Vyanada Milli Musiqi Gününə həsr olunan konsert keçirilib
Sentyabrın 26-da Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində
Milli Musiqi Günü münasibətilə
“Könlüm keçir
Qarabağdan” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər
verir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət
Dəstəyi Şurasının
maliyyə dəstəyi,
Xan Şuşinski Fondunun və Vyanada fəaliyyət göstərən Azərbaycan
Mədəniyyət Mərkəzinin
birgə təşkilatçılığı
ilə baş tutub.
Tədbiri açan Mədəniyyət
Mərkəzinin direktoru
Leyla Qasımova qonaqlara Milli Musiqi Günü barəsində məlumat verib. Qeyd edilib ki, musiqili axşam Azərbaycanın musiqi beşiyi olan Qarabağa və bu qədim Azərbaycan
torpağının yetişdirdiyi
musiqiçilərə həsr
olunub.
Bildirilib ki, ümummilli lider Heydər Əliyevin 1995-ci ildə imzaladığı Sərəncama
əsasən ölməz
Azərbaycan bəstəkarı,
musiqişünas alim,
dramaturq, maarifçi və ictimai xadim Üzeyir Hacıbəylinin doğum
günü Azərbaycanda
Milli Musiqi Günü kimi qeyd edilir. Bu münasibətlə
Mədəniyyət Mərkəzi
ənənəvi olaraq
hər il
həmin ərəfədə
Azərbaycan musiqisinin
təbliğinə xidmət
edən tədbirlər
təşkil edir. Bu il isə musiqi
diyarı Qarabağın
daha bir yetirməsi, Azərbaycan muğamlarının ölməz
ifaçısı, muğam
sənətimizin inkişafında
misilsiz xidmətləri
olan Xan Şuşinskinin adını
daşıyan fondla əməkdaşlıq əsasında
musiqisevərlərə “Könlüm
keçir Qarabağdan”
layihəsi təqdim olunur.
Xan Şuşinski Fondunun prezidenti, böyük xalq sənətkarının
qızı Bəyimxanım
Verdiyeva-Cavanşirova öz
çıxışında musiqinin xalqlar arasında körpü rolu oynadığını,
musiqi dili ilə insanların daha yaxşı anlaşdığını diqqətə
çatdırıb. Qeyd edib
ki, rəhbərlik etdiyi qurumun da əsas hədəfi
xarici ölkələrdə
mədəni-kütləvi tədbirlər keçirməklə
Azərbaycan mədəniyyətini
yaxından tanıtmaqdır.
Qeyd edilib ki, Azərbaycan
Respublikası Prezidenti
yanında QHT-lərə
Dövlət Dəstəyi
Şurasının maliyyə
dəstəyi ilə
fond indiyədək müxtəlif
Avropa ölkələrində
tədbirlər keçirib.
Bu tədbirlərin əsas məqsədi Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı Azərbaycanın
haqq səsinin dünya ictimaiyyətinə
çatdırılması və xaricdə yaşayan azərbaycanlıların
doğma vətənlərinə
olan mədəni-mənəvi
bağlılıqlarını gücləndirməkdir.
Tədbirdə Azərbaycan musiqiçiləri
xalq musiqilərindən
ibarət konsert proqramı ilə çıxış ediblər. Azərbaycanın
Xalq Artisti,
tanınmış tarzən Fikrət Verdiyev,
gənc kamança ustası Şəhriyar
Musayev, tanınmış muğam
ifaçıları Ehtiram Hüseynov və Sevinc
Sarıyevanın təqdimatında milli musiqi parçaları böyük
maraq və rəğbətlə
qarşılanıb. Azərbaycan muğamlarının və
xalq mahnılarının ifa
olunduğu konsert “Qarabağ şikəstəsi” ilə başa çatıb.
Həftə
içi.- 2017.-28 sentyabr.- S.8.