Tarixən ən etibarlı xəzinə…

 

Qlobal dünyamızda neftin qiyməti endikcə qızıl dəyər qazandı. Bu proses boyunca isə büdcəsi neftdən asılı olan ölkələrin iqtisadi-maliyyə sistemi tənəzzülə uğramaqda, milli pul vahidləri dəyərini itirərək kağız parçasına çevrilməkdədir. Bəs bu kimi təhlükələrdən sığortalanmaq, xalqların illərlə qazandığının neft qiymətinin şıltaqlığı ucbatından havaya uçmasının qarşısını necə almaq olar? Çıxış yolunu qədimdən dövlətlərin xəzinəsini qoruyan maliyyə biliciləri tapıblar – qızıl toplamaq. Bu gün də ölkələrin əksəriyyəti məhz valyuta ehtiyyatının müəyyən qismini qızıla çevirib, saxlamaqdadır.

Bu da günümüzdə yaşanan maliyyə-iqtisadi böhranlar zamanı dövlətin harayına yetişir. Yəni valyuta ehtiyyatı qızılla saxlandıqda heçitirilmir, əksinə qazanılır…

Beynəlxalq ekspertlərin hesablamalarına əsasən, bu gün dünyada təxminən 175 min ton emal olunmuş qızıl mövcuddur. Bu ehtiyyatın müəyyən hissəsi dövlət xəzinələrində toplansa da, daha böyük qismi insanlarda, yəni fərdi əllərdədir.

Dövlət xəzinələrində qızılın qeyri-bərabər toplandığının şahidiyik. Dövlət var ki, milli valyutasının böyük qismini qızılla saxladığı üçün qlobal bazarda baş verən çaxnaşmalardan narahat deyil. Yəni milli pul vahidi qiymətdən düşsə də, düşməsə də, hər zaman dəyərini qoruyan qızıl onları çətin vəziyyətdən çıxarır. Bəs belə ölkələr hansılardır?

Qeyd edim ki, bu gün xəzinələrdə mövcud olan qızılın 30 min tondan artığı, sadəcə, 40 ölkəyə məxsusdur. Bu ölkələrin siyahısına isə, Beynəlxalq Qızıl Şurasının hesabatına əsasən, ABŞ başçılıq edir. Birləşmiş Ştatlar öz xəzinəsinə 8133,5 ton qızıl toplaya bilib. Deyə bilərsiniz ki, ABŞ-ın büdcəsi, illik milli istehsalı ilə müqayisədə bu miqdarda qızıl çox görünmür. Belə deyil, Birləşmiş Ştatlar strateji valyuta ehtiyyatlarının 77 faizini məhz qızıla çevirib, saxlamaqla gələcəkdə baş verə biləcək təzadları nəzərə alıb. Hansı ki, son iki yüz ildir dünyanı məhz ABŞ dolları istədiyi kimi idarə etməkdədir. Amma göründüyü kimi, Vaşinqton yenə də ehtiyyatı əldən vermir.

Bu yerdə qeyd edim ki, qızılın valyuta ehtiyyatları içində faizinə görə ABŞ-ı Almaniya, İtaliyaFransa təqib etməkdədir. Fikir verin: dünyada ən nəhəng iqtisadi-maliyyə resurslarına sahib, tarix böyu müstəmləkə siyasəti yürütmüş bu ölkələr qızıl toplamaq məsələsində də eyni siyasətə malikdirlər.

Nəzərə alaq ki, qlobal təsir imkanına malik maliyyə institutları arasında da, məhz ABŞ-ın idarə etdiyi Beynəlxalq Valyuta Fondu ən çox qızıl resursuna malikdir - 2814 ton. Müqayisə üçün deyim ki, Avropa Mərkəzi Bankının cəmi 502,1 ton qızılı var. Amma bu qədər qızıl Avropa Mərkəzi Bankının bütün valyuta ehtiyyatlarının 34 faizi demədir. Yəni bank da ehtiyyatlarının üçdə birini qızılla saxlamaqla ağıllı görür.

İndi də gəlin bir sıra dövlətlərin qızıl fondunamilli ehtiyyat sistemində payına nəzər yetirək.

Siyahını qarışdırmamaq üçün elə ABŞ-dan başlayaq. Bayaq qeyd etdiyim kimi, 8133,5 ton qızıl ehtiyyatına (valyuta ehtiyyatlarının 77 faizi) malik olan ABŞ-da bu fond 1933-cü ildə yaradılıb. Ölkə tarixində ən çox qızıl saxlanan dövr 1946-cı il olub - 20205 ton. Sonradan dolların kursunun sabitləşdirilməsi üçün qızıldan istifadə olunub və nəticədə onun həcmi 8133,5 kiloqrama enib.

Onu da xatırladım ki, daha 60 ölkənin qızıl ehtiyatı ABŞ-dakı xüsusi anbarlarda saxlanılır.

Qızıl ehtiyyatının çəkisinə görə dünya ikinciliyi Almaniyaya məxsusdur – 3384,2 ton. Almanların bu qədər qızılı bütün valyuta sisteminin 74 faizi deməkdir. Onlar bu fondu 1951-ci ildə yaratmağa başlayıblar. 1968-ci ehtiyatlar 4 min tona çatsa , hazırda 3384,2 ton həddinə geriləyib.

İtaliya qızıl xəzinəsinin zənginliyinə görə üçüncü sırada qərar tutur – 2451,8 ton. Bu da ümumi valyuta ehtiyyatlarının 73 faizi deməkdir.

Siyahıda dördüncü pillədə 2435,4 ton qızılla Fransa dayanır. Bu, strateji valyuta ehtiyyatlarının 73 faizinə bərabərdir. Fransanın qızıl fondu təxminən 50 il əvvəl yaradılıb həmin il qızıl ehtiyyatı 4,4 min tona çatıb, amma sonradan iki dəfə azalıb. Fransa bütün qızıl ehtiyyatını ABŞ-da saxlayır.

Rusiya 1149,8 ton qızıl ehtiyyatı ilə sonrakı pilləni tutur. Amma bu ölkənin bədbəxtliyi ondadır ki, milli ehtiyyatların yalnız 10 faizini qızıl formasında saxlayır. Bəlkə bu çatışmazlığıdır ki, hazırda neftin dəyər itirməsi Rusiyanı müflisləşdirib. Amma rus iqtisadçılar deyəsən ziyanın yarısından qayıtmağa üstünlük verirlərindiki çətinliyə baxmayaraq qızıl fondunu artırmaqda davam edirlər.

Çin kimi nəhəngin 1054,1 ton qızıl ehtiyyatı var. Bu, bütün valyuta resurslarının cəmi 2 faizinə bərabərdir. Yəni yürütdüyü maliyyə siyasəti Çinə heç yaxşı gələcək vəd eləmir.

Siyahıda sonrakı yerləri bu ölkələr tutur:

İsveçrə 1,040 ton ya valyuta ehtiyyatlarının 12 faizi, Yaponiya 765,2 ton ehtiyyatların 3 faizi, Niderland 612,5 ton ya ehtiyyatların 61 faizi, Hindistan 557,7 ton ya ehtiyyatların 11 faizi, Türkiyə 549,1 ton ya ehtiyyatların 15 faizi, Tayvan 423,6 ton ya ehtiyyatların 6 faizi, Portuqaliya 382,5 ton ya ehtiyyatların 91 faizi, Venesuela 367,6 ton ya ehtiyyatların 74 faizi, Səudiyyə Ərəbistanı 322,9 ton ya ehtiyyatların 3 faizi, Böyük Britaniya 310,3 ton ya ehtiyyatların 17 faizi, Livan 286,8 ton ya ehtiyyatların 31 faizi, İspaniya 281,6 ton ya ehtiyyatların 31 faizi, Avstriya 280 ton ya ehtiyyatların 57 faizi, Belçika 227,4 ton ya ehtiyyatların 41 faizi, Filippin 195,3 ton ya ehtiyyatların 13 faizi, Qazaxıstan 193,4 ton ya ehtiyyatların 20 faizi, Əlcəzair 173,6 ton ya ehtiyyatların 5 faizi, Tailand 152,4 ton ya ehtiyyatların 5 faizi, Sinqapur 127,4 ton ya ehtiyyatların 3 faizi, İsveç 125,7 ton ya ehtiyyatların 14 faizi, Cənubi Afrika Respublikası - CAR 125,2 ton ya ehtiyyatların 14 faizi, Meksika 122,6 ton ya ehtiyyatların 4 faizi, Liviya 116,6 ton ya ehtiyyatların 6 faizi, Yunanıstan 112,5 ton ya ehtiyyatların 83 faizi, Cənubi Koreya 104,4 ton ya ehtiyyatların cəmi 1 faizi, Rumıniya 103,7 ton ya ehtiyyatların 12 faizi, Polşa 102,9 ton ya ehtiyyatların 6 faizi, Avstraliya 79,9 ton ya ehtiyyatların 10 faizi, Küveyt 79 ton ya ehtiyyatların 14 faizi, İndoneziya 78,1 ton ya ehtiyyatların 4 faizi, Misir 75,6 ton ya ehtiyyatların 26 faizi

Siyahını ümumi ehtiyyatlarda qızılın faizi qeyd edilməyən digər ölkələr davam etdirir: İraq 89,8 ton, Braziliya 67,2 ton, Danimarka 66,5 ton, Pakistan 64,5 ton, Argentina 61,7 ton, Finlandiya 49,1 ton, Boliviya 42,5 ton, Belarus 41,5 ton, Bolqarıstan 40,1 ton, Qərbi Afrika İqtisadi İttifaqı 36,5 ton, Malayziya 35,8 ton, Peru 34,7 ton, Slovakiya 32,7 ton, Azərbaycan 30,2 ton, Suriya 25,8 ton, Ukrayna 23,9 ton, Şri Lanka 23,2 ton, Mərakeş 22 ton, Əfqanıstan 21,9 ton, Nigeriya 21,4 ton sair.

İndi gəlin dünyanın ən böyük qızıl istehsalçılarının siyahısına diqqət yetirək:

Dünyada ən böyük qızıl istehsalçısı Çindir. Bu ölkənin Sandonq bölgəsi başdan-başa qızıl üzərində yerləşir. Çin dünya üzrə mövcud qızıl istehsalının 14 faizinə nəzarət edir ki, bu da ildə 370 ton deməkdir.

Avstraliya ikinci iri istehsalçıdır. Cəmi 270 min ton qızıl ehtiyyatının cəmləndiyi yataqlar hər il bu ölkəyə 14 milyard dollar qazandırmaqdadır. İldə 250 ton qızıl istehsal edilir.

ABŞ ildə 230 ton qızıl istehsal eləməklə üçüncü sırada yer alır. Ən iri yataqları Nevada Montana ştatlarında yerləşir.

Rusiya nəhəng qızıl yataqlarına malikdir. Hətta geoloqlar deyir ki, bütün Rusiya ərazisinin 17 faizində qızıl yataqları mövcuddur. Təkcə Sibir meşələrinin altında yarım milyon ton qəzəlın yatdığı güman olunur. Buna baxmayaraq, Rusiya ildə cəmi 205 ton qızıl çıxarır tələbatını əsasən idxal hesabına ödəyir.

Cənubi Afrika Respublikası da böyük qızıl istehsalçısıdır. Bu sahədə dünya beşincisi olan ölkə ildə 190 ton qızıl istehsal edir əksər qismini xaricə satır.

Peru qızıl istehsalına görə siyahıda 6-cı pillədə dayanır. Məlumata görə ötən il Peru qızıl hasilatını 4 dəfə artırıb. Mədənləri əsasən dağlarda yerləşən bu ölkə hər il 165 ton qızıl istehsal edir.

Hər cür sərvətlə bol olan Kanada qızıl yataqlarına görə zəngindir. İldə 110 ton qızıl istehsal edən ölkə siyahıda 7-ci yerdədir.

Daha bir qızıl zəngini ölkə - Qana Qərbi Afrikada yerləşir. Ümumilikdə yataqlarda 1400 ton ehtiyyatı olan Qana ildə 100 tonadək qızıl istehsal edir. Bu da ölkə iqtisadiyyatının 5 faizi deməkdir.

İndoneziyanın da qızıl yataqları çoxdur. İldə 95 ton qıızl istehsal edən ölkənin ən böyük mədəni “Grasbergdir. Deyilənə görə, bu mədəndə 19 min işçi birbaşa və dolayısıyla işləməkdədir.

Özbəkistan da qızılı ilə məşhurdur. İldə 90 ton qızıl istehsal edən Özbəkistanın ən zəngin yataqları Fərqanədə yerləşir. Yeri gəlmişkən, dünyada ən çəkili qızıl yatağı məhz Özbəkistandadır.

Bundan başqa Meksika 87 ton, Papua-Yeni Qvineya 60 ton, Braziliya 56 ton, Çili 45 ton, Türkiyə 40 tonsair ölkələr də ən böyük qızıl istehsalçıları arasında yer alır.

Dünya üzrə adları yuxarıdakı siyahıya düşməyən digər ölkələr isə ümumilikdə ildə 686 ton qızıl istehsal edir.

Qızıl-zərgərlik məmulatları istehsalında isə qabaqcıl ölkələr aşağıdakılardır:

Hindistan ildə 700 tona qədər, Türkiyə 305 ton, İtaliya 285 ton, Çin 254 ton, ABŞ 220 ton, Yaponiya 166 ton, Misir 125 ton sair.

 

Vüsal Tağıbəyli

 

Həftə içi.- 2017.- 20-23 yanvar.- S.4.