Vilnüsdə Qara Qarayevin 100 illik yubileyi qeyd olunub

 

Litvanın paytaxtı Vilnüs şəhərində dahi bəstəkar Qara Qarayevin anadan olmasının 100 illiyinə həsr edilmiş konsert proqramı təşkil olunub.

Azərbaycanın Litvadakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən müvəqqəti işlər vəkili Atəş Qırxıyev dünya şöhrətli Azərbaycan bəstəkarının yubileyi dünyanın bir çox ölkələrində olduğu kimi Litvada qeyd edildiyini bildirib, ölməz bəstəkarın həyat yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verib.

Litva musiqi incəsənət Akademiyasının dosenti Yudita Leitaite Balys Dvarionas musiqi məktəbinin direktoru Laimute Ujkuraitienenin dəstəyi ilə təşkil olunan konsert proqramında məşhur bəstəkar Qara Qarayevin əsərləri ilə yanaşı Azərbaycan musiqi mahnı nümunələri səslənib. Dahi bəstəkarınAltı pyessilsiləsindənKiçik hekayə”, “Usandırıcı fikir”, “Dağlarda”, “Unundulmuş valshəmçininKiçik vals”, “Pavanaəsərləri, skripka fortepiano üçün sonatina, süita kantatalarından nümunələr Yuriyus Suxanovas (fortepiano) Yoris Yuşka (skripka), Fatima Sapranaviciute (skripka), Ulyana Cvirkaite (fortepiano), Kamilla Elqar Musayevlər (fortepiano), Birute Aseviçiute (fortepiano), Paulina Daukşite (skripka) tərəfindən məharətlə ifa edilib musiqisevərlər tərəfindən gurultulu alqışlarla qarşılanıb.

Konsertin aparıcısı Litvanın tanınmış müğənnisi Yudita Leitatite ustalıqla Azərbaycan Litva mahnılarını səsləndirib.

Dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərin Litvanın digər şəhərlərində keçirilməsi nəzərdə tutulur.

 

Həftə içi.- 2018.- 13 fevral.- S.7.