"Nə qədər ki, rus sözü qulaqlarda səslənir,

sən yaşayacaq və ölməyəcəksən!"

 

Bəşəriyyətin dahi övladı, görkəmli ensiklopedik alim Mixail Vasilyeviç Lomonosovun “Əsərləri külliyyatı"nın nəşrindən 260 il ötür

 

(Əvvəli ötən saylarımızda)

 

Rus alimlərinə olan münasibət Mixail Vasilyeviçi gərginliklə düşündürürdü. Xaraktercə hövsələsiz olan Lomonosovun əcnəbi qrupla apardığı mübarizə bəzən kobud şəkil alır, ciddi toqquşmalara çevrilirdi .Belə qarşıdurmaların biri Lomonosovun altı ay evdə dustaq qalmasına səbəb olmuşdu.

V. Belinski Lomonosovun müqəddəs prinsiplərindən və bu məqsədə doğru əzmkar mübarizəsindən bəhs edib yazırdı: "Öz məqsədinə doğru belə bir inadla irəliləmək üçün ona kim vəsait vermişdi?-Dahinin əlində silah olan qüdrətli iradədən başqa heç kim!..Bu qüdrətli iradə ona demişdi:ey gənc dahi, sən öz yolunla get, öz böyük əməllərinə doğru irəlilə! İnsanlarla vuruş, bu insanların səadəti naminə onlardan əziyyət gör, varlıların əlini sıx, məmurların qarşısında başını əyib təzim et, lakin bunu onlar üçünözün üçün yox, sevimli Vətəndə elmi yaymaq xatirinə etunutma ki, bu, sənin üçün bir vəzifə deyildir, bu, sənin tərəfindən verilmiş bir qurbandır..."

Lomonosov Rusiyada Elmlər Akademiyasındakı işinə mətbuatdan başlamışdı.1741-ci ildə Almaniyadan Petrburqa qayıdan Lomonosova bir neçə ay ərzində verilməmişdi. O, təhsilini bitirib qayıtdığı üçün bir neçə dəfə raport verilmişdisə, buna cavab ala bilməmişdi. Lakin işsiz qalmayaraq "Sankt-Peterburqskiye vedomosti" qəzetində müəllif yazıları və tərcümə işləri ilə çıxış etmişdi.Qəzetdə o, maaşlı idə çalışmırdı və özünü dolandırmaq üçün arabir ona 10-15 rubl pul verilirdi. "Sankt-Peterburqskiye vedomosti"yə əlavə olaraq dərc olunan "Primeçaniya" məcmuəsində də (1728-ci ildən 1742-ci ilədək dərc olunan "Primeçaniya" Rusiyada ilk ədəbi-elmi jurnal idi) Lomonosovun əsərləri çap olunurdu. Onun tərcümələri bəzən jurnalın bir neçə nömrəsində ardıcıl təqdim olunurdu. Məsələn, akademik Kraftın "Səhhətin qorunması" məqaləsi "Primeçaniya"nın 80-83-cü nömrələrində verilmişdi. 1741-ci ildə jurnalın 10 nömrəsi Lomonosovun tərcümələrindən ibarət olmuşdu. Alim-şairin odaları da həmin jurnalın səhifələrində dərc edilirdi.

Qeyd etdiyim kimi, Lomonosov Akademiyada zəkası, biliyielmi qüdrətinin qarşısında çox balaca olan kiçik elmi işçi vəzifəsini son dərəcə yaradıcılıqla idarə etmişdi. Rus elm və mədəniyyətini hər vasitə ilə ucaltmaq naminə bütün imkanlarını səfərbər edən Mixail Vasilyeviç professor təyin ediləndə də mətbuatla əlaqəsini kəsmirdi.Əksinə, mətbuata daha çox yaxınlaşırdı. "Sankt-Peterburqskiye vedomosti" qəzeti Elmlər Akademiyası yanında çıxdığına görə, professor Lomonosov Akademiyanın qərarı ilə qəzetdə işə cəlb olunmuşdu.

Lomonosov öz ciddi elmi işləri ilə bərabər, "vedomosti"ninreal redaktoruna çevrilmişdi.Qəzetin və onun xəbərlərinin ümumi xarakterini dəyişdirə bilməsə də,onun dilinə, ifadə formalarına çox səmərəli təsir göstərə bilirdi. Lakin Akademiyada öz imkanlarından istifadə edib Lomonosovun redaktorluq işinə mane olanlar da vardı, onlar hər kiçik faktdan istifadə edib Mixail Vasilyeviçi gözdən salmağa çalışırdılar. Görkəmli alim 1751-ci ildə “Vedomosti"nin redaktorluğundan istefa versə də, ana Vətəni Rusiya üçün,elm və mədəniyyətin inkişafı üçün mətbuatın nə qədər zəruri amil olduğunu yaxşı dərk edirdi. Odur ki, mümkün olan hər yerdə mətbuat orqanı yaradılmasına çalışır, çox vaxt buna nail ola bilirdi.

Rusiyada ilk ədəbi-elmi jurnal olan "Primeçaniya" bağlandıqdan sonra 1755-ci ilədək "Sankt-Peterburqskiye vedomosti" yeganə mətbuat orqanı olaraq qalırdı. Lakin həmin il Lomonosovun təşəbbüsü və mübarizəsi nəticəsində yaradılmış "Yejemesyaçnıye soçineniya" jurnalı Rusiyada birinci əsl elmi-ədəbi çoxsəhifəli jurnal oldu. Lomonosov jurnalın ciddi elmi xarakterini təmin etmək üçün məqalələrin Akademiya iclaslarında oxunub təsdiq edilməsini təkid edirdi. Çünki o, bir tərəfdən jurnalın redaktoru təyin olunan Millerin rus elminə və alimlərinə olan mənfi münasibətini bildiyindən yeni jurnaldan da bu yolda istifadə edəcəyindən, digər tərəfdən isə qondarma alimlərin əsərlərinə yer veriləcəyindən ehtiyat edirdi.Lomonosovun təklifinin əleyhinə çıxanlar isə onun əzəmətindən çəkinirdilər.Akademiyada Lomonosova olan münasibətin ucbatından o, jurnalda fəal iştirak edə bilməsə də, cəmi iki şeirini dərc etdirsə də, alim jurnalda çap olunan yazıların məzmununu daim nəzarətdə saxlayırdı.

“Yejemesyaçnıye soçineniya"nın yarıtmaz qurulmasından narazı qalan Lomonosov elmi bilikləri və elmdəki yeni kəşfləri təbliğ etmək məqsədi ilə 1758-ci ildə rusxarici alimlərin əsərləri və onların fəaliyyəti haqqında həftəlik nəşr olunan kiçikhəcmli orqan nəşr etməyi təklif edironun layihəsini verir. O, qeyd edir ki, bu orqanı elm adamlarının işləri haqqında "Sankt-Peterburqskiye vedomosti" adlandırmaq lazımdır.Bunun ardınca bir sıra mətbuat orqanları, xüsusilə elmi nəşrlər Lomonosovun adı ilə bağlıdır.Məsələn, 1759-cu il iyulun 15-də yeni dövri nəşrin yaradılması haqqında Mixail Vasilyeviç verdiyi təqdimatda yazırdı: "Zənnimcə, Elmlər Akademiyası yanında daxili Rusiya xəbərlərinin çap olunması faydalı olardı.Bu xəbərlər həm bütün dövlət idarələrinin məlumatlılığı, həm dövlətin daxili vəziyyəti - bir yerdə nəyin artıq olduğuya nəyin çatışmadığı; məsələn, taxılın bolluğuya qıtlığı, malların və ya ərzağın ixracı, bir çox başqa şeylər haqqında xəbərlərin ticarət və peşə adamlarının nəzərinə çatdırılması dövlət iqtisadiyyatında xüsusi adamları, ələlxüsus tacirləri vətənə xeyir verməyə sövq edərdi...".Sonra Lomonosov yeni nəşrin layihəsini verirdi:

1) Bu xəbərlər təkcə rus dilində çap olunsun.

2) Məlumat üçün bütün adi xəbərlərdə təqdim olunan məsələlər burada çap edilsin.

3) Siyasi xəbərlərlə birlikdə eyni zamanda elmi işlər, kitablar və s.haqqında məlumatlar dərc edilsin.

4) 1760-cı ildən nəşr edilməyə başlanılsın.

5) Xəbərlərə quberniya və şəhərlərdən olan tələbat haqqında sorğu Senata təqdim edilsinbu barədə Akademiyada layihə hazırlansın.

Lomonosovun "Jurnalistin vəzifəsi" məqaləsi üzərində xüsusi dayanmaq vacibdir. Dahi bu barədə yazır: "Jurnalistə qabiliyyət və iradə lazımdır. Qabiliyyət ona görə lazımdır ki, onun planına daxil olan məsələlər barəsində əsaslı və işi bilərəkdən mühakimə yürütsün. İradə ona görə lazımdır ki, heç bir mənfi rəyə uymadan, ehtirasa qapılmadan həqiqətdən başqa heç bir şeyi nəzərdə tutmasın.

Məqaləsinin sonunda Lomonosov jurnalistin vəzifəsinə dair bir neçə şərt, tələb irəli sürür.Bu tələblərin təhlili göstərir ki, onlar özünün əbədi müasirliyini, təravətini, çəkisini nəinki bu gün, sabah da, gələcək nəsillər üçün də qoruyub saxlayacaqdır:

1) Yeni əsərlərin məzmununu camaata bildirmək işinə girişən adam öz qüvvəsini əvvəlcədən ölçüb-biçməlidir, çünki o, öz üzərinə ağır və mürəkkəb zəhmət götürür.Bundan məqsəd heç də məlum şeyləri və ümumi həqiqətləri bildirmək deyil, əsərlərdə yenimühüm şeyləri qavramağı bacarmaqdır.

2) Əsər haqqında səmimi və ədalətli hökm çıxarmaq üçün jurnalist öz əqlini hər cür mənfi rəylərdən xilas etməli, yəni müstəqil düşünüb özü nəticə çıxarmalıdır.Müəllifi mövcud baxışlara tabe olmağa məcbur etmək olmaz.

3) Elmi iclaslarda baxılıb bəyənilmiş əsərlərin şərhinə daha ehtiyatlı yanaşmaq lazımdır, çünki belə əsərlər biliklərinin məcmusu, təbiiki jurnalistin biliyindən artıq olan adamlar tərəfindən müzakirə edilib nəşrə layiq görülmüşdür.

4) Jurnalist fərziyələri pisləməyə tələsməməlidir.Fərziyyə ən böyük adamların ən mühüm həqiqətləri açmaları üçün hətta yeganə yol olmuşdur.

5) Jurnalist yadda saxlamalıdır ki, öz qələm yoldaşlarının söylədiyi fikir və mülahizələri öz adına çıxmaq ən şərəfsiz işdir.

6) Jurnalist yeni əsərlərdə öz fikrinə görə lazım bildiyi şeyi rədd edə bilər.Lakin bunun üçün o, müəllifin fikri ilə axıra qədər dərindən tanış olub ona mahiyyət etibarı ilə və inandırıcı dəlillərlə etiraz etməlidir. Jurnalist heç də öyünməməlidir ki, ona aid olmayanözünün izah edə bilməyəcəyəi şey müəllif üçün də aydın deyildir.

7) Nəhayət, jurnalist öz üstünlüyü,öz nüfuzu və mühakimələrinin ləyaqəti haqqında həddindən artıq yüksək rəydə olmamalıdır. Başqa sözlə desək, jurnalist təvazökar olmalıdır...

Akademiyada isə ən biabırçı vəziyyət kimya kafedrasında idi. Akademiyanın prezidenti Blyumentrostun yaxın dostu Byurgerin kimyadan heç məlumatı yox idi. O, vəfat edəndən sonra onun yerinə botanika mütəxəssisi Qmelin dəvət olunmuşdu. Bu "mütəxəssis" də kimya əvəzinə, Sibirdə topladığı botanika kolleksiyaları ilə məşğul olurdu.Kimya kafedrasında üçüncü sima tibb mütəxəssisi Miqend idi ki, bu da kimya elmi ilə heç bir əlaqəsi olmayandostluq münasibətlərinə görə vəzifə tutan adam idi.

Lomonosovun kimya sahəsində dərin biliyi və təcrübəsi vardı.Uzun vaxt süründürmədən sonra akademiklər nəhayət, Lomonosovun elmi əsərlərini yüksək qiymətləndirib, onun professor adına layiq görülməsini qərara aldılar. 1745-ci ilin iyun ayının 25-də Lomonosova kimya elmləri professoruakademik adı verildi.Həmin vaxtdan etibarən 34 yaşlı gənc kəndli balası olan alim Elmlər Akademiyasının ilk rus akademiki kimi tarixə düşdü.

Professor adı alandan sonra alman alimlərinin dəstəsi ilə apardığı ciddi və çətin mübarizədən sonra, 1748-ci il oktyabrın 12-də Lomonosov Rusiyada ilk kimya laboratoriyasının yaradılmasına nail oldu.

Rus aliminin yaratdığı kimya laboratoriyasında ilk dəfə onun rəhbərliyi altında tələbələrlə fiziki kimyadan təcrübə məşğələləri keçirildi.Beləliklə, kimya elminin öyrənilməsində təcrübə üsullarından istifadə edilməsinə ilk olaraq Rusiyada başlanıldı.1754-cü ildə Lomonosovun tələbəsi olan V.İ.Klementyev fiziki kimyadan dünyada birinci dissertasiya işi müdafiə etmişdir.Qürurla qeyd etmək olar ki, fiziki kimyanın banisi və atası məhz Lomonosov olmuşdur.Boris Nikolayeviç Menşutkinin 1904-cü ildə çap olunan "Lomonosov fizik-kimyaçı kimi" adlı əsəri Lomonosovu bütün dünyada ilk fizik-kimyaçı rus alimi kimi tanıtdı.

Lomonosov hələ 1744-cü ildə nəşr etdirdiyi "Ritorika" əsərində bildirirdi ki, elm həqiqəti dərk etməyin rəhbəri, əqlin maarifi, xalqların rahatlığı deməkdir. Həmin əsərində alim yazırdı: "Rusiyanın gənc oğulları, şən əməklə məşğul olun.Səylə oxuyun. Mən Rusiya Akademiyasını Rusiya oğullarından ibarət görmək istəyirəm.Biliyinizi zənginləşdirməyə çalışın.Geniş vətənimizdə təbiətin bəxş etdiyi bol xəzinələr lazımınca öyrənilməmiş, sirr olaraq qalır və məharətli əlləri gözləyir.Təbii şeyləri öyrənməyə, dərk etməyə var qüvvənizi sərf edin".

Vasili Kirilloviç Trediakovski rus ədəbiyyatı tarixində şair və ədəbiyyat nəzəriyyəçisi, klassizmin əsasını qoyanlardan biri kimi tanınır. Taleyin bənzərliyinə baxın ki, o da Lomonosov kimi təhsilə və elmə olan hədsiz marağı naminə ailəsindən gizli olaraq Həştərxanı tərk edərək, Moskvaya qaçmış və burada Slavyan- yunan-latın Akademiyasına daxil olmuşdu. İki ildən sonra elmlərə daha dərindən yiyələnmək üçün Fransaya getmişdi. Trediakovski zəmanəsinin ən məşhur ali məktəbləri sayılan SorbonParis universitetlərində mühazirələr dinləmişdi.

Trediakovski Peterburq Elmlər Akademiyasında işlədiyi zaman o da buranın əsas heyətini təşkil edən alman akademikləri ilə üz-üzə gəlirdi.Bu adamlar müxtəlif yollarla rus aliminin inkişafına mane olur, ona elmi ad verilməsini illərlə süründürürdülər. TrediakovskiLomosov kimi yalnız 1745-ci ildə professor adını almışdı.

Aleksandr Petroviç Sumarokovun atası qədim boyar ailəsindən idi. I Pyotrun dövründə böyük dövlət vəzifələrində çalışımış və bir zaman Finlandiyada canişin olmuşdu. Aleksandr Sumarokov elə Finlandiyada doğulmuşdu.

Yazıçı və teatr xadimi kimi tanınan Sumarokov dvoryan ideoloqu idi, dvoryan sinfini dövlətin istinadgahı bilirdi. Lalkin o, azmədəniyyətli, nadancahil dvoryanlara istinad etmirdi. Sumarokov ziyalı dvotyanları yüksək tuturdu. Onun fikrincə,öz şərəfli işləri, dövlətə namusla xidmət etmələri ilə ad qazanan maariflənmiş zadəganlar dvoryan adına layiq şəxslər idi. İctimai görüşlərində Sumarokov təhkimçilik tərəfdarı idi. O, təhkimçilyi ədalətli, qanuni və təbii bir üsul hesab edirdi.Yazıçı dvoryan sinfini "millətin başı", kəndli sinfini isə "ayağın çeçələ barmağı" adlandırır, kəndnlilərin təhkimçilikdən azad edilməsi məsələsini "ağılsızlıq" hesab edirdi.

Sumarokov eyni zamanda kəndlilərlə kobud rəftar edən zalım mülkədarları insan saymır, onları "heyvan", "öküz" adlandırırdı. O, kəndlilərin alınıb-satılması əleyhinə çıxırdı.

 

(Ardı gələn sayımızda)

 

Reyhan Mirzəzadə,

publisist - politoloq

 

Həftə içi.- 2017.- 21 iyun.- S.4.