Xocalı harayı

 

Bəşəriyyətin bəlasına çevrilən soyqırım insanlar üzərində tətbiq edilən ölüm aktıdır. İnsanlığa sığmayan bu qəddarlıqlar müasir dünyamızda hələ də davam etməkdədir...! Azərbaycan xalqı zaman-zaman ölüm saçan müharibələrə, fəlakətli qırğınlara məruz qalmışdı. Ötən əsrdə Bəşər tarixinin qan yaddaşına çevrilən Xocalı qətlamı dinc insanlara qarşı tətbiq edilən qırğınların nə birincisi, nə də sonuncusu deyil.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni vandalizmi tərəfindən törədilmiş Xocalı faciəsi tarixdə baş verən qətlamların ən dəhşətlisidir. Bu faciə erməni militarizmi tərəfindən dünya ictimaiyyətinin gözü qarşısında törədilmiş növbəti qırğınlardan biridir.

Dünya xalqları alman faşizminin müharibədə kütləvi insan qırğınlarını görmüşşahidlik etmişdilər. Holokost qətlamı, Belarusiyada Xatın harayı, Fransada Oradur qətilləri, Praqada Liditse vəhşiliyi, Yaponiyada Xirosima, Naqasaki vəhşətləri, Vyetnamda Sonqimi fəlakətləri və 20 Yanvar Bakı qırğınlarını insanlar yaxşı xatırlayırlar. Ancaq bu qətlamlar qəddarlığına görə erməni neofaşizmininbu aksiyaya cəlb edilmiş muzdlu rus cəza dəstələri tərəfindən törədilmiş Xocalı soyqırımına bənzəmir. İnsanı sarsıdan bu qanlı qətlam hər zaman dünyanın sülhpərvər qüvvələri tərəfindən hüzünlə yad edilir və pislənilir.

Ölkə Prezidenti İ.Əliyevin: - “Xocalı qırğını amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayət idi.” - bəyanatı, Beynəlxalq aləmdə həqiqət kimi qəbul olunub.

XIX əsrdə çarizmin təhriki ilə Osmanlı və İran ərazisindən köçürülən minlərlə erməni ailələri Azərbaycanın Qarabağ, Naxçıvan, İrəvan, Zəngəzur və Göyçə mahalında məskunlaşdırıldı. Bu yerlərdə möhkəmlənən ermənilər silahlanaraq daimi iğtişaşlar, qətlamlar törədərək üstünlüyü ələ almağa çalışırdılar.

Dünya ictimaiyyətindən çəkinmədən erməni neofaşizmi tərəfindən Azərbaycan Respublikası ərazisinin 20 faizdən çox torpaqların işğal etməsi Beynəlxalq Təşkilatlarda müzakirə obyektinə çevrilsədə bir nəticə əldə edilmir.

Dağlıq Qarabağ ərazisində kəndlərin, qəsəbələrin məhv edilməsi, minlərlə insanların qətlə yetirilməsi, əsir götürülməsi erməni qəsbkarlarına xas olan terrorizmin xislətidir. Gizli deyil ki, dünya xalqları erməni militarizmini qorxulu terror təşkilatları sırasına aid edirdaimi lənətləyirlər.

Bəşər cəmiyyətinin qədim yaşayış məskəni olan Xocalı şəhərində dinc sakinlərin

qətlamını erməni silahlıları və muzdlu rus cəza dəstələri, 366-cı motoatıcı alayına məxsus hərbi texnika ilə həyata keçirdilər!

Xocalıda yaşayan əhalinin müdafiəsi və gözlənilən təhlükəni əvvəlcədən bilən Xocalılar dəfələrlə vəziyyəti respublika rəhbərliyinə bildirsələrdə, onlara heç bir kömək göstərilmədi. Strateji əhəmiyyət kəsb edən şəhər, 150 nəfər özünü müdafiə dəstələrin gücü ilə mühavizə olunurdu. Şəhər müasir hərbi texnika ilə təchiz edilmiş erməni silahlı birləşmələri tərəfindən mühasirəyə alınmışdı. İlk növbədə hava limanını ələ keçirmək istəyən ermənilər Əlif Hacıyev və onun 22 nəfərdən ibarət cəsur milis dəstəsi tərəfindən müqavimətlə rastlaşdı. Hərbi texnikagüclü qüvvəyə malik ermənilər Xocalı şəhərində mindən çox dinc sakini, qadınları, uşaqları, qocaları qəddarlıqla qətlə yetirdilər. Müharibə qanunlarına əməl etməyən ermənilər mühasirədə olan insnların xilası naminə dəhliz də verilmədi. Xocalılar şəhər ətrafında əvvəlcədən pusquda dayanmış erməni silahlıları tərəfindən qətlə yetirildi. İctimaiyyətdən gizli saxlanılan bu faciə, mühasirədən çıxan Xocalıların dedikləri əsasında əsil həqiqətlər KİV-lərdə geniş şərh olundu.

Xocalı faciəsində 613 nəfər amansızlıqla qətlə yetirilmişdi. Onlardan 106 nəfəri qadın, 63 nəfəri körpə uşaq idi. 487 nəfər ağır yaralanmış, 1000 nəfərdən çox insan soyuq hava şəraitində şikəst olmuş, 1275 nəfər əsir götürülmüş, 8 ailə bütövlükdə məhv edilmiş və yüzlərlə insan itkin düşmüşdür.

Xocalı faciəsindən ötən 26 illik zaman kəsiyində erməni vəhşilikləri haqqında Beynəlxalq Təşkilatlarında Azərbaycan dövləti tərəfindən daimi məsələ qalldırmış və dünya ictimaiyyətinə həqiqəti çatdırmaq naminə geniş təbliğat kompaniyası aparılmışdır. Artıq dünyanın güclü dövlətləri bu qanlı aksiyanı tanıyır, beynəlxalq təşkilatlar öz kəskin münasibətlərini bildirirlər.

Zaman-zaman sülhün, həmrəyliyin tərənnümçüsü olan Azərbaycan dövləti hər zaman qonşu dövlətlərlə əmin-amanlıq şəraitində yaşamışdır.

Ölkə Prezidenti İlham Əliyevin: - Azərbaycan sivilizasiyaların, mədəniyyətlərin kəsişməsində yerləşir, - kəlamı Şərq və Qərb dünyasına bir nümunədir.

Beynəlmiləlçilik ruhunda müxtəlif xalqların birgə yaşadığı Azərbaycan dövləti bir milyondan çox qaçqın, məcburi köçkünün həyat tərzinin yaxşılaşdırılması istiqamətində daimi yeni layihələr həyata keçirir. Regionlarda əzəli yurd yerindən qovulmuş insanlar müasir memarlıq üslubunda inşa edilmiş yaşayış massivlərində yerləşdirilir. Erməni işğalçılarından azad edilən və say etibarı ilə 96-cı sayılan Cocuq Mərcanlı qəsəbəsi də yenidən inşa edilib yurd yerinə qayıdan insanların ixtiyarına verilməsi Azərbaycan dövlətinin qaraguruhçu qüvvələri üzərində sülh məramlı zəfər yürüşünün qələbəsidir.

Tarix boyu sülh, əmin-amanlığın tərəfdarı kimi tanınan Azərbaycan dövləti: -Ümummilli lider Heydər Əliyevin təbirincə: - “Bizim məqsədimiz müharibə etmək deyil. Biz düşdüyümüz vəziyyətdən sülh yolu ilə çıxmaq istəyirik!” – ideyasını həqiqətə çevrilməsi özü-özlüyündə dünya xalqlarına bir örnəkdir.

 

Vaqif Rüstəmov

 

Həftə içi.- 2018.- 24-25 fevral.- S.6.