Bişkekdə Qara Qarayevin
100 illiyi qeyd olunacaq
Bakı, 1 fevral, SalamNews. Azərbaycanın
Qırğızıstandakı səfirliyi bu ölkənin Mədəniyyət,
İnformasiya və Turizm Nazirliyi ilə birgə fevralın 8-də Bişkekdəki
Abdılas Maldıbayev
adına Milli Akademik Opera və Balet teatrında görkəmli Azərbaycan
bəstəkarı Qara
Qarayevin anadan olmasının 100 illiyi münasibətilə xatirə
gecəsi və qala-konsert keçirəcək.
Xatirə gecəsində Qırğızıstan
hökumət üzvləri,
deputatlar, xarici dövlətlərin bu ölkədəki səfirləri,
beynəlxalq təşkilatların
rəhbərləri, görkəmli
ziyalılar, elm, mədəniyyət,
incəsənət xadimləri,
ictimaiyyətin tanınmış
təmsilçiləri, soydaşlarımız
iştirak edəcəklər.
Qala-konsertdə Qırğızıstanın
Əməkdar artistləri
Asel Bekbayeva, Bakıt İbıkeyev, Milli Akademik Opera və Balet Teatrının
solisti Almaz İstambayev, həmçinin
digər populyar opera solistləri, ölkəmizdən
isə Azərbaycanın
Xalq Artisti, professor Azər Zeynalov, Əməkdar Artist Afaq Abbasova iştirak edəcəklər.
Gecədə ifaçıları
Azərbaycanın Xalq
Artisti, professor Yalçın
Adıgözəlovun rəhbərliyi
ilə Qırğızıstanın
A.Cumaxmatov adına
Akademik simfonik orkestri müşayiət edəcək.
Qala-konsertin baş rejissoru İsgəndər Saatbayevdir.
Həftə içi.- 2018.- 2 fevral.- S.8.