Əlamətdar günlərin
xatirəsi
– markalar, pullar...
Əlamətdar günlərlə
bağlı qiymətli kağızlar, sikkələr, markalar
buraxılması əksər ölkələr
üçün xarakterikdir. Mərkəzi Bank Azərbaycan
Xalq Cümhuriyyətinin 100 illiyi və Heydər Əliyevin
anadan olmasının 95 illiyi münasibətilə yeni yubiley
sikkələri buraxacaq. Bu barədə jurnalistlərə Mərkəzi
Bankın sədri Elman Rüstəmov bildirib.
Mərkəzi
Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev
deyir ki, yeni sikkələr bundan əvvəl
buraxılmış xatirə sikkələri formatında
olacaq: “Xatirə sikkələrinin sayı, forması, əyarı
barədə məlumatlar təqdimat mərasimində
açıqlanacaq”.
Bu günədək
buraxılmış xatirə sikkələri isə
bunlardır:
1996-cı
ildə ilk dəfə olaraq Milli Bank tərəfindən
Böyük Britaniyanın Kral Sikkəxanasında Azərbaycanın
görkəmli şair və mütəfəkkiri Məhəmməd
Füzulinin həyat və yaradıcılığının
(1494-1556) 500 illiyinə həsr olunmuş 100 manat dəyərində,
916.7 əyarlı, 500 ədəd qızıl xatirə sikkəsi
buraxılıb. Xatirə sikkələrinin üz tərəfində
Məhəmməd Füzulinin siması, arxa hissəsində
isə şairin məşhur "Leyli və Məcnun"
poemasından bir səhnə əks etdirilib. Eyni zamanda, 50 manat
dəyərində, 925 əyarlı, 5000 ədəd
gümüş xatirə sikkəsi buraxılıb. Xatirə
sikkələrinin üz tərəfində Məhəmməd
Füzulinin siması, arxa hissəsində isə şairin məşhur
"Leyli və Məcnun" poemasından bir səhnə əks
etdirilib.
1999-cu ildə
Ukrayna Respublikası Milli Bankının sikkəxanasında
“Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinə həsr
olunmuş 100 manat dəyərində, 900 əyarlı 150 ədəd
xatirə sikkəsi buraxılıb. Həmçinin, 50 manat dəyərində,
925 əyarlı 1000 ədəd gümüş xatirə sikkəsi
buraxılıb.
Mərkəzi
Bank mərhum prezident Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi
haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanına
əsasən, 10 dekabr 2004-cü ildə dövriyyəyə
platin əyarlı 100 ədəd xatirə sikkəsi
buraxıb. Xatirə sikkələrinin üz tərəfində
Heydər Əliyevin portreti, portretin sağ tərəfində
“Heydər Əliyev” sözləri, arxa tərəfində isə
Azərbaycan Respublikasının xəritəsi və “Azərbaycanın
müstəqilliyi daimidir, əbədidir, dönməzdir…”
sözləri yazılıb. Xatirə sikkələri
İngiltərənin “Royal Mint” Kral Sikkəxanasında
yüksək beynəlxalq standartları uyğun
hazırlanıb. Sikkənin arxa hissəsində olan xəritənin
alt hissəsində xatirə sikkələrinin
buraxıldığı il “2004-cü il”, xəritənin ətrafında
dairəvi şəkildə üst hissəsində “Azərbaycan
Respublikası”, alt hissəsində isə xatirə sikkələrinin
nominalı göstərilib. Xatirə sikkələri Azərbaycan
ərazisində qanuni ödəniş vasitəsidir.
Həmin
il dövriyyəyə 1000 ədəd 916.7 əyarlı
qızıl xatirə sikkəsi buraxılıb. Xatirə sikkələrinin
üz tərəfində Heydər Əliyevin portreti, portretin
sağ tərəfində “Heydər Əliyev” sözləri,
arxa tərəfində isə Azərbaycan
Respublikasının xəritəsi və “Azərbaycanın
müstəqilliyi daimidir, əbədidir, dönməzdir…”
sözləri yazılmışdı. Xatirə sikkələri
İngiltərənin “Royal Mint” Kral Sikkəxanasında
hazırlanıb. Sikkənin arxa hissəsində olan xəritənin
alt hissəsində xatirə sikkələrinin
buraxıldığı il “2004-cü il”, xəritənin ətrafında
dairəvi şəkildə üst hissəsində “Azərbaycan
Respublikası”, alt hissəsində isə xatirə sikkələrinin
nominalı göstərilib. Xatirə sikkələri Azərbaycan
Respublikası ərazisində qanuni ödəniş vasitəsidir.
Heydər
Əliyevin xatirəsinin əbədiləşdirilməsinin
davamı olaraq, 10 dekabr 2004-cü ildə dövriyyəyə
2000 ədəd 925 əyarlı gümüş xatirə sikkəsi
buraxılıb.
2006-cı
ildə həyata keçirilən denominasiya prosesləri ilə
əlaqədar yeni dövriyyəyə buraxılacaq qəpiklərin
dizaynına uyğun 50 ədəd 999,9 əyarlı
qızıl xatirə sikkəsi dəstinin hazırlanması məqəsədilə
Avstriyanın “Austrian Mint” sikkəxanası ilə müqavilə
bağlanıb. Müqaviləyə əsasən, 2005-ci ildə
hər biri 1 qəpik (50 ədəd), 3 qəpik (50 ədəd),
5 qəpik (50 ədəd), 20 qəpik (50 ədəd), 50 qəpik
(50 ədəd) olan xüsusi qızıl xatirə dəsti
hazırlanıb.
2006-cı
ildə daha bir xatirə pulu dövriyyəyə
buraxılıb. Almaniyada keçirilmiş futbol üzrə
dünya çempionatına həsr olunmuş 50 manat
nominallı gümüş xatirə sikkələri
Polşanın “Polish Mint” sikkəxanasında istehsal edilərək
tədavülə buraxılıb. 200 ədəd 925 əyarlı
xatirə sikkəsinin üz tərəfində
futbolçuların təsviri və “2006 FIFA World Cup Germany”
sözləri, arxa tərəfində isə Azərbaycan
Respublikası gerbinin təsviri “Azərbaycan Respublikası”
sözləri və sikkənin nominalı təsvir olunub.
Gerbin alt tərəfində xatirə sikkəsinin
buraxılış ili “2004” əks olunub. Xatirə sikkəsi
Azərbaycan Respublikası ərazisində nominal dəyəri
üzrə qanuni ödəniş vasitəsidir.
2008-ci ildə
Heydər Əliyevin 85 illik yubileyinin ölkə miqyasında
qeyd olunması ilə əlaqədar Milli Bank tərəfindən
Avstriyanın Austrian Mint şirkətində nominalı 100
manat olan 999,9 əyarlı 5000 min ədəd qızıl xatirə
sikkəsi sifariş edilərək dövriyyəyə
buraxılıb. Xatirə sikkəsinin üz tərəfində
Heydər Əliyevin portreti, arxa tərəfində isə gerb
təsvir edilib. Gerbin alt hissəsində xatirə sikkəsinin
buraxıldığı il “2008-ci il”, və “Azərbaycan
Respublikası” sözləri və xatirə sikkəsinin
nominalı göstərilib. Xatirə sikkəsi Azərbaycan
Respublikası ərazisində nominal dəyəri üzrə
qanuni ödəniş vasitəsidir.
2008-ci ildə
mədəniyyət seriyası çərçivəsində
Azərbaycanın dahi şairi, mütəfəkkir Nizami Gəncəvinin
xatirəsinə həsr olunmuş 100 manat dəyərində
999,9 əyarlı 1000 ədəd qızıl xatirə sikkəsi
istehsal olunaraq tədavülə buraxılıb. Xatirə sikkələri
Avstriyanın “Austrian Mint” sikkəxanası tərəfindən
istehsal edilib.
2008-ci ildə
mədəniyyət seriyası çərçivəsində
Azərbaycanın dahi opera müğənnisi, vokalist
Bülbülün xatirəsinə həsr olunmuş 100 manat dəyərində
999,9 əyarlı 1000 ədəd qızıl xatirə sikkəsi
istehsal olunaraq tədavülə buraxılıb. Xatirə sikkələri
Avstriyanın “Austrian Mint” sikkəxanası tərəfindən
istehsal edilib. Xatirə sikkəsinin üz tərəfində
dahi vokalistin portreti, arxa tərəfində isə Azərbaycan
miniatyuralarının təsviri əks olunub. Xatirə sikkəsi
Azərbaycan Respublikası ərazisində nominal dəyəri
üzrə qanuni ödəniş vasitəsidir.
2008-ci ildə
Avstriyanın “Austrian Mint” sikkəxanası tərəfindən
istehsal edilən dahi bəstəkar, musiqişünas Üzeyir
Hacıbəyovun xatirəsinə həsr olunmuş 100 manat dəyərində
999,9 əyarlı 1000 ədəd qızıl xatirə sikkəsi
istehsal olunaraq tədavülə buraxılıb. Xatirə sikkəsinin
üz tərəfində dahi bəstəkarın portreti, arxa
tərəfində isə Azərbaycan miniatyuralarının təsviri
əks olunub. Xatirə sikkəsi Azərbaycan Respublikası ərazisində
nominal dəyəri üzrə qanuni ödəniş vasitəsidir.
2009-cu ildə
buraxılan xatirə pulları isə qədim tarixə, zəngin
mədəniyyətə və Azərbaycan dövlətçiliyinin
inkişafında mühüm rola malik olan Naxçıvan
Muxtar Respublikasının yaradılmasının 85 illik
yubileyinə həsr edilib. Avstriyanın “Austrian Mint” sikkəxanasında
hazırlanan 999,9 əyarlı 500 ədəd sikkə Azərbaycan
Respublikası ərazisində nominal dəyəri üzrə
qanuni ödəniş vasitəsidir. Həmçinin, 1000 ədəd
999 əyarlı sikkə tədavülə buraxılıb.
Milli Mətbuatın
135 illiyinə həsr edilən 1000 ədəd 999 əyarlı
xatirə sikkəsi buraxılıb.
2011-ci ildə
tədavülə buraxılan 999 əyarlı 2000 ədəd
xatirə sikkəsi isə Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin bərpa edilməsinin
iyirminci ildönümünə həsr olunub (1991-2011). Xatirə
sikkəsinin üz tərəfində müstəqillik rəmzi
olan məqbərə, arxa tərəfində isə gerb təsvir
edilib.
2012-ci ildə
tədavülə buraxılan 999 əyarlı 1000 ədəd
xatirə sikkəsi Azərbaycan Mərkəzi Bankının
20 illik yubileyinə həsr olunub. Xatirə sikkəsinin üz
tərəfində 20 ili əks etdirən stilistik
görünüş, arxa tərəfində isə Azərbaycan
Respublikasının gerbi təsvir edilib.
Poçt
markalarına gəlincə, bildirək ki, Azərbaycanın
ilk poçt markaları 1919-cu il oktyabrın 20-dən
başlayaraq dövriyyəyə buraxılıb. İlk
poçt markası Azərbaycan əsgərinə həsr
olunub.
Poçt
ödənişi nişanı kimi birinci poçt markası
1840-cı ildə Böyük Britaniyada poçt dövriyyəsinə
buraxılıb. Tezliklə bu hadisənin ardınca analoji
poçt markaları başqa ölkələrdə, o
cümlədən 1857-ci ildə Rusiyada da buraxılmağa
başladı. O dövrdə Azərbaycan Rusiya
İmperiyasının tərkibində olduğu
üçün Azərbaycanda istifadə olunan birinci markalar
Rusiyanın poçt markaları olub. 1918-ci ildə Azərbaycan
Demokratik Respublikası elan edildikdən sonra Azərbaycan
hökuməti tərəfindən poçt markalarının
buraxılması haqqında qərar qəbul edilib. 1920-ci ildən
1923-cü ilədək olan dövr ərzində Azərbaycanın
ərazisində sovet Azərbaycanının, Zaqafqaziya
Federasiyasının, 1991-ci ilədək isə keçmiş
SSRİ-nin markalarından istifadə olunub.
1992-ci ildən
Azərbaycanın poçt markaları tarixində yeni səhifə
açılıb. Həmin il iyulun 14-də Azərmarka”
yaradılıb və 1992-ci ildən bu günə kimi orijinal
süjetli poçt markaları hazırlanaraq çap edilir.
Poçt
markaları, Azərbaycan Respublikasının “Poçt
haqqında” qanununa, Nazirlər Kabinetinin qərarına və Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Poçt
ödənişi nişanlarının buraxılması
haqqında Əsasnamə”yə uyğun olaraq buraxılır.
Bu sənədlərin əsasında hər il növbəti
ildə buraxılacaq poçt markalarının tematik
planı işlənib hazırlanır. Poçt markaları
poçt ödənişi nişanları olmaqla bərabər,
eyni zamanda, ölkə haqqında müəyyən məlumat
daşıyıcılarıdır. Bu amilə əsasən,
tematik plan tərtib edilərkən tarix, arxitektura, görkəmli
şəxsiyyətlər, flora və fauna, ölkənin
tarixində əlamətdar hadisələr və başqa məlumatlara
geniş yer verilir. Buraxılış tematikasında Azərbaycanın
görkəmli şəxsiyyətlərinin mövzusu
xüsusi yer tutur. Bu siyahıda Azərbaycanın görkəmli
siyasi və dövlət xadimi, ümummilli lider Heydər
Əliyevə həsr olunmuş poçt markalarını
xüsusi qeyd etmək lazımdır. Bu mövzuda 12 marka və
9 poçt bloku buraxılıb.
Hazırda
ölkəmizdə poçt markalarının
çapını və yayımını Nəqliyyat, Rabitə
və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC təşkil
edir.
Poçt
markaları vasitəsilə 20 Yanvar və Xocalı faciələri,
həmçinin Qarabağın şəhərləri, onun
flora və faunası haqqında dünyanın geniş
kütlələrinə məlumatlar
çatdırılır. Azərbaycan Respublikasının
BMT-nin və Avropa Şurasının tərkibinə daxil
olması, diplomatik münasibətlərin yaranması və
sair üzrə beynəlxalq həyatdakı fəaliyyət
mövzusu, buraxılış tematikasında mühüm yer
tutur.
Poçt
markalarında Azərbaycanın müstəqilliyi mövzusu
geniş qeyd edilir. Azərbaycanın birinci poçt
markasından başlayaraq, bu günədək müstəqilliyə
həsr olunmuş 10-dan çox poçt markası
buraxılıb. Bununla yanaşı, dövlət
atributlarına, ölkəmizin iqtisadi inkişafına, milli
bayramlarına, görkəmli siyasi-ictimai xadimlərinə,
beynəlxalq əhəmiyyətli mühüm tədbirlərə,
Qarabağa aid poçt markaları çap olunaraq dövriyyəyə
buraxılıb. Eyni zamanda, həmin markaların beynəlxalq
aləmdə də yayımı təşkil edilib.
Flora və
fauna mövzusu geniş və müxtəlifdir, belə ki, bu
mövzuda Şəki yasaqlığına və Azərbaycan
meyvələrinə həsr edilmiş poçt
markalarını qeyd etmək lazımdır. İran,
Qazaxıstan, Meksika, Rusiya, Belarus və Ukrayna ilə bir
neçə birgə markalar buraxılıb.
1919-cu ildən
bu günədək Azərbaycan Respublikasında dövriyyəyə
buraxılmış bütün markaların, “Birinci gün” zərflərinin,
markalanmış zərflərin və poçt
kartlarının, xüsusi ştempellərin nümunələrini
özündə əks etdirən 8 kataloq nəşr edilib.
Bu
dövrdə “Heydər Əliyev və Azərbaycan rabitəsi”,
“Azərbaycan rabitəsi müstəqillik dövründə
1991-2001” adlı kitablar və “İçərişəhər”
haqqında, “Azərbaycan dövlət müstəqilliyinin 20
illiyi” ilə əlaqədar, “Azərbaycan gömrük
muzeyinin xəzinəsi”, “Eurovision Bakı-2012” mahnı
müsabiqəsinə, “Qarabağ poçt markalarında”
mövzusuna və “Birinci Avropa Oyunları”na həsr edilmiş
markalardan ibarət kitablar hazırlanaraq çap olunub. Həmçinin
IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş
poçt markaları da dövriyyəyə buraxılıb.
1992-ci ildən
filateliya sahəsi ölkəmizdə daha uğurla inkişaf
etməyə başlayıb. Beləliklə, həmin dövrdən
müxtəlif mövzulara aid 1140 poçt markası, 14
növ markalanmış, yüzlərlə növ
markalanmamış poçt zərfləri hazırlanaraq
satışa çıxarılıb.
Bundan əlavə,
beynəlxalq təşkilatlar və dünyanın 12 ölkəsi
ilə birgə 17 poçt markası da dövriyyəyə
buraxılıb.
Naibə Qurbanova
Həftə içi.-2018.- 11
aprel.- S.5.