə qurulan
birlikdir, ona adi məsələ kimi baxıb, xırdalıqları nəzərə
almamaq gələcəkdə
insanlara böyük problemlər yaradacaq. Amma gələcək naminə
sonradan peşman olmamaq üçün tibbi müayinə çox vacibdir. Bu baxımdan tibbi
müayinə ilə bağlı Ailə Məcəlləsinə edilən
dəyişikliklərin müsbət
nəticələr verə
biləcəyinə inanıram».
Psixoloq öz açıqlamasında
onu da bildirib
ki, gənc nəsil arasında qohum nikahların müşahidə olunması
valideynlərin günahıdır:
«Gənc nəsil bu gün müasirliyi
ilə fərqlənirlər,
kiminlə daha yaxşı anlaşdıqları,
hətta münaqişəyə
girib sonradan barışa biləcəkləri,
rahat münasibət qura biləcəyi insanları seçirlər.
Amma valideynlər buna qarşı çıxmaqda
qərarlı və israrlı olurlar. Onların məhz yaxın qohumları ilə evlənməsi valideynlərin
istəyi nəticəsində
baş tutur. Əslində bu mübarizədə qalib gələn tərəf olmur . Valideynlər
övladlarının gələcəyini
məhv edirlər.
Təbii
ki, milli baxımdan da millətimizin sağlam genli insanlara ehtiyacı var. Demək hər baxımdan gələcək məqsədlərini
əvvəlcədən düşünülmüş
şəkildə qərar
verən insanların əlindədir. Bu baxımdan istənilən
qərar ciddi şəkildə düşünüldükdən
sonra verilməlidir ki, sonradan hansısa
fəsadlara yol açmasın».
Məsələyə münasibət bildirən
«Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalovanın fikrincə isə ölkədə xəstə doğulan uşaqların sayının
artması sırf qohum nikahlarla bağlı deyil. Onun sözlərinə görə,
təmsil etdiyi təşkilat bununla bağlı araşdırma
aparıb və məlum olub ki, kimyəvi gübrələrdən istifadə
olunan ərazilərdə
qüsurlu uşaqların
doğum nisbəti daha yüksəkdir: «Bilgəh və digər Bakı kəndlərində, eləcə
də Masallıda bu məsələni araşdıranda bəlli oldu ki, həmin
kəndlərdə əkinçilik
sahəsində kimyəvi
gübrələrdən daha
çox istifadə edilib. Müşahidələr göstərir ki,
bu faktor hamilə qadınlara öz əks təsirini göstərib.
Bu müşahidəm nədən qaynaqlanıb və nəyə görə bunun üzərində dayanıram?!
Çünki tarixən Azərbaycanda
qohum nikahlar həmişə olub.
Lakin fiziki qüsurlu uşaqların bu qədər olması müşahidə edilməyib.
Bakı kəndlərində deyildiyinə
görə, bir evdə bəzən 2 və 3 uşağın fiziki qüsurlu olması müşahidə
edilir. Demək, kimyəvi gübrələrdən
istifadənin dayandırılması
məsələsi və
ekoloji məhsulların
əldə edilməsi
məsələsinə diqqət
etmək gərəkdir.
Həm hamilə qadınların sağlamlığına, həm
də ümumən əhalinin həmin məhsullardan zəhərlənməsinin
qarşısını almaqdan
ötəri. Bəzən problemlərin
kökü çox sadə məsələlərdən
qaynaqlanır».
Mövzu
ilə bağlı fikirlərini açıqlayan
sosioloq Əhməd Qəşəmoğlu isə
deyib ki, əslində bu cür evliliklərin əsas səbəbi insanların bir- birinə inamsızlığıdır:
“Etiraf edək ki, bu gün
insanlar bir-birlərinə
etibar etmirlər. Çünki boşanmaların sayı artıb. Cəmiyyətdə gərginlik yaranıb,
adətən başqası
ilə evlənəndə
tərəflər arasında
fikir ayrılıqları
xoşagəlməz söz-söhbətlərə
səbəb olur.
Ona görə də insanlar yaxından tanıdıqları üçün
daha çox qohuma meyl edirlər.
Qohum evliliklərində mühüm
rol oynayan faktorlardan biri də cehizin verilməsidir. Qohumlar bir-birlərini
tanıyanda cehiz məsələsini öz
aralarında rahat həll edirlər”.
Sevinc
Həftə
ici.- 2016.- 3iyun.- S.3