Muğam İlahi bir qüvvədir
Firuz Səxavət: “Heç bir xanəndə
özünü muğam bilicisi saya bilməz”
Qarabağ çox sənətkarlar
yetişdirib. O sənətkarlar ki, məlahətli, yanğılı səsi
ilə ürəklərə yol tapıb.
Milli musiqimizi,
muğamatımızı yaşadıb, dünya
ictimaiyyətinə çatdırıb. Bu
cür sənətçilərimizdən
biri də ölməz mərhum xanəndəmiz
Səxavət Məmmədovun qardaşı Əməkdar artist, muğam
ifaçısı Firuz Səxavətdir. Xatırladaq ki, Firiz Səxavət 1972-ci ildə
Ağdam rayonun Abdal Gülablı kəndində doğulub. 1979-90-cı illərdə doğulduğu
Gülablı kənd orta məktəbini bitirib, 1985-90-cı illərdə ilk musiqi təhsilini Xan Şuşinskinin
adını daşıyan Ağdam musiqi məktəbində alıb. İlk müəllimi, Qarabağ xanəndəlik məktəbinin
ənənələrini qoruyub yaşadan, zənginləşdirən və bu gün də yeni gələn xanəndələr nəslinin
təlim – tərbiyəsində əməyini əsirgəməyən
Əlisafa Hüseynov olub.
1984-1985-ci illərdə illərdə ”Qarabağ bülbülləri” ansamblında fəaliyyət
göstərib.
1994-98--ci illərdə Azərbaycan Milli Konservatoriyasında professor Arif Babayevin sinfində ali təhsil alıb. 2000-ci ildən Xətai rayonu 25 saylı musiqi məktəbində pedaqoji fəaliyyətə başlayıb. 2000-ci ildən bu günə kimi Azərbaycan Milli Konservatoriyasında xanəndəlik üzrə dərs deyir.
Yeri gəlmişkən qeyd edək ki, 2008-ci ildən Heydər Əliyev Fondunun dəstəyi ilə işıq üzü görən "Qarabağ xanəndələri" adlanan, özündə 24 xanəndənin yaradıcılığını əhatə edən fono və foto materialları cəmləşdirən nəşrdə Firuz Səxavətin də ifası daxil edilmişdir. Əməkdar artist söhbətə sənətlə başladı:
- Hər bir sənətkarın öz dəsti-xətti, özünün yolu var, səsləri və ifa tərzləri bənzərsizdir. Bizim sənətimiz xalq muğamı, milli kökdən gələn sənətdir. Muğam fədəkar insanların çiynində yaşayır. Sənətkarlar ruhən muğam aləmində olurlar. Muğam bizim qəlbimizə, ürəyimizə Allah tərəfindən salınıb. Biz sənətçilər onu gözəlliklə yaşadırıq. Amma bu gün “şou-biznes”lə məşğul olanlar biz sənətçilərdən qat-qat yaxşı yaşayır.
-Firuz müəllim, sizcə muğam nədir?
-Muğam İlahi bir qüvvə, İlahi bir sirdir. Onun dərinliyini, kökünü
heç kəs aşkar edə bilmir. Yeri gəlmişkən deyim ki, Şərqdə
də muğam var. Amma Azərbaycan muğamları onlardan fərqlənir. Sözün düzünü
desək, bizim muğamlarımız daha da püxtələşib,
o qədər ürəyə
yatandır ki, heç bir ölkədə yoxdur, bütün dünya xalqlarını heyrətə
gətirir. Muğam dildən-dilə
keçən bir janrdır. Bu gün muğamlarımıza
və milli musiqimizə dövlət tərəfindən böyük
qayğı göstərilir.
Heydər Əliyev Fondunun
dəstəyi ilə muğam Avropada və YUNESKO-da təsdiqləndi. Ona dəstək
bu qədər olmamışdır. Açığını
deyək ki, muğamı hər adam qəbul
etmir. Həmişə o zamanın ixtiyarında
olub. Gənclərimiz başqa musiqilərə
daha çox meyilidir. Amma bu da müvvəffəqəti bir
haldır. Ona görə
ki, insan yaşa dolduqca öz milli kökünə,
muğamına qayıdır.
Nəzərdən qaçlırmayaq ki, son vaxtlar gənclərimiz muğamı
daha çox sevirlər. Onu da vurğulayım
ki, muğam ifaçılarından çox
şey asılıdır.
Muğamı gənclərə sevdirmək üçün
onların üzərinə
böyük yük, məsuliyyət düşür.
Muğamı insanlara sevdirə
biləcək ifaçılar
oxumalıdır. Muğam heç
vaxt gözdən düşməyib. Amma bəzi
üzdəniraq gənc
ifaçılar var ki, özlərinin cılız səsləri
ilə onu gözdən salmağa çalışırlar.
-Əksər xanəndəni
dindirirsən özünü
muğam bilicisi sayır. Sizcə bu
gün muğam bilicisi varmı?
-Bu yanlışdır. Heç bir
xanəndə özünü
muğam bilicisi saya bilməz. Ona görə ki, muğam elə bir janrdır ki, gənc bir
xanəndə onu elə gözəl ifa edir ki,
boğaz səsi ilə, vurduğu xalları ilə
professional xanəndə ona
həsəd aparır.
Gözəl muğam ifaçıları
var. Muğam bilicisi anlamı isə düzgün deyil. Əgər muğamın bilicisi olarsa, onda muğam
da bitər.
-Bu gün sənətçilərimiz retro mahnılara daha çox üstünlük
verirlər. Köhnə xalq və bəstəkar mahnılarını
ifa edirlər. Yəni, yeni bəstələr görünmür. Sizcə,
yazar yoxdur, yoxsa, bəstəkar?
-Bir-neçəsini istisna etməklə doxsan faiz bəstəkarlarımızla
razılaşmırıq. Ona görə
ki, indiki bəstəkarlar ancaq mahnıları dınqıltı
üstündə yazırlar.
Ancaq belə deyil. Bəstəkar mütləq mahnıları
muğamın şöbələri
üzərində bəstələməlidir.
Bir sözlə mahnı səni düşündürməlidir,
ruhunu yerindən oynatmalıdır, onun sehri illərlə sənin qulaqlarından getməməlidir, yaddaşına
həkk olmalıdır.
- Sizi qane edən istedadlı gənclər varmı?
- Bu gün milli musiqimizin inkişafında
və onun təbliğində, eləcə
də istedadlı gənclərimizin üzə
çıxmasında Heydər
Əliyev Fondunun prezidenti, millət vəkili, Azərbaycanın
1-ci xanımı Mehriban
Əliyevanın xidmətləri
əvəzsizdir. Heydər Əliyev
fondunun dəstəyi ilə Muğam Misabiqələri keçirilir.
Həmin
müsabiqədə iştirak
edən gənclərdən
2- 3 xanəndə çıxarsa,
bu bizim qələbəmizdir. İki-üç xanəndənin yetişməsi
üçün on illərlə
vaxt lazımdır.
Açığını deyim ki, o dövrün istedadlı gəncləri bu gün yoxdur. Bu təbii haldır.
Azərbaycanın bütün bölgələrində
istedadlı uşaqlar
var. Ancaq onu unutmayaq ki, səs
Qarabağ bölgəsindədir.Səsi
mühit yetişdirir.
Qarabağın təmiz havası,
saf suları, gözəl təbiəti
dünyanın heç
bir yerində yoxdur. Bu gün
Qarabağımız, doğma
Ağdamımız, Şuşamız
işğal altındadır.
Xalq artisti Mənsum İbrahimov demişkən
“səs baza”mız Qarabağda, Ağdamda qalıb. Boğaz səsi olan
ifaçıları da
Allah yetirir. İnşallah torpaqlarımız tezliklə
işğaldan azad olacaq, o yurd yerlərinə qayıdacağıq,
bir-birinə oxşamayan,
bənzərsiz səslər
yenə də o torpaqlarda yaranacaq.
-Nə əcəb kliplərə çəkilmirsiniz?
-Klipə müsbət yanaşıram. Senarisi olan klipləri
alqışlayıram. Yaxşı klipi çəkdirmək üçün 10-20 min manata
başa gəlir, buna da sponsor lazımdır. kifayyət qədər
yetirmələrim var. Bir
tələbəm Məməd
Nəcəfov IV Muğam
Müsabiqəsinin qaliblərindən
biri olub. Xarici ölkələrə isə
dəvət alanda gedirəm. Respublika tədbirlərində, el şənliklərində yaxından
iştirak edirəm.
-İndiki toylara necə münasibət bəsləyirsiniz? Bir müğənni,
xanəndə kimi sizi toylara dəvət
edirlərmi?
-Muğamı sevərlərin toylarına gedirəm. Çünki orda muğam var, onu dinləyən, ona qulaq asan insanlar var. Ürək ağrısı ilə demək istəyirəm ki, İndiki toylar çox cılızlaşıb. Toylarımız diskotekalara bənzəyir. Fanaqramanı yalnız efirdə, tamaşaçı olmayan yerdə oxumaq olar.Tamaşaçı qarşısında fanaqrama oxumaq qəbul edilməzdir. Baxır yerinə, bİr də görürsən ki, özündən asılı olmayaraq fanaqrama ilə oxumağa məcbur olursan. Mən fanaqrama oxuyanda utanıram, xəcalət çəkirəm.
Qələndər
Xaçınçaylı
Həftə içi.- 2016.- 4 may.-
S.4.