V Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı olub

 

Sentyabrın 28-də Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə reallaşan V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı olub. Bakı İdman Sarayında keçirilən sərgi-yarmarkada 150-dən çox yerli, 40 xarici olmaqla ümumilikdə 40 ölkəni təmsil edən kitabxana, çap poliqrafiya müəssisələri, o cümlədən çap işi ilə məşğul olan qurumların təmsilçiləri iştirak edir.

Açılışda çıxış edən mədəniyyət turizm naziri Əbülfəs Qarayev Bakıda keçirilən builki kitab sərgi-yarmarkasına böyük marağın olduğunu bildirib. Son vaxtlar Azərbaycanda mütəmadi olaraq beynəlxalq tədbirlərin keçirilməsini yüksək qiymətləndirən nazir belə tədbirlərin beynəlxalq ictimaiyyət tərəfindən rəğbətlə qarşılandığını qeyd edib.

Poliqrafiya müəssisələrinin öz məhsulları ilə təmsil olunmasını diqqətə çatdıran nazir üç gün davam edəcək sərgi çərçivəsində bir sıra kitab təqdimatlarının, “dəyirmi masa”ların, müzakirələrin aparılacağını bildirib.

Nazir son illər yeni, latın qrafikalı nəşrlər hesabına kitabxanaların zənginləşdirilməsi istiqamətində xeyli görüldüyünü diqqətə çatdırıb. Vurğulayıb ki, bu işlər Prezident İlham ƏliyevinAzərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamına dünya ədəbiyyatının Azərbaycan dilində çap edilməsi haqqında verdiyi müvafiq Sərəncama uyğun olaraq reallaşdırılır.

Azərbaycanda poliqrafiya sənətinin inkişafından söz açan Ə.Qarayev bildirib ki, ölkəmiz hər il beynəlxalq kitab sərgi-yarmarkalarında təmsil olunur kitablarımız beynəlxalq sərgilərdə ən yüksək mükafatlara layiq görülür. Beynəlxalq kitab sərgilərinə təqdim olunan məhsullar arasında həm dövlət, həm özəl nəşriyyatların, həm Heydər Əliyev Fondunun nəşrləri yer alır. Heydər Əliyev Fondu tərəfindən bir sıra kitabların çap edilməsi xüsusi əhəmiyyət daşıyır.

Əbülfəs Qarayev kitab nəşriyyatı sahəsinin hər zaman dövlətin diqqət mərkəzində olduğunu vurğulayıb. Bildirib ki, əsas məqsəd kitab nəşri sahəsində ən müasir texnologiyaların ölkəmizə gətirilməsinə nail olmaq, kitabın təbliği yayılması, dərsliklərin, lüğətlərin, tərcümə elmi ədəbiyyatların işıq üzü görməsinə yönəlmiş qərar göstərişlərin vaxtında icrasını təmin etmək, gənc nəslin kitaba maraq sevgisini daha da artırmaq, Azərbaycan oxucusunu dünyanın aparıcı nəşriyyatlarının məhsulları ilə tanış etməkdir.

Sərgi ilə bağlı təəssüratlarını bölüşən Baş nazirin müavini, Xalq Yazıçısı Elçin Əfəndiyev bütün oxucuları kitab bayramı münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycanda belə sərgi-yarmarkaların keçirilməsi artıq bir ənənə halını alıb. Kitabın bəşəri dəyər olduğunu qeyd edən Elçin Əfəndiyev belə sərginin ölkəmizdə keçirilməsini yüksək qiymətləndirib. Vurğulayıb ki, Prezident İlham Əliyevin diqqət qayğısı sayəsində beynəlxalq kitab sərgiləri, eyni zamanda, digər beynəlxalq tədbirlər ölkəmizdə yüksək səviyyədə keçirilir.

Gələcəkdə bu yöndə daha da böyük işlər görüləcəyinə əminliyini ifadə edən E.Əfəndiyev bildirib ki, iştirakçılar builki yarmarkada da sərgilənən kitablar vasitəsilə Azərbaycan xalqının tarixi, mədəniyyəti, ədəbiyyatı bugünkü inkişaf səviyyəsi haqqında dolğun məlumat əldə edə biləcəklər.

Sonra qonaqlar sərgi ilə yaxından tanış olublar.

Təhsil”, “Şərq-Qərb”, “Adiloğlu”, “Yazıçı”, “Əli Nino”, “Apostrof”, “Alatoran”, “Letterpress” digər poliqrafiya müəssisələrinin son çap məhsullarının sərgiləndiyi bu yarmarkada Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ayrıca stendlə təmsil olunur. AZƏRTAC-ın iştirakçılara təqdim etdiyi nəşrlər sırasında son vaxtlar agentlik tərəfindən buraxılmışİnformasiya yaradıcılığı, standartlar yeni yanaşmalar”, “Müasir dünyanın informasiya şəbəkəsində AZƏRTAC-ın yeri: təşəkkül tarixi inkişaf mərhələləri”, “Keçid cəmiyyətində demokratiya”, “Sivilizasiyaların dialoqu: siyasi partiyaların rolu”, “20 Yanvar: tariximizin qanlı şanlı səhifəsi”, “Dövlət siyasətinin informasiya təminatı”, “Türkdilli agentliklərin Bakı görüşü digər kitablar sərginin ziyarətçilərində daha böyük maraq doğurub.

Qeyd edək ki, sərgi sentyabrın 30-dək davam edəcək.

 

Həftə içi.- 2017.- 29 sentyabr.- S.8.