“...Onlar Rusiyanı necə bir ölkəyə
çevirmişlərsə,
Rusiya elə də
olacaqdır...”
Əvvəli ötən
saylarımızda
Görkəmli rus şairi, rus
poeziyasında romantizmin banilərindən biri, istedadlı tərcüməçi,
Rusiya dövlətinin ilk rəsmi himninin müəllifi,
akademik Vasili Andreyeviç Jukovskinin əbədiyyətə
qovuşmasından 165 il ötür.
Görkəmli
şair Molla Vәli Vidadi
Vaqifin müasiri, dostu, bəzi mənbələrə
görә isə qohumu idi.Unudulmaz şairimiz Səməd
Vurğun özünün möhtəşəm “Vaqif”
dramında şairin öz ustadı Vidadi ilə söhbətində
yaratdığı misralar sanki hər iki xalqın
övladının – Vaqif və Jukovskinin taleyinə
biçilmişdi:
Mən
orda olmasam, qan çıxar dizə,
Quşlar da ağlayar ellərimizə.
Xan məndən
utanır, çəkinir bir az,
Mən getsəm, qırğının hesabı olmaz.
O, bəzən
hirslənib quduran zaman
Mənəm zəncirini dartıb saxlayan.
1841-ci ildə Jukovski çar əhli ilə münasibətlərinin
artıq qənaətbəxş olmaması ucbatından fəxri
istefa ilə Almaniyaya köçür. Həmin il aprelin 21-də, ilk məhəbbəti
Mariyanın ölümündən 18 il sonra, 58 yaşlı
Vasili Andreyeviç
Drüssel-dorf şəhərində yaxından
tanıdığı rəssam
Reyterin 18 yaşlı qızı ilə evlənir.
1842-ci ildə qızı Aleksandra, 1845-ci ildə oğlu
Pavel dünyaya gəlir.
Bunula belə, ailə həyatı uğurlu olmur. Arvadının
xəstəliyi, öz nasazlığı, gözlərinin
tutulmaq təhlükəsi ömrün gözəl
çağlarının ötüb-getdiyini, qalanının
isə fərəhsiz möhlət olduğunu ona aydın diqtə
edirdi.
1848-ci ildə Baden-Badenə köçən şair,
burada “Çar kəndi sonası” adlı sonuncu şeirini
yazır. Bu
şeir - Vasili Andreyeviç Jukovskinin son şeirlərindən
biri şairin müəyyən mənada avto - epitafiyası kimi qəbul
olunur:
Ağ sinəli
qu quşu, ey ağ qanadlı sona,
İnsanlara
yovuşmaz, təkliksevən nazənin,
Əyləşmisən
taxtında uzaq, tənha suların!
Çoxdankı
yar-yoldaş, yaşanmış həyat,
Ötüb-keçən
ömürdən dərin təəssüf hissi -
Xatırlarsan
onları yalqız düşüncələrdə!
Jukovski daim Rusiyanın həsrəti ilə
yaşayırdı, vətəninə qayıtmağı
arzulayır və artıq bunun marşrut istiqamətini barədə
düşünürdü. Elə bu vaxtlarda qəfildən
ömrünün on ilini mütəmadi
yazışdığı yazıçı dostu N.V.Qoqolun öz
“Ölü canlar” kimi möhtəşəm əsərinin
ikinci hissəsini yandırması və bir qədər sonra
Qoqolun özünün vəfat etməsi xəbərini eşidir.
“Moskvityanina”nın 5-ci nömrəsində Nikolay
Vasilyeviçin can verən zaman dəhşətli vəziyyəti,
“Əl çəkin məndən! İşgəncə
verməyin mənə!” –deyə
çığırması barədə oxuduğu yazı
Jukovskinin əhval-ruhiyyəsinə olduqca mənfi təsir
göstərir. Saatlarla qaranlıq otaqda oturan şair,
daha sonra oradan çıxıb ehmalca divana uzanır və bir daha ayağa dura
bilmir.
Bu mənzərəni
canlandırdıqca Taqorun, böyük Rabindranat Taqorun sözləri
sanki qulaqlarımda səslənir: “Dünya qəlbimi iztirabla
öpüb, tələb etdi ki, cavabında nəğmə
deyim”.
Həyat doğrudan da onun kədərli qəlbinin
tellərinə toxunub həzin musiqi yaradırdı.
Ayrılıq musiqisi...
1852-ci il aprelin 24-də (köhnə tarixlə 12-də)
Jukovskinin sevimli Rusiyasının həsrəti ilə
döyünən ürəyi gecə saat 01.37 dəqiqədə
əbədi olaraq dayanır. Cənazəsi əvvəlcə Baden-badenin şəhərətrafı
qəbiristanlığının sərdabəsində
saxlanılır.Həmin ilin avqustunda cənazənin məzarlıqdakı
xidmətçisi Daniil Holdberq gəmi ilə şairin nəşini
Peterburqa gətirir. Şair-şəxsiyyəti Aleksandr Nevski Fəxri Dərgahında,
müəllimi Karamzinin yanında
dəfn edirlər.
Hələ
öz dövründə Belinskinin yazdığı “Rus ədəbiyyatı
haqqında düşüncələr və qeydlər” məqaləsində
belə bir hissə var: “...Jukovskinin əsərlərinin ilk səkkiz
cildini indi gümüş pulla on beş manata da çətin
tapmaq olar, çünki köhnə nəşri çoxdan
satılıb qurtarıb, təzə nəşrinin isə
izi-tozu yoxdur...”
Maraqlıdır ki, Jukovskinin kitablarına olan tələbat
bu gün də əhəmiyyətli məsələ kimi
qalmaqdadır.
Belə ki, hələ keçmiş sovet dövründə
belə, Jukovski kimi böyük
simanın əsərlərinin Azərbaycan dilinə tərcüməsi
qənaətbəxş olmayıb.Buna acı təəssüf
hissi keçirməkdən başqa çarəm qalmır və
ümid edirəm ki, aidiyyatı təşkilatlar bu məsələni
nəzərə alacaq və oxucular ana dilimizdə Jukovskinin zəngin
yaradıcılığı ilə yaxından tanış
olacaqlar.
Jukovskidən bəhs edərkən onun şəcərəsinin
digər istedadlı adamlarını təqdim etməyi də
oxucular üçün əhəmiyyətli hesab edirəm. Belə ki, dahinin atası
Afanasi Bunin Rusiyanın digər tanınmış şairi,
yazıçısı, və tərcüməçisi,
Peterburq Elmlər Akademiyasının fəxri akademiki,
1933-cü ildə ədəbiyyat üzrə Nobel
mükafatı alan ilk rus yazıçısı İvan
Alekseyeviç Buninin ulu babası idi.
Bu nəsildə xeyli dövlət xadimləri, hərbçilər,
şairlər, yazıçılar yetişmişdir. Şəcərənin
nümayəndələri arasında Vasili Jukovski və
İvan Bunindən başqa, Aleksey Nikolayeviç Bunin, Yuli Alekseyeviç Bunin, Vera
Nikolayevna Muromtseva - Bunina (İvan Buninin həyat
yoldaşı, o da ədəbiyyatçı,
yazıçı və tərcümıçi olub), Anna
Petrovna Bunina və İvan Petroviç Buninin adları tarixdə
əbədi şöhrət qazanmışdır.
İvan Bunin özü 1870-ci ildə Voronejdə zadəgan
ailəsində anadan olmuşdur. Ədib
yaradıcılığa 1891-ci ildə işıq üzü
görən ilk şåirlər
kitabı ilə başlamışdır. O,
yaradıcılığına şair kimi başlasa da,
sonralar onlarla hekayə və povestlər yazmışdır.
Onun sənətkar kimi formalaşmasında rus
yazıçıları L.N.Tolstoy və A.P.Çexovun böyük təsiri
olmuşdur.
Rusiya kəndinin
və kəndlisinin həyatı, zadəgan malikanələrinin
dağıdılması, torpağa sahiblik hissinin itirilməsi və
s. Bunini düşündürən başlıca mövzular
idi. Yazıçının Birinci Dünya müharibəsinəqədərki
dövrdə qələmə aldığı “Õutorda”, “Vətəndən õəbər”, “Dünyanın
o biri başında”, “Anton almaları”, “Şamlar”,
“Quraqlıq”, “Kənd” və s. əsərlərində rus kəndinin acınacaqlı vəziyyəti təsvir olunmuşdur. Məhz bu əsərlərə
görə Maksim Qorki onu “Müasir dövrün ən
yaõşı
yazıçısı” adlandırmışdı.
Bunin Oktyabr İnqilabını qəbul åtmirdi. 1920-ci ilə qədər o,
Ağ Ordunun nəzarətində olan Odåssada yaşadı. Daha
sonra vətəndaş nikahında olduğu Våra Muromtsåva ilə birlikdə Fransaya mühacirət åtdi. Parisdə və Qrass şəhərlərində
yaşayan yazıçı, bolşåvik råjiminə etirazını “Lənətə gəlmiş
günlər” (1925-1926-cı illərdə) adlı gündəliyində
əks åtdirmişdi.
Onun mühacirət dövrü
yaradıcılığında “İåriõon gülü”, “Mityanın məhəbbəti”,
“Günvurma” və “Arsånyåvin həyatı” kimi əsərləri mühüm
yår tutur.
İvan Bunin Nobål mükafatına klassik rus nəsrinin ənənələrini
davam åtdirən
ciddi sənətkarlığına görə layiq
görülmüşdü. Bundan əvvəl onun adı iki dəfə
nominantlar siyahısına salınsa da, üçüncü
dəfə İsvåç
Akadåmiyasının
üzvü Pår
Halstråm isə təqdimat
nitqində “İvan Buninin råal həyatı qåyri-adi dərəcədə ifadəli və dəqiq təsvir
åtmək məharəti”
üzərində õüsusi
dayanmışdı.
Mükafat
Buninə təqdim olunan günlərdə həyatın
yazılmış qanunları yazılmamış qanunları
ilə üz-üzə gəlmişdi:Şairin
sevimli qardaşı ürək
çatızmazlığından qəfil vəfat etmişdi.
Mərhəmət,
insanlara sevgi və qayğıkeşliklə yanaşmaq sanki nəsllikcə
bu insanların ilahi duyğuları idi. Beləki,
“Nobel pulu”nun böyük bir hissəsini Bunin ehtiyac içində
yaşayan kasıb adamlara paylamışdı.
Zəngin yaradıcılığa malik olan İvan Bunin
Quran ayələri ilə şeir yazan şair kimi də diqqəti
cəlb edir.Onun müsəlman aləminin müqəddəs
kitabı Qurana olan rəğbəti özü böyük
ehtirama layiqdir.
Qurani - Kərimdəki
“Biz sizə kövsər verdik”, “Ölümündən qorxub,
vətənini atanları unutma”, “O, yol göstərən
işarələr qoyur”, “Əlif, Lam, Mim”, “Bu gecə mələklər
göydən enir”, “Biz mələklərə: “Adəmə səcdə
edin! - dedik”, “Oddan yaranmış İblisdən başqa
hamı səcdə edir”, “O yatmır, mürgüləmir” və
s. ayələr İvan Buninin şeirlərinin əsas mənbəyidir.
Şair Qurandakı “Biz sizə kövsər verdik” kəlməsinə
istinad edərək, 1903-cü ildə qələmə
aldığı “Kövsər” adlı şeirində
yazır:
Duman
arxasında çayların çayı,
Çağlayır Kövsərin lacivərd suyu.
Bütün
yer üzünü xoşbəxt edəcək-
İnan -
ibadət et, döz ömrün boyu.
Müqəddəs
kitabdakı “Ölümündən qorxub, vətənini
atanları unutma” ayələrinə istinad edərək “Xəyanətə
görə” şeirini yazır:
Allah
qırdı Vətənə xəyanət edənləri,
Kəllə sümükləriylə səpildi
çöl, biyaban.
Peyğəmbərsə
dirildib: Haqdan həyat dilədi,
Yer torpaq təhqirini bağışlamır heç
zaman.
İvan
Bunin Qurani-Kərimdəki “O, yol göstərən işarələr
qoyur” , “Bu gecə mələklər göydən enir” , “O
yatmır, mürgüləmir” surə və ifadələrindən
ilhamlanaraq “Yol göstərən işarələr”, “Qədr gecəsi” və “Təmcid” şeirlərini
yazmışdır.Qurandakı “Biz mələklərə: “Adəmə
səcdə edin! - dedik”, Oddan yaranmış İblisdən
başqa hamı səcdə edir” fikirlərindən təsirlənərək,
“İblis-Allaha” şeirini ərsəyə gətirmişdir:
- Adəmin qarşısında səcdə
edin! – dedin sən,
Mən oddan yaranmışam, o, palçıqdan, bilirsən.
Quru yarpaqlar ilə alov yola gedərmi?
Atəş ehtirasını yarpaqlar söndürərmi?
Mən
öz od bayrağımı daha uca tutaram,
Sənin o Adəmini atəşimə qataram.
Dulusçu kimi onu odumda bişirərəm.
Onu bərkidib,
sonra ona nəfəs verərəm...
İvan Buninin İslam dininə hörmət və məhəbbətini
əks etdirən xeyli şeirləri vardır. Məsələn, “Peyğəmbərin
xələfləri”, “İbrahim”, “İstanbul”, “Kəbənin
Qara daşı”, “Məhəmməd qovulanda”, Məhəmməd
və Sofiya”, “Yaşıl bayraq” və s. şeirlər onun
yaradıcılıq xəzinəsinin dəyərli inciləridir.
Vasili Jukovskinin qan qohumları arasında daha üç
görkəmli simanı təqdim etmək istəyirəm. İvan Vasilyeviç
Kireyevski və Pyotr Vasilyeviç Kireyevski qardaşları;
birinci qardaş Rusiyanın din filosofu, ədəbi tənqidçisi
və publisisti kimi, ikinci qardaş yazıçısı, tərcümıçisi,
arxeoqrafı kimi tanınıb. Qohumlardan digəri Pyotr
Petroviç Semyonov Tyan-Şanski səyyah, iqtisadçı,
ictimai və dövlət xadimi, İmperator Elmlər
Akademiyasının fəxri üzvü, Hökumət
Senatı 2-ci Departamentinin senatoru, Avropadan olan ilk alim-səyyah
kimi Tyan-Şan dağlarını fəth və yüksək
dağ silsilələrinin hündürlük zonalarını
tərtib edib. Bundan sonra alim soyadına
Tyan-Şanski ləqəbini əlavə edib.
Yazımın
sonunda Rusiyada 42 il hakimiyyət başında olmuş
islahatçı Pyotru bir daha anmaq istəyirəm. Böyük rəhbərin Petropavlovsk kilsəsində
dəfni mərasimində rus pravoslav kilsəsinin yepiskopu, alim,
yazıçı və siyasi xadim Feofan Prokopoviç
özünün məşhur nitqini söyləyir. Bu
nitq əslində bir rekviyem idi.Çünki ağır itki
münasibətilə nitqdə ifadə olunmuş kədər
hissi və mərhumun gördüyü işlər
üçün iftixar hissi dərin təsir
bağışlayırdı: “...Ey ruslar, bu nə
gündür, biz düşümüşük? Biz nələr görürük? Biz nə edirik? Böyük Pyotru soyuq
torpağa tapşırırıq, onu dəfn edirik...Pyotr bizi
tərk edib getmişdir, ancaq bizi səfil və məzlum vəziyyətdə
qoymamışdır, biz hədsiz dərəcədə
güclüyük, böyük şan-şöhrət
sahibiyik.O, Rusiyanı necə bir ölkəyə
çevirmişdirsə, Rusiya eləcə də
olacaqdır:xeyirxah və sevimli olmuşdur, sevimli də
olacaqdır, düşmənlər üçün zəhmli
etmişdir, zəhmli də olacaqdır; ona bütün
dünyada şan-şöhrət qazandırmışdır
və Rusiya həmişə şan-şöhrətli
olacaqdır.Bizə mənəvi, mülkü və hərbi
sahədə islahatlar bəxş edib, bu düntyadan
köçmüşdür...”
Vasili Andreyeviç Jukovski böyük Pyotr
islahatlarında yetişən zadəgan idi, hədsiz dərəcədə
güclü, böyük şan-şöhrət sahibi, eyni
zamanda düşmənlər üçün zəhmli olan
Rusiyanın övladı idi. Dünyəvi islahatlarda “doğulan”
rus oğlu daha yeni islahatlar yolunda vətəni
üçün yeni bir qüdrətli islahatçı
yetişdirdi: II Aleksandr ölkənin nicatında parlaq izlər
qoydu. Bəli, onlar Rusiyanı necə bir ölkəyə
çevirmişlərsə, Rusiya eləcə də
olacaqdır:xeyirxah və sevimli olmuşdur, sevimli də
olacaqdır, düşmənlər üçün zəhmli
etmişlər, zəhmli də olacaqdır; ona bütün
dünyada şöhrət qazandırmışlar və Rusiya
həmişə şan-şöhrətli olacaqdır.
Reyhan Mirzəzadə
Publisist-politoloq
Həftə içi.-
2017.- 18 aprel.- S.4.