Poeziyamızın Loğmanı
“Bu gün
tanınmış şairlərimizin ruhları ölüb”
Ömrünün 55-ci baharını arxada qoyan Hacı Loğman Qorqud Babacanın 55 yaşı tamam olur. Xatırladaq ki, Hacı Loğman Məhəmməd oğlu Aşıq Ələsgərin doğulduğu qədim oğuz eli olan Göyçə mahalının Babacan kəndində dünyaya göz açıb. Misgil Abdalın şəcərəsindəndir. Altı kitab müəllifi, AYB-nin üzvü, “Qızıl Qələm “ mükafatı laueratıdır.
“Ədəbi düşüncə”nin budəfəki qonağı Hacı Loğman həyat yolundan danışdı. Bildirdi ki, Hacı Loğman Qorqud təxəllüsü ilə yazıb-yaradır: “Mən yaradıcılığımda ən çox fəlsəfəyə, həyat hikmətliyinə daha çox meyil edirəm. Hələ bu günə kimi elmə məlum olmayan “Dədə Qorqud” adının yaranma səbəbini mən araşdırdım. Diqqətə çatdırım ki, “Dədə Qorqud” və “Qurani-Kərim”i bütövlükdə oxudum. Və gördüm ki, Müqəddəs Kitabımız olan “Qurani-Kərim”dəki tayfa arasındakı mübahisə və müharibələr eyni ilə “Dədə Qorqud”da da var. Həzrəti Məhəmmədə gələn “Quran” ayələrində İslamın ehkamları ilə insanları qorxutmaqla Allaha, dinə inandırmağa çalışırdılar. Bununla da insanı haqqa, ədalətə dəvət edirdilər. “Dədə Qorqud” sözünün kökündə qorxutmaq durur. Bu isə Allahın vahidliyinə inanc, halal-haramlıq anlayışı, xeyirxahlıq missiyası daşıyırdı. “Qurani-Kərim”də buyrulur ki, Allahım, Adəmə hər şeyin adını öyrətdin. “Dədə Qorqud”da da eyni hadisələr baş verir. “Dədə Qorqud” sözünün mənası “Qorxudan Dədə” deməkdir. Allahın hikmətləri ilə insanları “Qorxudan Dədə” mənasındadır. Yəni “dədə” sözü Peyğəmbər sözü ilə eyni məna daşıyır. “Dədə” sözünü “dedi” sözü ilə də müqayisə etmək olar. Buradan da aydın şəkildə görünür ki, türkçülüyün ilk peyğəmbəri Dədə Qorquddur. Məsələn, Dərə Qorxut. Bir sözlə, Allahın hikmətləri ilə insanları qorxudaraq, haqq yoluna dəvət edir. “Dədə Qorqud” və “Qurani-Kərim” dəki adları fəlsəfi baxımdan loğman kimi araşdırıb, eyniləşdirdiyimə görə, “Hacı Loğman Qorqud” Təxəllüsünü mənə xalq verib. Unutmayaq ki, biz hamımız Qorqud övladlarıyıq”.
Hacı Loğman deyir ki, uşaqlıq illərindən musiqiyə böyük həvəsi olub. Onun sözlərinə görə, hələ 14 yaşından bir qarmon ifaçısı kimi, toylara, el şənliklərinə gedərmiş: “Ata və ana babam Göyçə elinin tanınmış aşıqları olub. Söz düşmüşkən deyim ki, ana babam İrəvan xanı Əhmədxanın nəslindəndir. Kökü gəlib Bayandur xana çıxır. Elə doğulduğum Babacan kəndinin kökündə də “bay”, “beycan” toponimi dayanır. Bu da “Dədə Qorqud”a gedib çıxır. Ola bilsin, bu kənd “Baybecan” adı ilə də bəlli ola bilər. Ancaq İranın hər vilayətində, Türkiyənin Van gölü ətrafında Babadəcan adlı kəndlər var. Bunlar bir daha əsas verir ki, bizim yurdlar eyni tayfanın törəmələridir. “Dədə Qorqud köklərinə bağlanan qədim türk elləridir. Bizdə poeziyaya həvəs kökümüzdən, nəsilliklə, irsən gəlir. Sazın-sözün içində böyümüşəm. Atam Məhəmməd kişi gözəl şair idi. Xatırladım ki, Azərbaycanın tanınmış el sənətkarları Aşıq İmran, Aşıq Əkbər, Aşıq Aydın, Borsunlu Məzahir, Aışq Rəsul, Qara Teymur, Aşıq Murad Niyazlı atamgilə gələr, uzun qış gecələrində sazlı-sözlü məclislər qurardılar. Bu məclislərdəki bir-birindən marasqlı deyişmələr bir uşaq kimi xəyalıma həkk olunaraq, məndə ədəbiyyata, poeziyaya böyük həvəs yaradırdı. Uşaq vaxtlarında xırda-para şeirlər yazsam da, əsl yaradıcılığa 2005-ci ildən Məkkəyə – Həcc ziyarətindən gələndən sonra, 42 yaşımda başladım. İlk “Gördüm” şeirini də elə Həcc ziyarətini edəndə yazdım. Həmin şeirin bir bəndində deyilir:
Quran bağçasında güzar eylədim,
Nəqşi-bərqərardı, peşəkar gördüm.
Yazdıran Xaliqdir, yazandır xilqət,
Gərdişi-dövranı səbəbkar gördüm.
Bu şeirdən
sonra, elə bil, Allahdan mənə
vergi verildi. Xatırladım
ki, Həcc ziyarəti zamanı şeytana daş atmağa gedəndə maraqlı bir hadisə baş verdi. Mən keçəndən
sonra körpü uçdu və 300-dən artıq zəvvar xəsarət aldı, hətta onların içərisində ölənlər
də var idi. Həmin gün şeytana
bir ovuc daş atdım. Onda məni İlahi hisslər, möcüzələr
bürüdü. Amma mən
daşı şeytana
yox, içimdəki şeytana atdım. Zəvvarlar elə bilirlər ki, daş atmaqla
şeytanları oradan
uzaqlaşdırırlar. Əksinə,
biz daş atmaqla içimizdəki şeytanı
özümüzdən uzaqlaşdırırıq.
Əslində, bu rəvayətlər
tarixi hadisələrdən
qaynaqlanır. Axşam gəlib
yatdım. Rəhmani yuxuda
gördüm ki, qarşıdan bir karvan gəlir. Mən də birinci dəvənin belində gedirəm. Amma karvanı milliyyətcə
bir ərəb olan sarvan müşayiət
edirdi. Biz bir çaydan keçdikdən
sonra, sarvan qayıdıb türk dilində dedi ki, çətini Fərat çayını
keçmək idi. İndi düşün, arxayın
namazınızı qılın.
Sarvan bir xalçanı yerə sərdi və onun üstündə
namaz qılan zaman Həcc yoldaşlarımın səsini
eşidib yuxudan ayıldım. Ertəsi gün
bu hadisədən təəssüratlanıb yuxarıda
qeyd etdiyim “Gördüm” şeirini yazdım”.
Hacı Loğman söyləyir ki, poeziya konkret
bir tarixi hadisəni, bir fəlsəfi fikri, həqiqəti əks etdirməlidir. Onun sözlərinə görə,
poeziya həqiqətin
güzgüsüdür: “Əlbəttə,
burada emosionallıq, insani hisslər də öz əksini tapır. Təəssüflər olsun ki, çağdaş poeziyamızın
mütaliələri çox
zəifdir. Buna da
əsas, önəmli
bir səbəb var. Müasir texnologiya inkişaf etdiyinə görə, müasir gənclərlə təbii
ünsiyyət tamamilə
kəsilib . Əsl poeziya isə
təbiətlə-insan arasındakı
münasibətdən yaranır.
Müasir gənclik təbiətdən
aralı düşdüyü
üçün o, metaforaları
görə bilmir.
İnsan
özü ilə təbiət arasındakı
eynilikləri dərk etmir və təşbehləri
görə bilmir.
Bu səbəbdən də onların yazdığı şeirlər
çox zəifdir.
Bu gün tanınmış
şairlərimizin əksəriyyətinin
poetik ruhları ölüb. Çünki
bunlar zəhmətlə
məşğul olmadıqlarından , hətta məhəbbət
mövzusunda yazdıqları
şeirlər zəif
və yeknəsəqdir.
Hamı məhəbbət şeiri
yazır, amma içində məhəbbət
yoxdur”.
Müsahibim Aşıq Ələsgər yaradıcılığında bu günə kimi sirli qalan tərəflərdən də söz açdı: “Hələ uşaqlıq illərində bizə gələn aşıqlar ən çox Aşıq Ələsgərə müraciət edirdilər. Aşıqların ifasında oxunuş mənə xoş gəlsə də, amma Aşıq Ələsgər sözünün dərinliyini və mənasını başa dümürdük. Heç kəs Aşıq Ələsgər şeirinin mənasını açıqlaya bilmirdi. Hətta bu barədə atamdan soruşduqda, cavab verdi ki, Ələsgər elə bir tilsim qurub ki, onun şeirlərindəki bu tilsimi heç kəs aça bilmir. O vaxtdan Ələsgər yaradıcılığı mənim diqqətimi cəlb etdi. Həcc ziyarətindən sonra, Aşıq Ələsgər şeirinin sehrinə düşdüm. Əvvəlcə “Quran”ı öyrəndikcə gördüm ki, Ələsgər poeziyası “Quran”dan qidalanır. Mən də buna istinadən, onun sözlərinin mənasını izah etməyə çalışdım. Qeyd edim ki, burada məni ən çox Nəsiminin hirufi-sufi düşüncələri və dünyagörüşü maraqlandırdı. Buradan belə qənaətə gəldim ki, Nəsimi ilə Ələsgər eyniruhlu, eynidüşüncəli adam olaraq, eyni şivədən su içiblər. Bütün irfan şairləri, sözsüz ki, “Quran”dan bəhrələniblər. Amma Nəsimi ilə Ələsgər kimi, heç kim o zirvəni fəth edə bilməyib. Ələsgər öz poetik sanballılığını Nəsimidən gələn hurafat elminə istinadən yaratdı. Bu kodlaşmış işarələr Ələsgər şeiriyyatını zəngin fəlsəfi fikirlərlə dərinləşdirdi. “Qurani-Kərim”dəki əlifbanın hərfləri arasındakı zəncirvari doğuluş, yəni bütün hərflərin anası”A” hərfidir. Bu fəlsəfəni ancaq Nəsimi və Ələsgər dərk edib. Vurğulayım ki, Nəsimi dövrü üçün fars dilində yazıb-yaratdı. Amma bunu öz dilimizə daha dolğun, daha aydın başa düşən şəkildə Ələsgər gətirdi. Ələsgər poeziyasında buna konkret misallar var. O, şeiriyyatda təkcə ”a” hərfini səsləndirməklə fikrimizi Allaha yönəldir. Bu da hurafat elmindəki zəncirvari asılılıq yaranışının kodlaşdırılmış formuludur. Bunu dərk etmək hər insanın şüuru çərçivəsində deyil. Hətta din xadimləri 1 400 ildir ki, bunu dərk eləməyib. Ələsgər qədər heç bir klassik şairimiz bu qədər müqayisə olunmur. Ona görə ki, poetik fikrin sanballı və qısa məzmunda deyilməsi xəlqiliyi, milliliyi öz tam ifadəsini Ələsgər poeziyasında tapmışdır. Ələsgərə qədər olan şairlərin əksəriyyəti fars dilində yazmışdır. Bir tarixi faktı qeyd edim ki, Şah İsmayıldan sonra Azərbaycan mədəniyyətində böyük bir intihab dövrü başlanıb. Şah İsmayılın sarayında vəzir kimi çalışan Misgin Abdal o dövrün yeganə şəxsiyyəti olub ki, Nəsimini dərk edib, onun irfandakı böyük poetik fikirlərinin dərinliyinə bələd olub. Misgin Abdal yazır:
Əbcəy hesabıyla dərs aldım ağdan,
Baxmadım qaraya, dər saldım ağdan,
Heyvatək soyuldum, dərs aldım ağdan,
Yanıram dərsimə dürüst əməni.
Sözsüz ki, Misgin Abdal “Abdal” təxəllüsünü elə-belə götürməmişdir. Yuxarıdakı bir bənd cinasdan bəlli olur ki, Misgin Abdal nə qədər dərin irfan elminə bələdiymiş. O, bu bir bənd şeiri ilə Nəsiminin hurafat elminin düşüncəsini gizli şəkildə ifadə edir. Əslində, Abdallıq “danəndə”lik mənasındadır. O, özünü səfeh kimi göstərməklə, əsl həqiqəti gizlətməklə öz həyatını qorumağa çalışmışdır”.
Qələndər Xaçınçaylı
Həftə
içi.- 2018.- 6 fevral.- S.8.