Milli kitabxanalar arasında

anlaşma memorandumu imzalanıb

 

Tacikistanın paytaxtı Düşənbədə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin milli kitabxanaları direktorlarının dördüncü iclası keçirilib.

Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, iclasda təşkilatın veb-saytının ilkin olaraq ingilis rus dillərində fəaliyyət göstərməsi, hər təşkilat üzrə əlaqələndirici şəxsin təyin olunması, saytda üzv ölkələr haqqında məlumatın verilməsi, informasiyaların ötürülməsi digər məsələlərin həlli müzakirə olunub. Tədbirdə, həmçinin növbəti toplantı vaxtının yerinin təyin olunması məsələlərinə baxılıb.

Daha sonra Azərbaycan Milli Kitabxanası ilə Tacikistan Milli Kitabxanası arasında əməkdaşlıq barədə anlaşma memorandumu imzalanıb. Azərbaycan, tacik rus dilində imzalanan memorandumda kitab mübadiləsinin inkişaf etdirilməsi, mədəni irsin qorunması mühafizəsi, tədqiqi, qarşılıqlı sərgilərin təşkili, birgə layihələrin işlənməsi, habelə beynəlxalq kitab sərgilərində elmi konfranslarda iştirak, təcrübə mübadiləsi, elektron resurslardan qarşılıqlı istifadə digər məsələlər əks olunur.

 

Həftə içi.- 2017.- 29 noyabr.- S. 8.