Yeni qaydalara görə heç
kəs pasportunu, şəxsiyyət vəsiqəsini
dəyişməyəcək
Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) vitse-prezidenti, AMEA Orfoqrafiya
Komissiyasının sədr
müavini, akademik İsa Həbibbəylinin orfoqrafiya qaydalarına edilən son dəyişikliklərlə
bağlı Trend-ə müsahibəsi
- Yeni
orfoqrafiya qaydaları ilə bağlı müzakirələr nə
zamanadək davam edəcək?
- AMEA Orfoqrafiya Komissiyası hələ ki, müzakirələrin başa çatması haqqında hər hansı qərar qəbul etməyib. Amma mətbuatdakı, sosial şəbəkələrdəki məlumatlardan görünür
ki, cəmiyyətin demək olar ki, bütün üzvləri orfoqrafiya qaydalarına öz münasibətlərini bidiriblər.
Bu məsələ demək olar ki, gündəmdən düşüb. Ona görə
də biz Orfoqrafiya Komissiyasının iclasına
yığışaraq müzakirələrin
dayanması haqqında
qərar qəbul edəcəyik. Bu günlərdə yəqin
ki, müzakirə prosesinin dayandığını
elan edəcəyik.
Dilçilik İnstitutu ilə
Orfoqrafiya Komissiyasının
birgə yaratdığı
işçi qrup hələ müzakirələr
bitməmiş daxil olan çoxsaylı məlumatların təhlili
ilə məşğul
olmağa başlayıb.
Orfoqrafiya qaydalarının müzakirəsi dayandıqdan
sonra isə işçi qrup tam gücü ilə təhlil işləri ilə məşğul olacaq. İşçi qrup mətbuatda
indiyədək səslənən
məlumatların statistikasını
toplayaraq onların hər bir ilə
bağlı təhlil
aparacaq. Bu da çox vaxt
tələb edən məsələdir. Bu işə 1 aydan çox vaxt lazım olacaq. İctimaiyyətə də bildirmək
istəyirəm ki, bu təkliflər də dilçi alimlərin dəyərləndirməsindən
sonra müzakirə olunacaq. Ola bilsin
ki, Orfoqrafiya Komissiyası işçi
qrupun təhlil etdiyi məlumatları bir yox, bir
neçə iclasda müzakirə edərək
qərar qəbul etsin. Bu, tale yüklü məsələdir.
Mən bu müzakirələrin aparılmasında maraqlı
olan tərəflərə
də bildirmək istəyirəm ki, biz dili yox, qaydaları
müzakirə edirik.
Bu qaydalar indiyədək
bir neçə dəfə müzakirə
edilib. Hələ sovet dövründə
Orfoqrafiya Komissiyası
102 sözün yazılışının
dəyişdirilməsi barədə
qərar qəbul edib.
- Orfoqrafiya Komissiyasına
yeni qaydalarla bağlı hansı təkliflər daxil olub?
- Komissiyaya 300-dən
çox təklif daxil olub və
yeni təkliflərin daxil olması davam edir. Orfoqrafiya Komissiyası
kollegial şəkildə
qərar qəbul etdikdən sonra bu təkliflər cəmiyyətə açıqlanacaq.
Biz orfoqrafiya qaydalarının
69 maddədən ibarət
olmasını təklif
etmişik. Amma gələn
rəylər arasında
bizim düşünmədiyimiz
yeni qaydaların əlavə edilməsi də təklif olunur. Komissiya bunlara da baxacaq.
- Bildirmişdiniz
ki, bəzi sözlərin - "İsgəndər",
"əsgər", "alqı-satqı" kimi sözlərin yazılış
qaydası dəyişdirilməyə
bilər. Belə sözlərin sayının
artması mümkündür?
- Bununla bağlı özbaşına
qərar qəbul etmirəm. Təklifləri açıqlamaqla komissiyanın işinə
müdaxilə etmək
istəmirəm. Amma
gələn rəylərdən
görürəm ki, adi vətəndaşlar, mütəxəssislər "İsgəndər",
"əsgər" kimi
sözlərdə "g"nın saxlanmasının
tərəfdarıdırlar. "Alqı-satqı" sözündə
də hər iki "q"nın
qalması təklif edilir. Bu sözləri
zorla dəyişmək
olmaz. Hesab edirəm ki, komissiya "alqı-satqı",
"İsgəndər", "əsgər" sözlərində
dəyişikliyin olunmamasını
qəbul edə bilər. Çünki çoxluq - həm
mütəxəssislər, həm də sadə vətəndaşlar
bu cür istəyirlər. Bizim hazırladığımız
qərarlar mütləq
deyil ki, qəbul olunsun. Bu, qəbul olunmaya
da bilər. Ümumiyyətlə isə qaydalar
bizim tərəfdən
qəbul edilkdən sonra Nazirlər Kabineti tərəfindən
də təsdiqlənəcək.
- Yeni
qaydalar təsdiqləndikdən
sonra etibarlılıq
müddəti bitməyən
sənədlərin yenilənməsinə
ehtiyac olacaq?
- Qəbul olunacaq yeni qərarlar
əsasında indiyədək
sənədlərdə yazılmış
şəxs adları,
soyadlarla bağlı dəyişikliklər etməyə
ehtiyac yoxdur. Bu qaydalara görə
heç kəsin pasportunu, şəxsiyyət
vəsiqəsini dəyişməsinə
gərək yoxdur.
Adlar, soyadlar pasportda necə yazılıbsa, o cür də qəbul olunub. Hətta orfoqrafiya qaydaları təsdiqləndikdən sonra
da valideyn öz uşağına iki "y" sammiti olan ad qoya bilər.
Adlar, soyadlarla bağlı qayda belədir ki, onlar pasporta
necə yazılıbsa,
elə də qəbul edilməlidir.
Bunlar orfoqrafiya qaydalarına tabe deyil. Adlar, soyadlar subyektivdir, valideynlərin arzusuna bağlıdır. Ancaq arzu
edərdim ki, bundan sonra doğulan
uşaqlara yeni qaydalara uyğun adlar qoyulsun. Onu da deyim ki,
yazılışında düzəliş
etdiyimiz sözlərin
arasında adlar ya ümumiyyətlə yoxdur, ya da
onların sayı çox cüzidir.
Həftə içi.- 2018.- 13 fevral.- S.8.
- Əvvəki
orfoqrafiya qaydaları ilə yazılan, qaydalar təsdiqləndikdən
sonra təkrar nəşr olunacaq ədəbiyyatlarda sözlərin
yazılış forması
dəyişdiriləcək?
- Qəbul olunacaq qaydalar bundan sonrakı prosesə aiddir. Bundan əvvəl yazılan klassik ədəbiyyatların
təkrar nəşri
zamanı orada heç kəsin dəyişiklik etməyə
ixtiyarı yoxdur.
Bundan əvvəlki qaydalar da özündən sonrakı proseslərə
şamil olunub. Özündən əvvəlki ədəbiyyatların,
yazıçıların, klassiklərin dilini dəyişmək lazım
olmayıb. Heç kəsin
Nizaminin, Füzulinin dilini dəyişməyə
ixtiyarı yoxdur.
Bu məsələ digər yazıçılara
tam aid deyil. 1952-ci ildə qəbul olunan qaydalarda yazılıb ki, ilk səsi "p" ilə deyilən sözlər bundan sonra "b" ilə yazılsın.
Məsələn, bıçaq. Bu qaydaya qədərki
yazıçıların əsərlərinin
hamısında o, "p" ilə yazılıb.
Yazıçılar sözləri qaydalara
uyğun dəyişdirsələr,
bu, lap yaxşı olar. Dəyişdirməsələr, əvvəlki nəşrdə
necə varsa, elə də qalmalıdır.
Trend-in ən mühüm və maraql