“Çölçü”
“Ən yaxşı bədii film” mükafatına layiq görülüb
Rejissor Şamil Əliyevin “Çölçü”
filmi 6-cı “Virgin Spring Cinefest” beynəlxalq festivalında
fevral ayının “Ən
yaxşı bədii film” mükafatına layiq görülüb. Ekran işi “Golden Galaxy Award” mükafatının
nominantı statusunu qazanıb. Mükafatın təqdimetmə
mərasimi 2018-ci ilin oktyabr ayında Hindistanın Kolkata şəhərindəki
Rotary Sadan mərkəzində keçiriləcək. Xatırladaq
ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə
Cəfər Cabbarlı adına “Azərbaycanfilm”
kinostudiyası tərəfindən istehsal edilmiş
“Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov,
quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları
Rafiq Nəsirov və İbrahim Aminovdur. Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və
başqaları çəkilib. Filmin prodüseri Müşfiq Hətəmovdur.
Həftə
içi.-2018.-28fevral.-S.8.