Vyanada Fərhad Bədəlbəylinin yubiley konserti olub

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti, professor Fərhad Bədəlbəylinin 70 illiyi münasibətilə Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində görkəmli musiqiçinin yubiley konserti olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova yubilyarın həyat yaradıcılığından söz açıb. Qeyd edilib ki, Fərhad Bədəlbəyli soykökü fəaliyyətinin əsas mərkəzi Qarabağla sıx bağlı olan böyük yaradıcı nəslin davamçısıdır. Ötən əsrlərdə Cənubi Qafqazın musiqi mədəniyyət diyarı olan Qarabağ onun Şuşa şəhəri Azərbaycan incəsənəti musiqisi tarixində silinməz iz qoymuş görkəmli şəxsiyyətlər yetirib. Onların sırasında Bədəlbəyli nəsli önəmli yer tutur. L.Qasımova bildirib ki, Fərhad Bədəlbəylinin babası Bədəl bəy görkəmli pedaqoq maarifçi, əmisi Əfrasiyab Bədəlbəyli bəstəkar dirijor, atası Şəmsi Bədəlbəyli isə tanınmış rejissor aktyor olub. Belə bir yaradıcı mühitdə dünyaya göz açan Fərhad Bədəlbəyli həyatını musiqi aləmi ilə sıx bağlayıb. Hələ gənc yaşlarından beynəlxalq musiqi festivallarında uğurla çıxış edən Fərhad Bədəlbəyli ifaçılıqla yanaşı, bir çox musiqi əsərləri bəstələyib. 1991-ci ildən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına rektorluq edən, eləcə pedaqoji fəaliyyətlə məşğul olan görkəmli musiqiçi Azərbaycanın mədəni-ictimai həyatında xüsusi çəkiyə malik şəxsiyyətdir. Qəbələ Beynəlxalq Musiqi Festivalının dünya miqyasında tanınan mədəni tədbirə çevrilməsində Fərhad Bədəlbəylinin xidməti böyükdür.

Sonra yubilyar Fərhad Bədəlbəyli M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq Artisti Murad Adıgözəlzadə ilə eyni səhnəni bölüşüb. İki fortepianoorkestr üçün konsert”də musiqiçiləri Vyana Kamera Orkestri müşayiət edib. Həmçinin İ.S.Baxın “İki fortepiano üçün konsert” və S.Raxmaninovunİki fortepiano üçün 2 nömrəli süita” əsərləri ifa edilib. Tamaşaçıların sürəkli alqışları ilə keçən konsertdə Fərhad Bədəlbəylinin “Dəniz” və Tofiq Quliyevin “Qaytağı” əsərləri də səsləndirilib.

 

Həftə içi.- 2018.- 2 fevral.- S.8.