Qara Qarayevin 100
illik yubileyi keçirilib
Beynəlxalq Muğam Mərkəzinin
"Unudulmayanlar" adlı yeni, möhtəşəm layihəsinin
ilk tədbiri keçirilib.Metbuat.az-ın məlumatına
görə, Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı
və "Mədəniyyət" kanalının dəstəyi
ilə keçirilən “Unudulmayanlar” adlı möhtəşəm
layihənin məqsədi Azərbaycan milli musiqisinin
yaradılması tarixində əvəzolunmaz rol oynamış
görkəmli bəstəkarların, klassik musiqi və
muğam ifaçılarının həyat və
yaradıcılıqlarına dair tədbirlərin təşkil
olunmasıdır.
İlk tədbir martın 5-də
dahi bəstəkar, məşhur alim-pedaqoq, ictimai xadim, SSRİ Xalq artisti, Sosialist
Əməyi Qəhrəmanı,
SSRİ və Azərbaycan
dövlət mükafatları
laureatı, akademik Qara Qarayevin 100 illik yubileyinə həsr olunub.
Qeyd edək ki, Qara
Qarayevin anadan olmasının 100 illiyi haqqında Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin 17
oktyabr 2017-ci il tarixli sərəncamına
uyğun olaraq ölkəmizdə və onun hüdudlarından kənarda yubiley tədbirləri keçirilir.
Qara Qarayev 1918-ci il
fevralın 5-də Bakı
şəhərində məşhur
həkim-pediatr Əbülfəz
Qarayevin ailəsində
anadan olmuşdur. Qara Qarayev nəslində özünü musiqi sənətinə həsr
eləmiş ilk şəxsdir.
1926-cı ildə Azərbaycan
Dövlət Konservatoriyası
yanında musiqi məktəbinə qəbul
edilmiş, 1930–cu ildən
Azərbaycan Dövlət
Konservatoriyası yanında
musiqi texnikumunda
professor Georgi Şaroyevin
fortepiano sinfinin tələbəsi,
1935–ci ildən isə
Azərbaycan Dövlət
Konservatoriyasında bəstəkarlıq
(Leopold Rudolf) və Azərbaycan
xalq musiqisinin əsasları (Üzeyir Hacıbəyov) siniflərinin
tələbəsi olmuşdur.
1938–ci ildən 1940-cı ilədək
P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında
bəstəkarlıqdan (A.N.Aleksandrovun
sinfi) təhsil almışdır. Bakıya qayıtdıqdan
bir müddət sonra 1946-cı ildən Moskva Dövlət Konservatoriyasında bəstəkarlıq
sinfinin (Dmitri Şostakoviç)
tələbəsi olmuşdur.
Tədbir Azərbaycan Televiziyasının
Qara Qarayev haqqında çəkdiyi
filmdən bir hissənin nümayişi ilə başladı. Böyük
maraqla keçən gecədə Əməkdar
incəsənət xadimi,
Bakı Musiqi Akademiyasının professoru,
Azərbaycan Bəstəkarlar
İttifaqının katibi,
Zenfira Qafarova və Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyeva çıxış
edərək, “Unudulmayanlar”
layihəsi haqqında
,həmçinin Qara Qarayevin Azərbaycan və dünya musiqi tarixində unudulmaz bəstəkar kimi əvəzolunmaz yaradıcılığından söhbət açıblar
.
Konsertdə Azərbaycan Dövlət
Fortepiano Triosu , Əməkdar
artistlər Nərgiz Kərimova və Aleksey Miltıx, məşhur ifaçılar Səidə
Tağızadə, Ceyla
Səyidova və Eldəniz Ələkbərzadə
tərəfindən Q.Qarayevin
əsərləri səslənib.
“Unudulmayanlar” layihəsinin
növbəti tədbiri
aprelin 6-da opera müğənnisi,
xanəndə, Xalq artisti Həqiqət Rzayevanın həyat və yaradıcılığına
həsr ediləcəkdir.
Həftə içi.- 2018.-
7 mart.- S.8.