Keçmiş SSRİ məkanında ilk

milli pula necə sahib olduq?

 

Əslində onsuz da ötüşmək olardı. Yəni, pulsuz. Amma necə? Məşhur rəvayətdəki kimialsan bir qapaza? Qapazlı başla yaşamaq da asan deyil axı.

Görünür baş elə özünü qapazdan qorumaq üçün pulu düşündü.

Pul bizim sivilizasiyanın icadıdır və ta qədimdən insanların fikir ayrılığına səbəb olan nəsnədir. Buna baxmayaraq, hər bir ölkənin pulumilli valyutası onun əsas atributlarından sayılır. Təsadüfi deyil ki, tarixi mənbələrdə də dövlət qurulan kimi ilk atılan addımlardan biri kimi milli pulların dövriyyəyə buraxılması vurğulanır.

İlk müstəqil Azərbaycan dövlətinin qurucusu Şah İsmayıl Xətainin gəlişi ilə dövriyyəyə şiəlik simvolları olan pullar buraxılır. Pul islahatı imami şiəliyin təbliği və onun dövlətdə hökmran mövqeyinin möhkəmləndiriləsi məqsədinə də xidmət edirdi. O dövrün pul vahidi abbası, tümən və şahı idi. Ümumilikdə, Səfəvi dövləti adından 70-dən çox şəhərdə pul kəsilib. O illərdən dövrümüzə qədər 200-dək gümüş sikkə gəlib çatıb. Bir qızıl sikkə də var ki, I Şah İsmayılın adından Təbriz şəhərində kəsilib. Bu qızıl pul “Əşrəfi” adlanır, çəkisi 3,5 qramdır.

Azərbaycan numizmatikası əsasında milli dövlətçilik tariximizin öyrənilməsində bu eksponatların böyük tarixi əhəmiyyəti var. Pul dövrünün tarixi mənzərəsini əks etdirən atributlardan sayılır. Milli manatımızın necə yarandığını araşdırmaqla o mənzərəyə də diqqət edək.

 

Müstəqillikdən sonrakı manat

 

Azərbaycanın milli valyutası – manatın dövriyyəyə buraxılmasından 26 il ötür. Hazırda istifadə etdiyimiz müstəqil Azərbaycan Respublikasının manatı 1992-ci ilin avqustun 15-də dövriyyəyə buraxılıb. O zaman 1, 10 və 250 manatlıq əskinaslar dövrüəyyə Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci il tarixli “Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında” Fərmanına müvafiq olaraq buraxılıb. Bəs, Azərbaycanın puemissiyasının tarixivaxtdan başlayır? Axə müstəqillikdən öncə də pullarımız olub.

 

İlk seriya milli valyutanın tarixi

 

Azərbaycan Mərkəzi Bankına istinadən bildiririk ki, müsəlman dünyasında ilk demokratik dövlət olan Azərbaycan Cümhuriyyətinin – Azərbaycan Demokratik Respublikasının ilk müstəqil pul emissiyasının tarixi 1919-cu ilin əvvəlində tədavülə buraxılan 25, 50, 100 və 250 manatlıq əskinaslarla başlayır. Əskinasın üz tərəfində Cümhuriyyət, arxa tərəfində isə rus dilində «Àçåðáàéäæàíñêàÿ Ðåñïóáëèêà» ifadələri, əskinasın nominal dəyəri və buraxıldığı tarix göstərilib.

1919-1920-ci illərdə buraxılmış pul vahidlərinin adları Azərbaycan dilində manatla, rus dilində isə rubl ilə verilib. Burada əsas məqsəd uzun illər işlədilən və hələ də dövriyyədə qalan Rusiya pul nişanlarına öyrəşən əhalinin tədricən yeni milli pul vahidinə inamının artırılması idi. Eyni zamanda, Azərbaycan Cümhuriyyətinin bu sahədəki iqtisadi siyasəti milli valyuta – manatın beynəlxalq miqyasda tanınması ilə bağlı olub. Məhz buna görə də Fransa hökumətinin dəstəyini hiss edərək (qismən də fransız dilinin beynəlxalq dil olduğunu nəzərə alaraq), Cümhuriyyət 500 manatlıq əskinasların üzərində respublikanın və nominalın adlarını fransız dilində də verməyi lazım bilmişdi.

 

Sovet Azərbaycanın pulları

 

Azərbaycanda ikinci pul emissiyası 1920-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının (ASSR) adından dövriyyəyə buraxılıb. Bu emissiya çərçivəsində birinci əskinas – 1.000 rubl (böyük formatda), sonra isə 5 (2 variantda), 100 (2 variantda) və 1.000 (kiçik formatda) manatlıq, 1921-ci ildə isə yeni dizaynla dörd yeni nominal – 5.000, 10.000, 25.000 (2 variantda) və 50.000 manatlıq əskinaslar tədavülə buraxılıb.

1921-ci ildən başlayan iqtisadi böhran nəticəsində 1922-ci ildə 3 yeni əskinas – 100.000 (3 variantda), 250.000 (2 variantda) və 1.000.000 (2 variantda) manatlıq əskinaslar, 1923-cü ilin əvvəlində isə 5.000.000 manat nominallı pul nişanı dövriyyəyə buraxılıb.

Azərbaycan Sovet Sosialist Respublikasının 1920-23-cü illərdə həyata keçirdiyi emissiyasının əskinaslarının üzərində onların dəyəri Azərbaycan dilində manatla, rusca isə rublla göstərilmişdi. Bütün əskinaslarda dövlət atributlarının elementləri – “ayparaulduz”, “oraq və çəkic” təsvir edilmiş, üzərində buraxdığı tarix əks olunmuşdu. Çap prosesində su nişanları yalnız bir neçə nominalda – 25.000, 100.000, 250.000 və 1.000.000 manatlıq əskinaslarda istifadə edilmişdi.

1923-24-cü illər ərzində Azərbaycan ərazisində Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının (ZSFSR) 4 pul emissiyası olmuşdur ki, 1-ci buraxılışa 5.000, 10.000, 50.000, 100.000, 250.000, 500.000, və 1.000.000 rublluq, 2-ci buraxılışa 500, 10.000, 50.000, 100.000, 250.000, 500.000, 1.000.000, 5.000.000 və 10.000.000 rublluq, 3-cü buraxılışa 10.000, 25.000, 50.000, 100.000, 250.000, 500.000, 1.000.000, 5.000.000 və 10.000.000 rublluq nominallar daxildir.

1922-1923-cü illərdə Cənubi Qafqaz respublikalarında güclənən təsərrüfat böhranı və inflyasiya nəticəsində, 1924-cü ilin əvvəlində ZSFSR hökumətinin qərarı ilə tədavülə 25, 50, 75, 100, 250 milyon və 1 milyard rublluq əskinaslar buraxılıb.

Bu dövrdə ZSFSR-in pul təsərrüfatı dövriyyəyə dünya pul tədavülü tarixində yalnız bir dəfə 10 milyard nominallı əskinas buraxması ilə xarakterikdir.

ZSFSR pul vahidləri Azərbaycan, Gürcüstan və Ermənistanda dövriyyədə olub. Bu üç respublika arasında iqtisadi durum Azərbaycanda yüksək olduğundan Azərbaycan manatı – ZSFSR rublundan dəyərli idi.

Zaqafqaziya Federasiyasının bütün 4 emissiyasının əskinaslarının dizaynı eyni tərzdə yerinə yetirilib. Belə ki, əskinasların üz tərəfində mərkəzdə Tiflisdə yerləşən ZSFSR-in Mərkəzi İcraiyyə Komitəsinin binası, arxa tərəfdə isə ulduz içərisində aypara, oraq və çəkic təsvirləri verilib. Bütün əskinasların üzərində buraxıldığı tarix göstərilib. 1 və 10 milyardlıq əskinasların arxa tərəfində qadın təsviri və onun yanında isə taxıl, meyvə və tərəvəz təsvirləri verilib.

1923-cü ildə SSRİ Dövlət Bankı yaradıldı və onun Bakı filialı açıldı, bununla da Azərbaycanın bank sistemi Moskvadan idarə olunmağa başlandı. 1936-cı ildə SSRİ-nin qəbul edilmiş Konstitusiyasına əsasən Azərbaycan SSRİ-nin tərkibinə daxil oldu. SSRİ Dövlət Bankının Azərbaycan filialı 1991-ci ilədək fəaliyyət göstərdi və SSRİ məkanında vahid valyuta funksiyasını sovet rublu həyata keçirdi. SSRİ dövründə İttifaqa daxil olan digər respublikalar kimi Azərbaycanda da nağd pul dövriyyəsinin təşkili mərkəzləşdirilmiş qaydada həyata keçirilirdi.

1936-cı ildə qəbul edilmiş Konstitusiya aktına görə, Dövlət gerbində 11 respublikanın adının göstərilməsilə əlaqədar olaraq tədavülə buraxılan əskinaslarda dövlətin adı və pulun nominalı 11 dildə göstərilib. Əskinaslar dövriyyədə 1947-ci il pul islahatlarına qədər qalıb.

Sovet dövründə 3 pul islahatı (1947, 1961, 1991) həyata keçirilib. Sonuncu, 1991-ci ildə həyata keçirilən pul islahatı əhalinin yaddaşlarında “Pavlov islahatı” kimi qalıb. O vaxt 50 və 100 rublluq əskinaslar dövriyyədən üç gün müddətində çıxarıldı.

SSRİ dövründə ən üzunmüddətli tədavüldə olan pul nişanları 1961-ci il islahatlarından sonra dövriyyəyə buraxılan 1, 3, 5 rubl dəyərində SSRİ Dövlət Xəzinədarlıq biletləri və 10, 25, 50 və 100 rubl dəyərində SSRİ Dövlət Bankının biletləri olub.

Bununla yanaşı, 1961-ci ildə dövriyyəyə yeni dizaynla 1, 2, 3, 5, 10, 15, 20, 50 qəpik və 1 rubl dəyərində sikkələr buraxılıb.

 

Müstəqil Azərbaycanın milli pul nişanları - AZM

 

Azərbaycanın XX əsrin sonunda müstəqillik əldə etməsi suveren dövlətin mühüm atributlarından biri sayılan milli valyutanın dövriyyəyə buraxılmasını şərtləndirdi. Belə ki, ölkədə pul tədavülünün yaradılmasının və təşkil edilməsinin əsası, Azərbaycan Respublikası Prezidentinin 11 fevral 1992-ci il tarixli “Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında” Fərmanı ilə Milli Bankın yaradılması və Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci il tarixli “Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında” Fərmanına müvafiq olaraq milli valyutanın dövriyyəyə buraxılması ilə qoyulub.

Bununla əlaqədar olaraq, 1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq əskinaslar, noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrında 5 manatlıq əskinas, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manat nominallı kağız əskinaslar dövriyyəyə buraxıldı. Azərbaycan Respublikasının 1-ci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilib. Yeni dizaynla 1 və 10 manatlıq əskinaslar həmin şirkətdə istehsal olunub.

1992-ci ilin avqustundan 1994-cü ilin yanvarınadək manat Azərbaycan ərazisində 1 manat : 10 rubl nisbətində rubllar ilə paralel olaraq dövriyyədə ödəniş vasitəsi kimi istifadə olunurdu. Həmin dövrdə Mərkəzi Bank tərəfindən müstəqil pul siyasətinin yeridilməsinə şərait yaratmaq üçün manatın ölkə ərazisində yeganə ödəniş vasitəsi olmasının təsbit edilməsi zərurətə çevrilmişdi.

Prezidentin 11 dekabr 1993-cü il tarixli “Azərbaycan Respublikası milli valyutasının respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında” Fərmanı ilə manatın dövriyyədə yeganə ödəniş vasitəsi olması təsbit edildi və Azərbaycanın rubl zonasından çıxması təmin edildi. Bununla da Mərkəzi Bank müstəqil pul və məzənnə siyasəti həyata keçirmək imkanı əldə etdi ki, bu siyasətin də müsbət nəticələri qısa müddətdə ölkə iqtisadiyyatının inkişafina öz tövhəsini verdi.

 

Manatdan başqası qadağandır

 

Ölkə ərazisində manatın yeganə ödəniş vasitəsi olması 1995-ci ilin noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə keçirilmiş referendumda qəbul olunmuş Konstitusiya aktı ilə bir daha öz təsdiqini tapdı. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının pul vahidinin manat olduğu müəyyən edilib və ölkə ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan edilib. Bütün bunlar manatın məzənnəsinin sabitləşməsi və möhkəmlənməsi, onun, sözün əsl mənasında, milli valyutaya çevrilməsi üçün münbit şərait yaratdı.

Milli Bank tərəfindən ölkədə nağd pul dövriyyəsinin nizamlanması, nağd pula olan tələbatın optimallaşdırılması məqsədilə 1994-cü ildə 10.000 manatlıq, 1996-cı ildə isə 50.000 manatlıq əskinaslar çap etdirilərək dövriyyəyə buraxıldı.

1994-cü ildə AlmaniyadaGiesecke & Devrient” şirkəti tərəfindən istehsal edilən 10.000 manatlıq əskinasın üzərində “Şirvanşahlarkompleksinin ümumi görünüşü, arxa tərəfində isə ənənəvi olaraq milli ornamentlə haşiyələnmiş çərçivədə həm rəqəmlə, həm də söz ilə nominal verilib.

İngiltərənin “De La Rue” şirkəti tərəfindən çap edilən 50.000 manat dəyərində əskinaslar 1996-cı ildən dövriyyəyə buraxılıb və bu pul vahidinin üzərində orjinal üslubda Naxçıvanda olan memarlıq abidəsi – “Mömünə Xatun türbəsi”, arxa hissəsində isə ənənəvi olaraq milli ornamentlə haşiyələnmiş çərçivədə nominalın dəyəri həm rəqəmlə, həm də sözlə verilib.

İngiltərədə 2001-ci ildə “De La Rue” şirkəti tərəfindən yeni dizaynla 1000 manat dəyərində əskinas buraxılıb. Bu əskinas Azərbaycanda neftin çıxarılması və istehsal edilməsinə həsr edilib. Əskinasın dizaynında ənənəvi çərçivələr və ornamentlər istifadə edilib.

Ümumikdə, Azərbaycan Respublikasının Milli Bankı tərəfindən ölkə iqtisadiyyatının nağd pula olan tələbatının ödənilməsi məqsədilə 1992-2005-ci illər ərzində 5 trilyon 238 milyard manat həcmində 692,5 milyon ədəd əskinas istehsal olunaraq dövriyyəyə buraxılıb. Köhnə nominallı pul nişanları 2006-cı ilin sonuna qədər tədavüldə olubdenominasiya çərçivəsində dövriyyədən geri yığılıb.

 

Ən yeni milli pul - AZN

 

Prezident 7 fevral 2005-ci il tarixdə “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərman imzalayır.

Fərmana uyğun olaraq, 2006-cı il yanvarın 1-dən etibarən yeni manata keçidlə əlaqədar 1 yeni manat AZN 5000 köhnə AZM-ə bərabər tutuldu. AZM və AZN-in birgə 1 il ərzində – 2006-cı ildə dövriyyədə oldu və yalnız 2007-ci il yanvarın 1-dən isə yeni manata tam keçid təmin edildi. Lakin AZM-lərin AZN-lərə dəyişdirilməsi prosesinə heç bir məhdudiyyət qoyulmadı və hazırda da bu proses xırda həcmdə olsa da davam etməkdədir.

Dövriyyəyə buraxılan yeni manat 1, 5, 10, 20, 50, 100 ekvivalentində olan əskinaslar və 1, 3, 5, 10, 20, 50 metal pul nişanlarından ibarət oldu.

Denominasiya prosesində tədavülə yeni nəsil pul nişanlarının buraxılmasının əsas məqsədi manatın nominal məzənnəsinin dünyanın aparıcı valyutaların məzənnələrinə uyğun formalaşdırmaq, milli pul nuşanları dizaynını, mühafizəsini, nominal strukturunu beynəlxalq standartlara uyğunlaşdırmaq, məzənnə və qiymətlər miqyasını optimallaşdırmaq, uçothesablaşma sistemini sadələşdirməkdən ibarət idi. Bununla yanaşı, yeni nəsil pul nişanlarına keçid pul nişanlarında millitarixçilik ənənələrini daha qabarıq ifadə edilməsini, ölkədə pul dövriyyəsini yaxşılaşdırılmasını, o cümlədən nağd pulun istehsalı, daşınması, saxlanması və emalı ilə bağlı dövlət xərclərinə qənaət edilməsini təmin etdi.

Azərbaycanın yeni nəsil əskinas və sikkələrin dizaynları vahid konsepsiya əsasında hazırlandı. Yeni pulların dizayn mövzusu “Müstəqil Azərbaycan” müəyyən edildi.

Mərkəzi Bankın məlumatına görə, milli pulun yeni dizaynı dünyada ən yeni cərəyanları və “vahid ailə” prinsipi nəzərə alınmaqla hazırlanıb.

Müsabiqədə iştirak edən şirkətlərdən Avstriyanın “OeBS” şirkətinin dizayneri, Avro əskinaslarının dizayn müsabiqəsinin qalibiAvronun müəllifi cənab Robert Kalinanın hazırladığı eskizlər tələb və gözləntilərə cavab verdiyindən qalib seçilib.

Dizaynların hazırlanmasında və ideyaların ifadə olunmasında modern qrafik üsulu əsas götürülüb, Azərbaycanın bütün sahələrdə müstəqilliyi, inkişafı və Avropa ailəsinə inteqrasiyası təzahür edib.

Yeni nəsil pul nişanlarının texniki parametrləri isə İsveçrə Milli Bankının texniki dəstəyi ilə hazırlanıb. Pul nişanlarının keyfiyyəti ən yüksək beynəlxalq standartlara müvafiq və aparıcı ölkələrin pul vahidləri ilə müqayisə olunan səviyyədə müəyyən edilib. Belə ki, pul nişanlarının istehsalı İSO tələblərinə uyğun olaraq həyata keçirilib, həm istehsal, həm də istehsaldan sonra əskinasların keyfiyyəti xüsusi avtomatik avadanlıqlarla tək-tək yoxlanılıb.

Bir neçə gün əvvəl isə yeni əskinasın – 200 manatlığın təqdimat mərasimi keçirildi. Məhdud sayda dövriyyəyə buraxılması nəzərdə tutulan 200-lüklər ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibəti ilə dövriyyəyə buraxılıb.

 

“Hamı istəyirdi ki, pulda öz yerlisinin şəkli olsun

 

Manatın ən maraqlı və yaddaqalan dövrü müstəqilliyin ilk illəri olub desək, yanılmarıq. Bu dövr manatı üzərindəki rəsmlərlə adlandırıldığı dönəm kimi yaddaşlarda iz qoydu. Üzərində cümhuriyyətin banisi Məhəmməd Əmin Rəsulzadənin şəkli olduğuna görə 1000 manatlıq əskinas “məmməd”, Nizami Gəncəvinin rəsmi olan 500 manatlıq isə “nizami” adlandırılırdı. Beləliklə, təsvirlərə uyğun olaraq “qız qalası”, “şirvan” yarandı və həmin pullar dövriyyədən çıxarılandək bu cür də adlandırıldı.

Təsvirlərin ideyasının haradan qaynaqlandığı da maraqlıdır. Niyə məhz Nizami Gəncəvi və yaxud Məhəmməd Əmin Rəsulzadənin şəkli?

Sualın cavabını 1992-ci ildə dövriyyəyə buraxılan manatın eskizlərini hazırlayan xalçaçı rəssam Eldar Mikayılzadənin özündən eşidək: “O zaman müsabiqə keçirildi və mənim eskizlərim qəbul edildi. Bununla da o vaxtkı Baş nazir Həsən Həsənovun yanına dəvət olundumilk manatların hazırlanması mənə həvalə edildi.

Azərbaycan xalqını dünyada tanıdan, ruhunun daşıyıcısı olan xalça sənətidir. Mən də onun üzərində kökləndim. İlk eskizlər tamam başqa cür idi, 7 nominantda işlənmişdi. Azərbaycanın hər bölgəsinin böyük şəxsiyyətlərinin portretləri hazırlanmışdı, mədəni abidələrindən, florasından, faunasından nümunələr vardı. Sonra bəzi hadisələr baş verdi, həmin eskizlər çapa hazır olsa da, proses dayandırıldı. Ölkədə dəyişiklik oldu. Çap olunmağa bir ay qalmış həmin eskizlər Parisdə tələsik yenidən işlənildi. Onda hər həftə əhval-ruhiyyə dəyişirdi, münasibət dəyişirdi. İş 1991-ci ildən başlanmışdı, onda Ayaz Mütəllibov idi prezident. İlk manatın nümunələri də onun vaxtında gəlməli idi. Amma rəhmətlik Elçibəy prezident olanda pul dövriyyəyə buraxıldı”.

Şəxsiyyətlərin seçiminə gəlincə, rəssam deyir ki, hər bölgədən olan tanınmışların rəsmini hazırlanmışdı: “Şəkidən Mirzə Fətəli Axundov, Qarabağdan Üzeyir Hacıbəyov, Bakıdan, Gəncədən, Şirvandan... Amma sonradan həmin 7 nəfərdən ikisinin üzərində dayandılar: Nizami Gəncəvi və Məmməd Əmin Rəsulzadə. Bu artıq həm siyasi, həm də maliyyə ilə bağlı məsələydi. O vaxt Azərbaycanın maliyyə durumu o qədər yaxşı deyildi. Pul çapı da baha başa gəlir. Hər dəyişiklik olduqca böyük pul itkilərinə səbəb olurdu. Ona görə məcbur oldular portretlərdən, naxışlardan, rəng çeşidlərindən azaltdılar. Amma keçmiş SSRİ məkanında ilk dəfə biz milli pul buraxdıq. Bu, böyük hadisə idi. Ona görə, bu şeylərə fikir vermirdik, deyirdik ki, portret azaldı, rəng azaldı, eybi yox, təki pul çıxsın. Amma bu ikisiböyük şəxsiyyət idi. Biri dövlətçilik, o biri ruhaniyyat rəmzi idi, ona görə Rəsulzadə ilə Nizami Gəncəvinin şəkilləri qaldı. Əlbəttə, hamı istəyirdi ki, pulda öz yerlisinin şəkli olsun. Pul çapa gedirdi 1000 manatlığın üzərində Nizami Gəncəvinin, 500 manatlıqda isə Məmməd Əmin Rəsulzadənin şəkli olmalı idi. Parisdə idim, mənə zəng vurdular ki, geri qayıt. Dedilər ki, niyə Rəsulzadə 500 manatlığın üstündədir, axı o dövlətçilik baxımdan daha böyük adamdır. Mən dedim ki, şəxsiyyət nə qədər böyük olursa, rəsmini də o qədər kiçik pula həkk edirlər. Məsələn, Corc Vaşinqton kimi - 1 dollar 1 milyon buraxılır, 100 dollar min dənə. Razılşmadılar. Dedilər ki, yox, Rəsulzadənin şəkli 1000 manatda olmalıdır. Dəyişdik biz ”.

Gerbdəki dəyişikliyə gəlincə, E.Mikayılzadə bunları deyir: “Gerb o vaxtdan qalmadır. Sadəcə içində alov çəkilmişdi, mən orda alovun yerinə Allah yazdım. Heç kim bilmirdi, demədik . Bir nəfərə dedim, o da dedi ki, səsə salma. Çünki Ali Sovetin hamısı kommunistlər idi, başım ağrıyardı. O formada təsadüfən keçdi. İndi çox adam bilmir ki, orda Allah yazılıb...”

Beləliklə, bir "nizami"nin dəyərini, bir "məmməd"in bərəkətini, bir "şirvan"ın sevincini bir "Manat"ın qürurunu 26 ildir ki, unutmuruq.

 

Naibə Qurbanova

 

Həftə içi.- 2018.- 16-20 avqust.- S.1; 5.