BANM-də Rasim Balayevlə
göruş
Bakı Ali Neft Məktəbində
(BANM) Azərbaycanın görkəmli
teatr və kino aktyoru, Azərbaycanın
xalq artisti, "Şöhrət" ordenli,
Prezident təqaüdçüsü
Rasim Balayevin Ali Məktəbin tələbə
və müəllim heyəti ilə yaradıcılıq göruşü
keçirildi. Öncə görkəmli
aktyorun çəkildiyi
filmlərdən fraqmentlər
nümayiş olundu.
Milli.Az xəbər verir ki, tədbiri giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov
Rasim Balayevi Ali Məktəbdə salamlayaraq,
ona təklifi dəyərləndirərək gəldiyi üçün
öz təşəkkürünü
bildirib. Elmar Qasımov Rasim
Balayevi Azərbaycan teatr sənətinin və kinematoqrafiyasının
əfsanəsi adlandıraraq,
tanınmiş aktyorun
həyat və yaradıcılığından danışıb. "Rasim Balayev əvəzolunmaz
ifası ilə yaddaqalan obrazlar yaradıb. Onun çəkildiyi filmlər Azərbaycan kinematoqrafiyasının ən
parlaq səhifəsinə
yazılıb. O, ekranda
döyüşməyə hazir, cəsur insanların və həqiqi vətənpərvərlərin
səmimi obrazini yaradıb", - deyə Elmar Qasımov bildirib. Azərbaycan dövlətinin hər zaman dəyərli sənətkarı yüksək
tutduğunu deyən rektor E.Qasımov Rasim Balayevin ümummilli lider Heydər Əliyev tərəfindən əməkdar
artist adına 28 yaşında, xalq artisti adına isə 34 yaşında layiq görüldüyünü
də nəzərə
çatdırıb. O, Rasim
Balayevin dahi ulu öndər Heydər Əliyevin fərmanı ilə "Şöhrət" ordeninə,
cənab prezident İlham Əliyev tərəfindən isə
"Prezident təqaüdü"nə
layiq görüldüyünü
bildirib.
Rasim Balayev Ali Məktəbin rəhbərliyinə bu görüşü təşkil
etdiyinə görə
öz minnətdarlığını
bildirib. O deyib ki, BANM-də ölkənin ən yüksək bal toplayaraq bu ali təhsil
müəssisəsinə qəbul
olan tələbələri
təhsil alırlar.
O, belə bir auditoriya qarşısında
çıxış etməkdən
çox məmnun olduğunu dilə gətirib. Məşhur aktyor öz gənclik və tələbəlik illərindən,
sənət yollarındakı
çətinliklərdən, Azərbaycanda kino və teatr sənətinin
inkişafından, çəkliş
zamanı rast gəldiyi maraqlı hadisələrdən danışıb.
Rasim Balayev filmlərdəki çəkilişlər
haqqında xatirələrini
də yada salıb və bildirib ki, televizor
böyük ekranı
heç zaman əvəz edə bilməz. "Evdə ekran qabağında oturmuş insanla, ailəsini və ya dostlarını götürərək, məhz
kinoteatra gedən insan arasında böyük fərq var - bunlar fərqli
tamaşaçılardır və hissləri də fərqlidir", - o
qeyd edib. İncəsənətin cəmiyyəti
tərbiyələndirməli olduğunu deyən görkəmli aktyor vurğulayıb ki, incəsənətin məqsədi
insanın estetik zövqünü təkmilləşdirmək,
onu daha saf, daha təmiz
etmək, onun mənəvi estetik imkanlarını artırmaqdır.
Aktyor sənətindən
söz açaraq Rasim Balayev sənətdə
son sözünü hələ
demədiyini də bildirib. "İnanıram
ki, mənim əsas rolum qabaqdadır", - görkəmli
sənətkar deyib.
Daha sonra tələbələrin
xahişi ilə tanınmış aktyorun ifasında Mikayıl Müşfiqin "Yenə
o bağ olaydı"
şeiri səslənib.
Eyni zamanda, BANM-in
"Kimya mühəndisliyi"
ixtisasının II kurs
tələbəsi Nazpəri
İsfəndiyarzadə dahi
şair Nəsiminin qəzəllərindən birini
oxuyub. Onun bacarığını yüksək
qiymətləndirən Rasim
Balayev BANM-in tələbələrinə
uğurlar arzulayıb
və auditoriyanın çoxsaylı suallarını
cavablandırıb.
Görüşün sonunda BANM-in rektoru Elmar Qasımov
maraqlı görüşə
və mənalı söhbətə görə
tanınmış qonağa
səmimi təşəkkürünü
bildirdi və ona Ali Məktəbin "Fəxri qonaq" diplomunu təqdım etdi.
Həftə içi.- 2017.- 21
fevral.- S.4.