Əbülfəs Qarayev Britaniyada səfərdədir
Azərbaycan Respublikasının
Prezidentinin “Bakı Prosesi”nin 10 illiyinin qeyd olunması ilə
bağlı 17 noyabr 2017-ci il tarixli 3392 nömrəli Sərəncamı
ilə əlaqədar il ərzində müxtəlif ölkələrdə
və tərəfdaş beynəlxalq təşkilatların
baş qərargahlarında təqdimatların keçirilməsi
planlaşdırılır.
Bununla əlaqədar olaraq, mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev Koventri Universitetində
və Universitetin Sülh, Etimad və Sosial Münasibətlər
İnstitutunda “Bakı Prosesi”nin 10 illik yubileyi ilə
bağlı təqdimat mərasiminin keçirilməsi məqsədilə
Böyük Britaniyanın Koventri şəhərində səfərdədir.
Səfər çərçivəsində nazir Əbülfəs Qarayev Şəhər Şurasının icraçı rəhbəri Martin Reeveslə görüş keçirdi. Görüşdə Koventrinin 2021-ci il üçün Böyük Britaniyanın mədəniyyət şəhəri seçildiyi və bununla bağlı qarşıdakı 4 il ərzində şəhərlə bağlı mədəni, sosial və iqtisadi layihələrin həyata keçiriləcəyi vurğulandı. Nazir ölkəmizdə həyata keçirilən mədəniyyət və idman hadisələri, Naxçıvan şəhərinin 2018-ci il üçün islam mədəniyyətinin paytaxtı elan edildiyi, ölkə daxilində şəhər və rayonların müxtəlif kateqoriyalar üzrə mədəniyyət şəhərləri elan edilmə təcrübəsi barədə məlumat verdi.
Daha sonra Azərbaycan Respublikasının Prezidentinin Bakı Prosesi təşəbbüsünə
toxunan nazir bu qlobal layihənin beynəlxalq
səviyyədə mədəniyyətlərarası dialoqa töhfələrini, Koventri
Universiteti ilə əməkdaşlığın
istiqamətlərini qeyd etdi.
Martin Reeves öz növbəsində
Koventri şəhərində 100-dən çox millətin nümayəndələrinin
yaşadığını, şəhərin böyük
miqrasiya axınına məruz
qalmış şəhər olduğunu, buna görə də Universitet
ilə miqrantların inteqrasiyası, anlaşma
və dialoq məsələləri ilə
bağlı birgə layihələr həyata keçirildiyini bildirdi. Daha sonra Koventri Nəqliyyat Muzeyinin nəqliyyat və mühərriklər
üzrə kuratoru xanım Liz Chard-Cooper və Koventri Sosial Təsisatlar Universitetinin Sahibkarlığın
inkişafı üzrə rəhbəri xanım Carole Donnelly ilə ikitərəfli
görüşlər keçirildi və
qarşılıqlı mübadilələr barədə
müzakirələr aparılıb.
Həftə
içi.- 2018.- 21 fevral.- S.7.