Milli Kitabxanalar arasında
əməkdaşlıq memorandumu
imzalanıb
Qətərin paytaxtı Dohada M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası ilə bu ölkənin milli kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb. Memorandumu Azərbaycan tərəfindən Milli Kitabxananın direktoru Kərim Tahirov, Qətər dövləti tərəfindən isə Qətər Milli Kitabxanasının direktoru xanım Sohair Vastavıy imzalayıblar.
İmzalanma mərasimində mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov,
habelə
Qətər Fondunun və
Milli Kitabxanasının əməkdaşları da iştirak ediblər.
Bu, Azərbaycan Milli Kitabxanasının dünya
ölkələrinin milli
kitabxanaları ilə
imzaladığı sayca
35-ci memorandumdur. Beş il müddətinə imzalanan bu sənəddə
qarşılıqlı kitab,
informasiya və elektron resursların, qiymətli kitabların və əlyazmaların surətlərinin, yaxud rəqəmsal variantlarının
mübadiləsini, əməkdaşların
təcrübə mübadiləsini,
habelə innovativ yeniliklərin tətbiqi üzrə treninqlərin,
elmi konfransların keçirilməsini və
ənənəvi keçirilən
kitab sərgilərində
iştirakı nəzərdə
tutur. Memorandumda, həmçinin ərəb dilində çap olunmuş Azərbaycan müəlliflərinin
yeni kitablarının
təqdimat mərasimlərinin
keçirilməsi də
öz əksini tapıb.
Mərasimin sonunda Kərim Tahirov Azərbaycan Milli Kitabxanası haqqında fotoalbomu, Qarabağın tarixinə
dair kitabı, Heydər Əliyev Fondunun nəşri olan “Qarabağ xanəndələri” muğam
diskləri toplusunu, Azərbaycanın qədim
musiqi alətləri haqqında kitabı Qətər Milli Kitabxanasına hədiyyə
edib.
Sonra yaxın
gələcək üçün
əməkdaşlığın perspektivləri müzakirə
olunub, Kərim Tahirov Qətər Milli Kitabxanasının direktorunu Azərbaycana dəvət edib.
Həftə içi.- 2018.-
19 aprel.- S.8.