Murad Rzayev - 70

 

Tanınmış musiqiçi, əfsanəvi “Qarabağ bülbülləri” ansamblının qurucusu və bədii rəhbəri Murad Rzayev ömrünün yetmişinci payızını arxada qoyur. Sabah onun 70 yaşı tamam olur. Xatırladaq ki, Murad Yunis öğlu Rzayev 1947-ci il dekabr ayının 7-də Ağdam rayonunda ziyalı ailəsində anadan olub. 1954-cü ildə Ağdam şəhər 3 nömrəli orta məktəbə daxil olub, 1964-cü ildə həmin məktəbi bitirib.

Hələ uşaqlıq illərindən mədəniyyət sahəsinə böyük həvəs göstərib. Belə ki, orta məktəbdə oxuyarkən Güllücə kəndində kino qurğusunda motorçu işləyib. Həmçinin balaca vaxtlarından Ağdam Rayon Xalq Teatrında bir çox tamaşalarda rollar oynayıb, RespublikaTeatr Cəmiyyəti”nin fəxri fərmanına və diplomlarına layiq görülüb. Həmin ildə Üzeyir Hacıbəyov adına Ağdam Musiqi TexnikumununXor-Dirijorluq” fakültəsinə daxil olub. 1968-ci ildə adıçəkilən təhsil müəssisəsinin tam kursunu bitirib. Həmin ilin noyabr ayında hərbi qulluğa çağrılıb.

Murad Rzayev “Həftə içi”nə keçdiyi həyat yolundan danışdı. Bildirdi ki, hərbi qulluqdan qayıtdıqdan sonra, 1970-ci ildən 1971-ci ilin may ayına kimi, Ağdam Rayon Mədəniyyət evində bədii rəhbər vəzifəsində çalışaraq, tamaşalara musiqi tərtibatı veribeyni zamanda da bir çox tamaşalara musiqi yazıb: “Həmin ildən də Rayon Komsomol Komitəsi bürosunun qərarına əsasən, Ağdam Rayon Pioner və Məktəblilər evinə (hazırda Uşaq Yaradıcılıq Mərkəzi) direktor vəzifəsinə təyin olundum və həmin vəzifədə 2016-cı ilin aprel ayına qədər işlədim. Rayonda ilk dəfə müəllim və şagirdlərdən ibarət xor qrupuestrada orkestrini mən yaratmışam. Mərkəzin rəhbəri olmağım ilə yanaşı, həmçinin məktəbin nəzdində “Qarabağ bülbülləri” ansamblını yaratmışam. Respublika Komsomol Komitəsinin təqdimatına əsasən, 1977-ci ildə Zaqafqaziya Komsomol Məktəbinə qiyabi daxil oldum. 1979-cu ildə həmin məktəbi əla qiymətlərlə bitirdim. Həmin ildə də Mədəniyyət və İncəsənət Universitetinin “Mədəni-Maarif” fakültəsinə qəbul olundum.1984-cü ildə həmin Universiteti bitirdim. Yeri gəlmişkən qeyd edim ki, 1971-ci ildən bədii rəhbəri olduğumQarabağ bülbülləri”ansamblı dünyanın əksər ölkələrində respublikamızı mahnı festivallarında təmsil edərək medallar və 100-lərlə diplom, fəxri fərmanlar alaraq, 12 sənədli və bədii filmə çəkilmişdir. Kollektiv Ümumittifaq Zaqafqaziya və Beynəlxalq Festivallar Laureatı adına layiq görülmüşdür. Elə həmin illərdə mənim qabaqcıl təcrübəm respublika miqyasında yayıldığına, mədəniyyət və incəsənət sahəsində istedadlı şagirdlər yetişdirdiyimə görə, 1976-cı ildə Respublikanın “Qabaqcıl Maarif Xadimi”, 1989-cu ildə isə “SSRİ-nin Maarif Əlaçısı” döş nişanı ilə təltif olundum. Eyni zamanda, Azərbaycan müəllimlərinin VI Qurultayının nümayəndəsi oldum.

Müsahibim vurğulayır ki, 20 ilə yaxındir ki, keçirilən seçki kampaniyasında komissiyanin üzvü olaraq iştirak edir: “İşlədiyim müddətdə rəhbərlik etdiyimQarabağ bülbülləri” ansamblı respublikanın mədəni-kütləvi tədbirlərində, o cümlədən bir çox xarici ölkələrdə çıxış etmiş və qazandığım nailiyyətlərimə görə, keçmiş Sovet İttifaqı Mərkəzi Komitəsinin, SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin, Ağdam Rayon Partiya Komitəsinin, Ümumittifaq Komsomolun Mərkəzi Komitəsinin, Pioner Təşkilatının Mərkəzi Komitəsinin, Ümumittifaq Pioner Təşkilatının döş nişanına, Təhsil Nazirliyinin fəxri diplomuna, Ümumittifaq Baxış müsabiqələrinin diplomlarına, Ümumittifaq Xor Cəmiyyətinin döş nişanına, II-ci Beynəlxalq Musiqi Festivalının diplomuna, Mədəniyyət və Təhsil Nazirliyinin, Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının fəxri diplomuna, Qafqaz-Media İctimai Birliyinin diplomuna, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Komitəsinin diplomuna, eləcə də Respublika Xalq Yaradıcılığı Festivallarının diplomuna, Azərbaycan Dövlət Televiziyasının fəxri diplomuna, milli muğam sənətinin təbliği və inkişafındakı xidmətlərinə görə, Milli Muğam Musiqi Oskar mükafatına, Əsrin Ziyalısı fəxri diplomuna, o cümlədən İcra Hakimiyyətinin fəxri fərmanına və hədiyyələrinə, Daxili və Sərhəd Qoşunlarının, cəbhə bölgələrində, “N” hərbi hissələrinin fəxri fərmanlarına, “Oskar” Mədəniyyət Qəzeti İlin Müəllimi adına, müxtəlif dövlət təşkilatlarının musiqi festivallarının 5 ədəd laureat medalına layiq görülmüşəm. Mənim müəllifi olduğum onlarca mahnı, rənglər respublikamızın görkəmli xanəndələrinin, eyni zamanda, respublikanın Xalq Artistləri Mirzə Babayev, Qədir Rüstəmov, Flora Kərimova, Oqtay Ağayev, əməkdar artistlər Zöhrə Abdullayeva, Teymur Əmrah, tanınmış müğənnilərin və başqalarının ifasında səslənib. Bir faktı da nəzərinizə çatdırım ki, vaxtilə Tacir Şahmalıoğlunun ifasında səslənən mənim “Bayatı-Şiraz” muğamına etdiyim improvizə bu gün Azərbaycanın bir çox dövlət tədbirlərində, keçirilən muğam müsabiqələrində, Avropaİslam oyunlarında, Prezident haqqında çəkilən filmdə, efirlərdə Vətənə bağlı gedən verilişlərdə, demək olar ki, səslənir.

Murad Rzayev dövlət televiziya kanallarında çıxış etdiyini söyləyir: “Mənim və rəhbərlik etdiyim ansamblın haqqında onlarca kitab nəşr edilib. Pedaqoji fəaliyyətə başladığım illərdən etibarən və “Qarabağ Bülbülləri” ansamblı yarandığı gündən mənim həyat və pedaqoji fəaliyyətimi, eyni zamanda, ansamblın fəaliyyətini özündə əks etdirən yüzlərlə videokasetlər, disklər çəkilib və indinin özündə də çəkilməkdədir. Hazırda bu kasetlər, şəkillər, mətbuat səhifələrində yazılmış külli miqdarda məqalələr, proqramlar, dəvətnamələr, afişalar, tamaşalara yazılmış musiqi proqramları, ansamblın fəaliyyətinə görə təşəkkür məktubları, hədiyyələr mənim şəxsi arxivimdə qorunub-saxlanılır. Gənc nəslin təlimi, vətənpərvərlik və estetik tərbiyəsinə görə, 1993-cü ildə Təhsil Nazirliyinin kollegiyasında təcrübəm müzakirə edilərək təşəkkür edilibbu barədə “Azərbaycan müəllimi” qəzetində bütünlükdə material dərc olunub. 1988-ci ildə Ağdam Rayon Mədəniyyət Sarayında mənim 40 illik yubileyim, 2007-ci ildə 60 illik yubileyim, 2012-ci ildə isə 65 illik yubileyim R.Behbudov adına Mahnı Teatrında Azərbaycanın görkəmli ziyalıları, millət vəkilləri, şair, yazıçı, incəsənət xadimlərinin iştirakı ilə təntəli şəkildə qeyd olunub.Tədbirdə aparılan çəkilişlər bütün televiziya kanalları və internet vasitəsilə respublikamızın ictimayiyyətinə nümayiş etdirilib. Hazırda respublikanın mədəniyyət və incəsənət aləmində tanınmaqla, rayonrespublika ictimaiyyəti arasında böyük nüfuza malik olmağımla bərabər, yenə də yorulmadan respublikamızın ifaçılıq sənətinə layiq gənc, istedadlı ifaçılar yetişdirməkdə davam edirəm. Lakin bütün bunlara baxmayaraq, Mədəniyyət Nazirliyi 50 il xidmətimə, dəfələrlə nazirliyə müraciət etməyimə, neçə-neçə xalq və əməkdar artistləri yetişdirdiyimə baxmayaraq, mənim zəhmətim bu günə qədər qiymətləndirilməyib”.

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2017.- 7 dekabr.- S. 7.