Qoruqların bir qismi Dövlət

Turizm Agentliyinin tərkibinə verildi

 

"Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən qoruqların bir qismi turizm məqsədləri ilə daha geniş istifadəsinin təşkil edilməsi məqsədilə Dövlət Turizm Agentliyinin tərkibinə verilib".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu mədəniyyət naziri mədəniyyət naziri Əbülfəs Qarayev qoruqların nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı Bərpası üzrə Dövlət Xidmətinin tabeliyinə verilməsinə həsr olunan müşavirədə çıxışı zamanı deyib.

Ə.Qarayev qeyd edib ki, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən qoruqları birbaşa Mədəni İrsin Qorunması, İnkişafı Bərpası üzrə Dövlət Xidmətinin dövlət xidmətinin tabeliyinə verilir. Bunlar Qobustan Dövlət tarix-bədii qoruğu, Nardaran tarix-mədəniyyət qoruğu, Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğu, "Pir Hüseyn xanəgahı" tarix-memarlıq qoruğu, Lahıc tarix-mədəniyyət qoruğu, "Çıraqqala" tarixi-memarlıq qoruğu, "Şabran şəhəri" tarixi qoruğu, "Avey" Dövlət tarix-mədəniyyət qoruğu, Gəncə Dövlət tarix-mədəniyyət qoruğu, Nizami Gəncəvi məqbərəsi kompleksi, Qəbələ Dövlət tarix-mədəniyyət qoruğu, İlisu Dövlət tarix-mədəniyyət qoruğu, Zaqatala tarix-mədəniyyət qoruğu, Şuşa Dövlət tarix-mədəniyyət qoruğu Quba şəhərindəki Soyqırımı Memorial Kompleksidir.

Nazir vurğuladı ki, indi qarşıda duran əsas məsələ qoruqların fəaliyyətinin müasir tələblər səviyyəsində təşkil edilməsidir: "Bura həm ziyarətçilərin qoruqları rahatlıqla ziyarət etmələri üçün müvafiq infrastrukturun yaradılmasından tutmuş, elmi tədqiqatların aparılmasına qədər ən müxtəlif istiqamətlər aiddir. Hazırda Ağsu Qəbələdəki qoruqlarda elmi tədqiqat işləri aparılır. "Avey" Dövlət tarix-mədəniyyət qoruğunda da Yaponiyadan olan mütəxəssislərin iştirakı ilə tədqiqat işlərinə başlanılıb. Bu araşdırmalar bütün qoruqlarımızı əhatə etməlidir".

Qeyd edildi ki, regionların mədəniyyət müəssisələri kimi qoruqların da fəaliyyətinin daha da gücləndirilməsi üçün ixtisaslı kadrların işə cəlb olunması diqqətdə saxlanılmalıdır: "Qoruqların işi ölkəmizin müasir inkişaf səviyyəsinə uyğun qurulmalıdır. Bura xidmət səviyyəsinin yüksəldilməsi, eləcə ödənişli xidmətlərin təşkili kimi məsələlər daxildir. Qoruqların dəqiq xəritələri hazırlanmalı, mühafizə zolaqları müəyyən olunmalıdır. Eyni zamanda qoruqların hər birinin saytı yaradılmalıdır bu saytlarda həmin qoruqlar haqqında müfəssəl məlumatlar yerləşdirilməli, onların daxil olduğu marşrutlar göstərilməlidir".

Ə.Qarayev deyib ki, nazirliyin tabeliyində olan qoruqların bir qismi turizm məqsədləri ilə daha geniş istifadəsinin təşkil edilməsi məqsədilə Dövlət Turizm Agentliyinin tərkibinə verilib. Həmin qoruqların da gələcək fəaliyyəti nazirliklə qarşılıqlı əməkdaşlıq çərçivəsində, Mədəniyyət haqqında qanunun tələblərinə uyğun olaraq həyata keçiriləcək.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov çıxış edərək qoruqların gələcək fəaliyyətinin təmin olunması istiqamətində atılacaq addımlardan danışdı. Qeyd etdi ki, qoruqların fəaliyyətinin gücləndirilməsi üçün müvafiq strukturun qurulması, ödənişli xidmətlərin təşkil olunması diqqətdə saxlanılacaq. Vurğulandı ki, qoruqların inkişafı məqsədilə ölkəmizdə fəaliyyət göstərən bir sıra müvafiq təşkilatlarla əməkdaşlıq inkişaf etdirilməlidir.

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən qoruqları nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı Bərpası üzrə Dövlət Xidmətinin nəzdinə verilir.

 

Həftə içi.-2018.- 11 iyul.- S.8.