Salatın Əsgərova mənim

avtomatımdan atəş açdı...”

 

Milli Qəhrəman Salatın Əsgərovanın sonuncu müsahibi  hafta.az-a danışdı

 

...Rəqəmsal mistikaya  o qədər əhəmiyyət verməsəm də, çox vaxt  haqqında yazdığım qəhrəmanlarımın taleyindəki rəqəmlərlə maraqlanıram. Bu günədək belə sirli tale rəqəminə rast gəlməmişdim: onun şəhidlik tarixindəüç   “1”, üç “9” və  üç “onluq” var: 9.01.1991 (9+1, 1+9, 9+1)... Özü də 29 yaşında həlak olub...

 

Salatının  reportaj hazırladığı sonuncu kənd...

 

Düz 25 il bundan öncə, bu günlər ali məktəbin 4-cü  kursunda  imtahan verirdik. İmtahanlar problem deyildi. Diqqətimiz Qarabağda baş verən  qanlı olaylarda idi. Düzdür, o zaman hələ döyüşlər müharibə həddinə gəlib çatmamışdı. Ancaq erməni quldurları, demək olar ki, hər gün Qarabağ və sərhəd bölgələrində harasa hücum edir, kimisə yaralayır, şəhid edirdilər. Artıq doğma yurdumda - Laçının Ağanus kəndində də bir nəfər - sinif yoldaşımın atası Təvəkkül  Məhərrəmov da şəhid olmuşdu. O, 1991-ci il oktyabrın 21-də kəndin mal-qara və qoyun sürüsünü aparan erməni quldurlarına təkbaşına müqavimət göstərən zaman düşmən gülləsinə tuş gəlmişdi...

Soyuq yanvar günlərində Laçından daha bir bəd xəbər aldıq: Jurnalist Salatın Əsgərova Şuşa-Laçın yolunda qətlə yetirilmişdi... Atamgilləəlaqə saxladım. Məlum oldu ki, Salatın ölümündən cəmi bir gün öncə yanvarın 8-də kəndimizdə olub, sakinlərin yaşayışı, qayğılarıyla maraqlanıb. Ağanus kəndi o zaman erməni təcavüzkarlarının hədəflərindən biri idi. Çünki qonşuluqda yerləşən Şuşa rayonunun ermənilər yaşayan Qaladərəsi və Kirov kəndləri yaraqlıların bazasına çevrilmişdi. Kəndimiz isə indi “Laçın dəhlizi” adlanan Gorus-Laçın-Xankəndi  yolunun yaxınlığında yerləşirdi. Mütəmadi olaraq  yaxınlıqdakı   yüksəkliklərdən evlər atəşə tutulurdu. Sakinlərə məxsus ev heyvanları oğurlanırdı. Yuxarıda xatırlatdığımız kimi, artıq bir nəfər düşmən gülləsinə tuş gələrək şəhid edilmişdi.

 

Qəhrəman jurnalistin sonuncu

müsahibi şəhid oğlu olub...

 

Maraqlıdır ki, Salatının bəlkə sonuncu müsahibi Ağanus kəndinin sakini, bu sətirlərin müəllifinin sinif yoldaşı, keçmiş polis əməkdaşıƏbülfət Məhərrəmov  məhz kəndimizin   yada saldığımız ilk şəhidi Təvəkkül Məhərrəmovun oğlu olmuşdu. O, həmin günü belə xatırlayır:

Soyuq qış günlərindən biri idi. Digər həmkarlarım, sonradan  Qarabağ döyüşlərindəşəhid olmuş Mehman Mərdanov vəİlqar Allahyarovla birgə həmişəki kimi kəndin gözlənilə bilən hücumlardan müdafiəsi işləri ilə məşğul idik. Birdən xəbər çıxdı ki,  jurnalist gəlib. Hərbi forma geymiş bir xanım idi. Sakinlərlə söhbətləşdikdən sonra bizimlə görüşdü. Özünü təqdim etdi –“Molodyoj Azerbaydjanaqəzetinin müxbiri Salatın Əsgərova...  Atamın şəhid olduğunu bilən Salatın məndən ayrıca müsahibə götürdü. Söhbətimizi əlindəki diktofona yazır, arabir bloknotuna nəsə qeyd edirdi. Erməni kəndlərinin hansı istiqamətdə yerləşməsi, yaraqlıların əsasən hansı yüksəkliklərdən atəş açdıqları ilə maraqlandı. Atamın necəşəhid olduğunu ətraflıöyrəndi. Ailəmizin vəziyyətini soruşdu.  Salatının bir xanım olaraq paytaxtdan 400 km-dən  çox  məsafədə yerləşən hər an erməni daşnaklarının hücumuna məruz qala biləcək ucqar dağ kəndinə gəlib çıxması hamımızı heyran etmişdi. Söhbətdən sonra maraqla çiynimdəkiKalaşnikovavtomatına baxdı. Bir neçə atəş açmağa icazə verməyimi xahiş etdi. Razılaşdım. Salatın avtomatı götürdü. Kənd uşaqları  təxminən 100 metr aralıda bir hədəf qurdu. Xanım jurnalist avtomatdan bir neçə sərrast atəş açdı... Sonda reportajın tezliklə qəzetdə dərc olunacağına radioda veriləcəyinə söz verərək, sağollaşıb bizdən ayrıldı.  Uğurlar diləyərək rayon mərkəzinə yola düşdü. Ertəsi gün axşam Salatının Şuşa-Laçın yolunda, Qaladərəsi istiqamətində pusquda duran erməni quldurları tərəfindən qətlə yetirildiyini eşitdik. Bu xəbər hamımızı sarsıtdı. Allah rəhmət eləsin!..”.

 

Salatının qatili kim olmuşdu?

 

Laçın rayon Ağsaqqallar Şurasının sədri, Ağanus kənd tam orta məktəbinin keçmiş direktoru  Ağayar İsmayılov  Salatın Əsgərovanın qatilləri haqqında maraqlı bir fakt  açıqladı: “Allah Salatın kimi qəhrəman övladlarımıza qəni-qəni rəhmət eləsin! Cəsarətli qələm sahibi idi. Təəssüf ki, o, kəndimizə gələn gün işləəlaqədar  rayon  mərkəzinə getmişdim. Axşam kəndə qayıdanda Salatının gəldiyini, məktəbimizə başçəkdiyini, camaatla söhbət etdiyini öyrəndim. Əbülfətin avtomatından atəş açdığını, şəhid övladı kimi onunla söhbət etdiyini   eşitdim. Ertəsi gün isə Salatının şəhid olması haqqında ağır xəbər bizə dəçatdı... Maraqlı bir məqam ondan ibarətdir ki, Salatının qətlinə bais olanlardan, onun getdiyi avtomobilə atəş açanlardan biri   məhz həmkəndlimiz Təvəkkül Məhərrəmovu, yəni  jurnalistin müsahibə götürdüyüƏbülfətin atasını qətlə yetirən Arno Mkrtıçyan olmuşdu. Arnonun atası Mişa Mkrtıçyan  Kirov kəndinin məktəb direktoru işləmişdi. Bütün Ağanus camaatı onu yaxşı tanıyırdı. Kəndə gedib-gəlirdi. Rəhmətlik Təvəkkülün tez-tez qonağı olurdu. Təvəkkül onlara qonaq gedirdi. Ancaq oğlu Arno daşnaklara qoşularaqKrunqtəşkilatına üzv olmuş Azərbaycana qarşı təzavüzkar kampaniyaya qoşulmuşdu. Təvəkkülün ölümündən  bir neçə gün sonra kəndin mal-qara qoyun sürüsünü geri almaq üçün hərbi komendant, kolxoz sədri ilə birlikdə  Kirov kəndi yaxınlığında  erməni kəndinin kolxoz sədri, yaxşı tanıdığım Qrişa Sarkisyanla görüşdüm. Ondan Təvəkkül Məhərrəmovun qatilinin adını deməsini tələb etdim. Bir az düşündükdən sonra Qrişa dedi: “Təvəkkülün çörəyi Mişanın burnundan gəlsin!..”. Aydın oldu ki, həmkəndlimizi Mişa Mkrtıçyanın oğlu Arno Mkrtıçyan qətlə yetirib. Eyni quldur 3 ay  ötməmiş Salatını da öldürdü...”.

 

Salatının qisası alındı, amma...

 

Salatının həlak olmasından az sonra Laçın vəŞuşa polisləri Milli Qəhrəman İsrafil Şahverdiyevin fəal iştirakıyla erməni quldurlarına  qarşı genişəməliyyat keçirərək 12 yaraqlını cəhənnəmə vasil edirlər.  Lakin Salatının qətlinin bilavasitə təşkilatçı icraçıları yalnız 1991-ci ilin mayında tutulurlar. Təəssüf ki, bir neçə il sonra Arno Mkrtıçyan da daxil olmaqla, həmin dəstəüzvləri Azərbaycan rəhbərliyi tərəfindən əfv edilir...

 

Salatınkənd 24-cü ildir ki, işğal altındadır...

 

Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı iləƏsgərova Salatın Əziz qızına ölümündən sonra Milli Qəhrəman adı verilmişdir. Hazırda qəhrəman xanım Bakı şəhərinin Şəhidlər Xiyabanında uyuyur. 10 ilə yaxın “ANS” telekanalında aparıcı işləmiş yeganə oğlu Ceyhun Əsgərov anasının  yolunu yenə davam etdirir. 

Bakı şəhərinin mərkəzi küçələrindən biri Salatının adını daşıyır. Bakı buxtasındakı gəzinti katerlərindən biri onun adınadır. Təfəkkür Universitetində büstü qoyulub, yaşadığı binaya xatirə lövhəsi vurulub. Yaxınlığında həlak olduğu Şuşa rayonunun keçmiş Yexsaoh kəndi rəsmən Salatınkənd adlanır. yazıqlar ki, həmin kənd 24-cü ildir ki, erməni işğalı altındadır...

 

Sultan Laçın

 

Həftə içi.- 2016.- 12 yanvar.- S.4.