Tarixin izi, milyonçunun

özünün yaşadığı məkan

 

İlk dəfə Tarix Muzeyinə 15 il əvvəl yolum düşmüşdü. Onda da muzeyin direktoru tarix elmləri doktoru Nailə Vəlixanlı idi. Elə qapıdaca özü qarşılamışdı bizi, muzeyin təmirsiz olduğundan, ziyarətçilərin azlığından, gənclərin tariximizə laqeydliyindən gileylənmişdi. O vaxtdan çox şey dəyişib. Ən əsası maraqlar dəyişib. İllər sonra Tarix Muzeyindəki qələbəliyi görüb buna əmin oldum. Yenidən muzeyi ziyarət etmək həvəsinə düşdüm. Bu dəfə təəccübləndim. Bildirdilər ki, muzeyə baxilsiz daxil olmaq qadağandır. Qaydalara boyun əyib içəri keçdik. Və əlahəzrət zamanın tələbinə uyğun olaraq, şəkil çəkdirmək istəyərkən növbəti qadağa ilə üzə-üzə gəldik. Heç demə, burada foto üçün də ayrıca ödəniş olunmalı imiş. Reportaj üçünsə məktubla muzey rəhbərliyinə müraciət etməliymişik.

Geri qayıdıb, bir neçə gün sonra məktubla muzeyə yollanırıq. Reportaj üçün razılıq olduğundan rahatlıqla muzeylə tanış oluruq.

Əvvəlcə muzeyin yerləşdiyi binanın tarixi barədə. Bina milyonçu Hacı Zeynalabdin Tağıyevin evi olub. 1895-1901-ci illərdə Bakı şəhərinin Baş memarı İosif Qoslavskinin layihəsi əsasında tikilib. Üç mərtəbədən, 101 otaqdan ibarət binanın birinci mərtəbəsində Tağıyevin mağaza-kontorları, bəzi deyimlərə görə isə həttaKaspiqəzetinin mətbəəsi yerləşirmiş, ikinci mərtəbədə milyonçunun ailəsi ilə yaşadığı evi, üçüncü mərtəbədə isə ehtimallara görə, köməkçiləri yaşayıb.

1920-ci ildə Azərbaycanda hakimiyyəti qəsb eləmiş bolşeviklər Tağıyevin əmlakını əlindən alır. Bir müddət sonra bura çoxprofilli muzey olur, 1936-ci ildən sonra isə Tarix Muzeyi kimi fəaliyyətə başlayır.

 

Kosmosdan görünən Azərbaycanın tarixi

 

Birinci mərtəbədə Azərbaycan tarixinin ən qədim dövrlərindən Nadir şahın ölümünə qədər, ikinci mərtəbədə xanlıqlar zamanından 1920-ci ilə qədərki dövrü əhatə edən eksponatlar yer alır. Eyni zamanda Xocalı, Qarabağ müharibəsinə aid zallar Tağıyevin xatirəsinə həsr olunmuş xatirə muzeyi, üçüncü mərtəbədə isə muzeyin fondları yerləşir.

Muzeyin bələdçisi Qənirə Qafarova muzeyin ilk eksponatı kimi - Azərbaycanın kosmosdan görünüş xəritəsini təqdim edir. Daha sonra tariximizin başlanğıcı sayılan Azıx mağarasının təsvirini görürük. Mağaranın girişinin təsviri bu fonda yerləşdirilən qadın heykəlinin çənə hissəsində, o mağaradan tapılan 350-400 min il əvvəl yaşamış 18-20 yaşlı qadına məxsus alt çənə sümüyü parçasının mulyajı qoyulub. Onun əsli isə muzeyin xüsusi fondunda saxlanılır. Bu tapıntıya görə Azərbaycan ərazisininAvropanın ən qədim sakinlərixəritəsinə daxil edildiyi bir daha vurğulanır.

Müxtəlif qəbirlərdə basdırılmş insan sümükləri, heykəlciklər, qədim qablar, əşyalar, tarixi şəxsiyyətlərə aid silahlar muzeyin maraqlı eksponatlarındandır.

Muzeyin ikinci mərtəbəsində xanlıqlar dövrünü əhatə edən geniş zalda vaxtilə Tağıyev qonaqlarını qəbul edərmiş. Zalın üst hissəsində isə Bakı, Gəncə, İrəvan, Təbriz xanlıqlarını bayraqları, aşağıda vitrinlərdə hər bir xanlığa aid ekponatlar cəmlənir. Burada Şirvan xanı Mustafa xanın arvadına məxsus örpək maraqlı eksponatlardan hesab oluna bilər.

Azərbaycan xanlıqlarının əsas şəhərlərinin - Təbriz, Ərdəbil, Şuşa, Abbasabad, Bakı Gəncənin qala qapılarının açarları, xanlıqlara məxsus bayraqların ucluqları zərb edilən sikkələr nümayiş edilir. Zalın çıxışından sağ tərəfdə qarabağlı Pənahəli xanın qubalı Fətəli xanın mərmər başdaşıları qoyulub.

Nümayiş olunan bunçuq gəncəli Cavad xana, şeşpər isə şuşalı İbrahimxəlil xana məxsusdur. Zalın mərkəzindəki şüşə ilə örtülmüş podiumda qoyulan rus top mərmiləri Gəncə qalasının müdafiəçilərinə qarşı tətbiq edilib.

Muzeydə yaxın keçmişimizə aid olan eksponatlar da var - Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunan 18 şöbədən ibarət zal. Burada Məmməd Əmin Rəsulzadənin tikdiyi Azərbaycan bayrağı qorunur. Bayrağı muzeyə Rəsulzadənin mühacirət yoldaşlarından biri təqdim etdiyi bildirilir.

 

40 yaş fərqinin gətirdiyi xoşbəxtlik

 

Qeyd etdiyimiz kimi muzey Hacı Zeynalabdin Tağıyevin evi olduğu üçün bura daha çox ona bağlı məkan sayıla bilər. Baxmayaraq ki, bu məkan onun əlindən alınan mülklərindən biri olsa da, əksər ziyarətçilər məhz Hacı ilə bağlı eksponatlara baxmaq üçün bura gəlir. Gəlməyə dəyər. Unikallığı, gözəlliyi ilə zamanında dillər əzbəri olan bu saray indi ziyarətçilərin marağına səbəb olur.

Deyilənə görə, sarayın inşası mebellərlə təchizatına ümumilikdə 1.2 milyon rubl xərc çəkilib. Tarix Muzeyinin tərkibində fəaliyyət göstərən 9 otaq Tağıyevin xatirə muzeyidir. Otaqların əvvəlki görkəmi Azərbaycan İtaliya mütəxəssislərinin əməyi nəticəsində Tağıyevin ailəvi fotoalbomu əsasında bərpa edilib.

Xatirə muzeyində Tağıyevin kabineti, Şərq zalı, kitabxana, bilyard otağı, yemək otağı, məlumat otağı, Sona xanım Tağıyevanın bəzək otağıbuduar, yataq otağı, təmizlik otağı yerləşir.

Ekskursiyaya məlumat otağından başlayırıq. Burada Tağıyevin həyat fəaliyyəti ilə bağlı çoxlu sayda məlumatlar əks olunan lövhələr var. Monitor vasitəsilə bu böyük mesenat haqda məlumat əldə etmək mümkündür. Vitrinlərdə Buxara əmirinin Tağıyevə hədiyyə etdiyi gümüş Quran qabı, “Həqiqətlərin kəşfikitabı, eləcə ordenləri yerləşdirilib.

Vitrinlərdən birində isə Hacının oğlu İsmayıl Tağıyevin nişanlısı Nurcahan Ərəblinskiyə, eləcə Tağıyevin ikinci həyat yoldaşı Sona xanımın bacısı Nurcahan xanıma göndərdiyi məktublar saxlanır.

Bu arada qeyd edək ki, Hacı Zeynalabdin Tağıyev iki dəfə ailə həyatı qurub. Birinci dəfə Zeynəb xanımla evlənib bu evlilikdən İsmayıl, Sadıq, Xanım adlı övladları dünyaya gəlib. İkinci həyat yoldaşı Ərəblinski nəslindən olan Sona Ərəblinski olub. Bu evlilikdən isə Hacının Sara, Sürəyya, Leyla, Məhəmməd Tağı, Məhəmməd Kazım adlı beş uşağı olub. Tağıyevlə Sona xanımın aralarında 40-dan artıq yaş fərqinin olmasına baxmayaraq, onların xoşbəxt cütlük olduğu bir çox mənbələrdə qeyd olunub.

 

Doqquz otaqdan biri

 

Muzeydə Sona xanıma məxsus bəzək otağı xüsuilə diqqətçəkəndir. Otağın tavanı güzgü qırıqlarından düzəldilib, divarlar rəngarəng naxışlarla bəzədilib, mərkəzdə orijinal dəyirmi divan yerləşir. Həmin divanın üzərində otağın əvvəlki görkəmini əsk etdirən fotoşəkil qoyulub.

Bələdçi divarları məxməri-ipək parçalı, tavanı mavi səmanı xatırladan yemək otağının məxsusi olaraq Hacının zövqünə uyğun hazırlandığını deyir.

Aşağıda isə uzun düzbucaqlı masa ətrafına oturacağı məxmərdən olan stullar qoyulub. Buxara əmirinin hədiyyəsi olan gümüşdən hazırlanmış üstü minalı qab dəsti, Tağıyevin Fransadan gətirdiyi üzərində özünün venzeli olan xörək dəsti, gümüş bıçaqlar, büllur qədəhlər bu otağa xüsusi gözəllik verir.

Muzeyin Şərq zalının qapıları qoz, fıstıq, armud ağaclarından hazırlanıb. Zalın tavanına Quran ayələri yazılıb, hansı ki, bu yazı bəzəklərə 9 kiloqram qızıl işlədilib.

Bu otaqdakı pəncərələrin şüşəsinə ərəb hərfləri ilə Tağıyevin adı soyadı yazılıb. Zalın müxtəlif hissələrində rast gəlinən müsəlman memarlığında geniş işlədilən altıgüşəli ulduz Süleyman peyğəmbərin üzüyünün qaşı formasındadır. İnanca görə, o, insanı pis nəzərdən qoruyur.

Sütunlu tağların arasından keçib Tağıyevin kitabxanasına, bilyard otağına daxil oluruq.

Tağıyevin oxumaq, yazmaq bacarığı olmayıb. Amma kitablara hədsiz marağı olduğundan mütaliə otağı olub. Qənirə Qafarova deyir ki, burada onun üçün kitab oxuyurmuşlar. Burada həmçinin Tağıyevin kabineti var ki, orada ona Rusiya, Avropa, eləcə Şərq ölkələrində çıxan qəzetlərdən məqalələr oxunurmuş.

 

Sonsuzluq güzgüsü

 

Kabinetdə yazı stolunun arxasındakı divarda Hacının öz şəkil kolleksiyasından İran hökmdarları Nadir şah Əfşar Fətəli şah Qacarın, solda isə Rusiya imperatoru II Nikolayın onun xanımı Aleksandra Fyodorovnanın portretləri asılıb. Hacının İran şahı Müzəffərəddinlə görüşünü əks etdirən portret ev sahibinin yaşadığı günlərdə olduğu kimi əvvəlki yerində asılıb.

Yazı stolu ilə üzbəüz Tağıyevin portretini görmək olar. O zaman Bakıda orta texniki məktəbin binasının tikilməsində göstərdiyi xidmətlərə, maddi yardıma görə Şəhər Duması Tağıyevin portretinin sifariş edilməsi barədə qərar verib əsər 1912-ci ildə görkəmli rəssam Brodski tərəfindən çəkilib.

Tağıyev xanədanından çıxarkən daha bir maraqlı mənzərəylə rastlaşırıq - sonsuzluq güzgüsü. Birinci mərtəbəylə ikinci mərtəbəni birləşdirən pilləkənlərin kəsişməsində “Sonsuzluq güzgüsü” adlandırılan bu yerdə insan özünü sonsuz sayda görə bilir. Muzeyə məxsus bu tarixi güzgüdə özünü sonsuz sayda görmək şərəfinə nail olub, həmin anı tarixə çevirənlərin sayı da az deyil. Bələdçinin sözlərinə görə, ziyarətçilərin əksəriyyətinin bu məkanda şəkil çəkdirməsi artıq ənənəyə çevrilib. Tarixin bir parçası olmaq ümidiylə…

 

Naibə Qurbanova

 

Həftə içi.- 2017.- 8 iyun.- S. 4.