Dilimizi sevək
və qoruyaq!
Ümummilli liderimiz Heydər Əliyevin qeyd etdiyi kimi,
hər bir xalqın dili onun milli sərvətidir.
Dil xalqın mövcudluğunun
əsas göstəricilərindən biridir. Buna görə də
hər bir xalqın ana dili onun qürur
mənbəyidir. Ana dilimiz
də dövlət rəmzlərimiz olan gerbimiz, bayrağımız,
himnimiz kimi müqəddəsdir.
Azərbaycan dili zəngin və ahənginə görə qeyri-adi gözəlliyə malik bir dildir. Əcdadlarımızın
bizə miras qoyub getdikləri bayatılarımızdan,
nağıllarımızdan, laylalarımızdan, dastanlarımızdan,
bizə gəlib çatan qədim abidələrimizdən başlayaraq,
İ.Nəsimi,
Ş.İ.Xətai, M.Füzuli, M.P.Vaqif, M.F.Axundzadə, S.Vurğun kimi dahi yazıçılarımızın yaradıcılığı dilimizin
zənginliyinə sübutdur.
Müstəqillik illərində Azərbaycan
dili tarixinin öyrənilməsi, tədqiqatı
geniş vüsət almışdır. Dilimizin inkişaf etdirilməsi
ilə bağlı müxtəlif tarixlərdə
bir sıra addımlar atılmışdır.
1921-ci ildə ərəb əlifbasını daha uyğun bir əlifba ilə əvəz etmək məqsədilə Əlifba
komitəsi yaradıldı
və həmin komitəyə Azərbaycan
dili üçün latın qrafikalı
əlifba tərtib etmək tapşırıldı.
Bir qədər sonra isə yeni əlifbaya
keçildi.
1926-cı ildə Bakıda
birinci beynəlxalq türkoloji qurultay çağırıldı. Bu, türk dünyası üçün
böyük tarixi əhəmiyyəti olan hadisə idi.
1939-cu ildə latın
qrafikalı əlifbadan
kiril qrafikası əsasında yaradılmış
yeni Azərbaycan yazısına qəti və məcburi keçmək haqqında qərar verildi.
1995-ci il noyabrın 12-də isə müstəqil
dövlətimizin Konstitusiyasında
Azərbaycan dili dövlət dili kimi öz təsdiqini
tapdı. Konstitusiyanın
21-ci bəndində belə
deyilir: “Azərbaycan Respublikasının dövlət
dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan
dilinin inkişafını
təmin etməlidir.”
2018-ci il noyabrın 1-də
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev “Azərbaycan dilinin saflığının
qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında”
imzaladığı Fərman
dilimizin, onun tarixinin, mənşəyinin
öyrənilməsinə daha
çox diqqət yetirilməsi məsələləri
öz əksini tapmışdır.
Bakı Slavyan
Universitetinin
dosenti Firuzə Kərimova “İki sahil” ə mövzu ilə bağlı açıqlamasında
bildirdi ki, dilimiz çox zəngin dildir. Bunu əcdadlarımızın
yaradıcılığında görmək mümkündür: “Yazıçı
və şairlərimizin müxtəlif janrlarda yazdığı əsərlər
dilimizin zənginliyinin
sübutudur. Dilimiz tarixi boyunca müxtəlif dəyişikliklərə
məruz qalmışdır.
Bu dəyişikliklərə
baxmayaraq müstəqil
dövlətimiz dilimizin saflığının
qorunması üçün
ciddi addımlar atır və müsbət nəticələr
görür. Dövlətimizlə
yanaşı
biz də dilimizin saflığını
qoruyub saxlamalıyıq.
Bunun üçün yazılı və şifahi dilimizdə müəyyən
qaydalara əməl etməliyik. Müasir dövrümüzdə sosial şəbəkələrdən
istifadədə virtual
məkanda, radio və televiziyada, mətbuatda və dövlət idarələrində dilimizdən
istifadə edərkən, həmçinin dilimizin saflığının qorunması
da düşündürücü məqamlardan biridir. Bunun üçün də biz doğma
dilimizin qrammatik, leksik qaydalarına riayət edərək ondan istifadə etməliyik ki, doğma dilimizin saflığı pozulmasın.
Biz ana dilimiz
olan Azərbaycan dilinə qayğı göstərməli, onu sevməli və qorumalıyıq.”
Röya Rasimqızı
İki sahil.- 2018.-14 dekabr.- S.11