Allahın qonaqları
IV hissə
...Mədinəyə
çatanda günorta
namazı hələ başlamamışdı. Ona görə də otelə gedib,
əlimizdəkiləri yerbəyer etməyə, sonra da küçənin
o tayında yerləşən Peyğəmbər
Məscidində - Məscidi-Nəbəvidə namaz
qılmağa qərar verdik.
Peyğəmbərlər
şəhəri
Şəhərlər anası adlandırılan Mədinə doğrudan da, səhranın qoynunda yaşıl vahə və müasirli-klassikli tikililəri ilə göz oxşayan bir incidir. Məkkədən 338 kilometr şimal-qərbdə yerləşən Mədinəni Qırmızı dənizdən də 193 kilometr məsafə ayırır. Quru səhranın ortasında, istidən od tutub yanan qayalı dağların əhatəsində yerləşən Mədinə sürətli əhali artımı fonunda gündən-günə genişlənərək ərazisini böyüdür. Küçə və prospektləri tərtəmiz, hər yerdə xurma palmaları və digər dekorativ ağaclar günəşə boylanaraq, peyğəmbər şəhərinin gözəlliyinə gözəllik qatır.
Hazırda 4 milyon insanın yaşadığı Mədinə 622-ci ildən öncə Yəsrib adlanıb. Amma peyğəmbər salavatullahın hicrətindən sonra ona Mədinətül Münəvvərə (İşıqlanmış şəhər) adı verilib.
Yeri gəlmişkən, hazırda Məhəmməd salavatullahın məzarı burada olduğu üçün Madinat an-Nabi (Peyğəmbərlər şəhəri) kimi tanınır.
Məscidi Nəbəvi
Namaz üçün Peyğəmbər Məscidinə gələndə ucu-buczğı görünməyən Allah evində insane əlindən tərpənmək olmurdu. Qəribə, bəlkə də xoşbəxtlikdən idi ki, bütün xalqların və irqlərin təmsilçiləri burada üzü qibləyə səf tutub dua edirdilər. Məkkədə olduğu kimi burada da kimliyindən və hardan gəlməsindən asılı olmayaraq hamını Allaha itaət və xeyirxahlığa yönəlmək kimi ideyalar birləşdirirdi. Doğrudur, burda adamları vahid bəyaz geyim – ihram birləşdirmirdi, amma fikirlər, arzu və diləklər Uca Yaradana eyni müstəvidə göndərilirdi.
Məscidin çox geniş həyət-bacasına başdan-başa mərmər plitələr döşənib, sütun və divarlar da eyni cür ağ mərmərlə üzlənib. Həyət boyunca sıralanan ekzotik gözəlliyə malik nəhəng çətirlər gündüzlər insanları günəşdən qoruyur, gün batanda isə avtomatok olaraq yığılır. Dəstəmaz almaq üçün hər tərəfdə ayrıca guşələr tikilib, ora içməli su çəkilib.
Həyətdə ayaqqabı ilə gəzməyə icazə verilsə də, məscidə daxil olanda, təbii ki, çıxarmaq zəruridir. Bunun üçün məscidin giriş qapısının ağzında rulon şəklində sellofan paketlər də qoyulub ki, ayaqqabını çıxarıb qoyaq içinə.
Qızılla haşiyələnmiş qapıdan məscidə girəndə, minlərlə insane kimi mən də heyranlıqdan donub qaldım. Döşəməyə saysız-hesabsız qiymətli xalça sərilmiş, al-əlvan bəzənmiş tavandan qızıl suyuna çəkilmiş çilçıraqlar asılmışdı. Hansı ki, Məscidi Nəbəvi ilk başda çiy kərpicdən və xurma ağacının gövdəsindən tikilmişdi, damı isə xurma yarpaqları ilə örtülmüşdü. Amma sonradan Əməvilər. Abbasilər, Məmlüklər, son olaraq isə Osmanlı dövləti tərəfindən məscidin həyəti dəfələrlə genişləndirilib, bina demək olar ki, möhkəm tikinti materialları ilə yenidən inşa olunub, minarələr ucaldılıb və sair.
Məscidin aşağı hissəsində - böyük yaşıl günbəzin altında isə qızıl torla haşiyələnmiş bağlı guşədə Məhəmməd salavatullahın, eləcə də ilk iki xəlifənin – Əbu Bəkirlə Ömər bin Xəttabın qəbirləri yerləşir.
Bu yerdə haşiyəyə çıxaraq qeyd edim ki, Məscidi Nəbəvidən cəmi 5 kilometr aralıda, bir zamanlar şəhər ətrafı sayılan quru çöllükdə, 110 metr hündürlüyü olan Uhud dağının ətəyində İslam tarixinin ən önəmli savaşlarından biri – Uhud döyüşü baş verib. Hansı ki, indi də ora gələnlər həmin döyüşdə həlak olan Həmzə və 70 əsabənin məzarını, oxçular təpəsini ziyarət edir.
İnsanları valeh edən tarix
Mədinəyə ekzotik gözəllik verən görünüşündə tarixi abidələrin yeri tamam başqadır. Ona görə də şəhərə gələn hacılar, eləcə də digər qonaqlar mütləq həmin obyektlərə baş çəkməyə çalışırlar. Məsələn, “Yeddi Məscidlər” bu müstəvidə diqqət çəkir. İslam tarixində məşhur olan Xəndək savaşının baş verdiyi, ordu komandanlarının çadırlarının yerləşdiyi yerdə bir-birinə yaxın yeddi kiçik məscid tikilib. Ona görə də “Yeddi Məscidlər” adlanır.
Başqa bir maraqlı yer “Məscidi Kıbləteyn”dir (Qiblə məscidi). Məscidi Nəbəvidən 5 kilometr aralıda yerləşən bu məscidin xüsusi özəlliyi var. Zamanında Məhəmməd peyğəmbər burada namazı əvvəl üzü Əl-Əqsaya, son iki rükətini isə Kəbəyə (Məkkəyə) çevrilib qılarmış. Ona görə də burda namaz üçün iki qibləyə dayanmaq olur (Kəbədən öncə qiblə hazırda Qüdsdə yerləşən Əl Əqsa idi – V.T.).
Quba məscidi də tarixi yerlərdəndir. Bura İslam tarixində camaat namazı qılınan ilk məsciddir. Məhəmməd salavatullah Məkkədən
Mədinəyə hicrət
edərkən şəhərin
5 kilometrliyində 14 gün
qalıb və bu müddətdə orda adıçəkilən
məscidi tikib, namazını qılıb.
Daha bir müqəddəs ibadət
ocağı Cümə
məscididir. Quba məscidinin 350 metrliyində
yerləşən bu tikilidə həzrəti peyğəmbərimiz ilk dəfə
cümə xütbəsi
oxuyub. Bu hadisəni yaşatmaq üçün həmin yerdə məscid tikilib.
Cənnətül Baki Məhəmməd peyğəmbər tərəfindən
seçilən qəbiristanlıqdır. Osman bin
Muz isə burada ilk dəfn olunan müsəlmandır.
Dəfndən dərhal sonra
peyğəmbər salavatullah
məzarın baş və ayaq ucuna
özü ilə götürdüyü daşları
qoyub və “Bu axirətə ilk gedənimizdir”
deyib. Hansı ki, sonradan bu məzarlıqda vəfat edən oğlu İbrahim və peyğəmbər ailəsinə mənsub digərləri dəfn edilib.
Həzrəti Əli məscidi də Mədinənin incuilərindən sayılır
və Məscidi Nəbəvidən 290 metr
aralıda yerləşir. Məhəmməd salavatullah bayram namazlarını burada qıldırıb.
Başqa bir ibadət ocağı Əbu Bəkir məscididir. Amiddiyyə küçəsinin
kəsişməsində yerləşən
bu məsciddə həzrəti Əbu Bəkir bayram namazları kıldırdığı
üçün bu adı daşıyır.
Həzrəti Ömər məscidi də Məscidi Nəbəvinin 455 metrliyindədir. Həzrəti Ömər də burada bayram namazları
qıldırıb, amma
ibadət ocağı
günümüzdə bağlıdır.
Başqa bir inci Məscidi
Gamamədir. Musalla məscidi imi
də tanınır.
Məhəmməd peyğəmbərin Mədinədə olduğu
müddətdə ilk və
son dörd bayram namazını burada qıldığı deyilir.
Osmanlı sultanı I Əbdülməcid
tərəfindən tikdirilən,
irili-xırdalı 10 qübbədən
ibarət məscid buluda oxşayır.
Şəhər divarları da xüsusi formada qorunur. Mədinənin ətrafında XII əsrdə tikilmiş, divarlarının hündürlüyü
9-12 metr arasında dəyişən qaladır.
Qüllələrlə qorunan qalaya
dörd giriş var ki, bunlardan
ən məşhuru Bab-əl Salam, yəni Misir qapısıdır.
Türkcə danışan əsnaf
Mədinəni Məkkədən fərqləndirən
bir amil isə burada ticarət obyektlərinin, iri marketlərin çox olmasıdır. Dini və
qeyri-dini mahiyyətli suvenirlər, təsbeh və ətirlər, namaz xalçaları, milli və dini
geyimlər və sair satılan bu dükanlarda çalışanlar isə
mütləq formada ya türklərdir, ya da türkcə
bilən pakistanlı,
əfqan və sair. Hətta ərəblər də burda türkcə
danışır və
ya başa düşürlər. Qısası, Mədinəni gəzməyə
çıxan, alış-veriş
edən hamı kimi mən də
elə bildim Türkiyədəyəm. Qiymətlər çox münasibdir.
Amma bütün hallarda, qonşusu Misirdən fərqli olaraq Səudiyyə şəhərlərində
alış-veriş edərkən
tacirlər qiymətlərdə
nadir hallarda endirim edirlər.
Mədinə şəhərindəki saysız-hesabsız
restoranlarda, eləcə
də ən müasir formada ucaldırmış otellərin
yeməkxanalarında dünyanın
bütün mətbəxlərinin
təamlarını dadmaq
mümkündür. Bu baxımdan hətta “dünya mətbəxi Mədinədədir” deyə
bilərik. Mədinə aşpazları (əslində
bütün Səudiyyə
aşpazları) çox
dadlı yeməklər
hazırlayır. Şirniyyat çeşidləri
də öz yerində.
Tamam unutmuşdum,
Səudiyyə qəhvəsini
dadmaq da hər bir əcnəbinin
arzusudur. Xüsusi dad və ətri
olan qəhvə otellərdə qonaqlara pulsuz ikram edilir.
Mədinədəki otellərdə
bizə təklif edilən hil dəmləməsi isə
başqa aləm idi – bir az acı, amma çox xoş ətri olan bu dəmləmə
eynən qəhvə kimi içilsə də, insane orqanizmi üçün tibbi faydası əvəzsizdir.
Son
Vüsal Tağıbəyli
Bakı-Məkkə-Mədinə-Bakı
P.S. Əlbəttə,
bunlar mənim Həcc ziyarəti çərçivəsində
Səudiyyə Krallığına səfərimdən
aldığım təəssüratlardan kağıza köçürdüyüm çüzi
qeydlərdir – dedim oxucularımız da bilsin. Səudiyyə
Ərəbistanı mənə ilahi
zövqlə yanaşı maddi
dünyanın nömətlərini də daddırdı. Həyati
təsəvvürlərimi kökündən dəyişən
bu şansı mənə verdiyi
üçün Səudiyyə Ərəbistanı
kralı Salman bin
Əbdüləziz əs-Səuda, eləcə də şəxsimə
hörmət göstərən Krallığın
ölkəmizdəki səfiri Musaid bin İbrahim bin Abdullah Əl-Səlim cənablarına
təşəkkür edirəm.
Həftə içi.- 2016.- 20
sentyabr.- S.4.