Leyla
Əliyeva “Xocalı 613” adlı klassik musiqi gecəsində
iştirak edib
Heydər
Əliyev Mərkəzində “Xocalı 613” adlı klassik
musiqi gecəsi keçirilib. Heydər Əliyev Fondunun mətbuat
xidmətindən verilən məlumata görə, tədbirdə
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva
iştirak edib. L. Əliyeva əvvəlcə
Mərkəzin foyesində Xocalı soyqırımı
qurbanlarının xatirəsinə həsr olunmuş sərgi
ilə tanış olub.
Sərgidə Ermənistan
silahlı qüvvələrinin keçmiş SSRİ-nin
366-cı motoatıcı alayının köməyi ilə
1992-ci il fevralın 25-dən 26-na keçən gecə
Xocalıda törətdiyi soyqırımını, bu faciənin
miqyasını əks etdirən fotolar yer alıb.
Xocalı qətliamı kimi faciələrin
bir daha törədilməməsinə
çağırış edən simfonik poema Xocalı
soyqırımına həsr olunan musiqi gecəsində Azərbaycan
və dünya bəstəkarlarının klassik əsərləri,
eləcə də fransız bəstəkar Pyer Tiloyun (Pierre
Thilloy) “Xocalı 613” simfonik poeması təqdim edilib. Solistlər Şükür
Səmədov (klarnet)
və Səbinə Rakçeyeva (skripka) olub.
Musiqi gecəsində Fuad İbrahimovun
dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan
Dövlət Simfonik Orkestri çıxış edib. Orkestrin
ifasında görkəmli Azərbaycan bəstəkarları
Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, Qara
Qarayevin “Matəm odası”, “Don Kixot” simfonik qravürlərindən
“Səyahət” fraqmenti, Asəf Zeynallının
“Muğamsayağı” (skripkada Ceyla Seyidovanın solistliyi ilə),
amerikalı bəstəkar Samuel Barberin “Adajio” əsərləri
səsləndirilib.
Heydər Əliyev Mərkəzində
səsləndirilən klassik musiqini dövlət və
hökumət rəsmiləri, Azərbaycanda akkreditə
olunmuş diplomatik korpusun nümayəndələri, mədəniyyət
və ictimai xadimlər, Xocalı şahidləri dinləyiblər.
Pyer Tiloyun “Xocalı 613” simfonik
poeması Ermənistan silahlı qüvvələrinin 1992-ci
il fevralın 25-dən 26-na keçən gecə Xocalıda
törətdiyi soyqırımı zamanı qətlə
yetirilmiş 613 mülki azərbaycanlının xatirəsinə
ithaf olunub. Əsər qərb klassik musiqisi və
“Laçın”, “Sarı gəlin” mahnıları da daxil
olmaqla Azərbaycan xalq musiqilərini özündə birləşdirir,
marş ritmləri, əsgər yürüşü və
pulemyot atəşi səslərinin sintezi ilə Xocalı faciəsinin
dəhşətlərini çatdırır. “Xocalı 613” simfonik poeması sülhə və Xocalı qətliamı kimi faciələrin bir daha törədilməməsinə
çağırış ifadə edir.
Xatırladaq ki, “Xocalı 613” əsərinin
premyerası 2013-cü il fevralın 21-də Parisdə olub. Daha sonra əsər
London, Müluz, Strasburq, Ruan, Kolmar, Brüssel, Afina, Vilnüs, Bern, Cenevrə, Dublin, Oslo və
digər şəhərlərdə
təqdim edilib.
Həftə
içi.-2018.-28 fevral.-S.5.